Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                       
Tarix : 10-01-2020, 09:18
Bakının Nəsimi rayonunda çoxmənzilli binaların səyyar qeydiyyatı aparılacaq
Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq, istismarına icazə verilən binalardakı mənzillərin operativ və əlçatan qeydiyyatı məqsədilə xidmət birbaşa ünvanlarda təşkil olunacaq.
Butov.az “Report”-a istinadən xəbər verir ki, bu ilin ilk “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası 13-17 yanvar tarixlərində Nəsimi rayonunda keçiriləcək. Səyyar qeydiyyat xidmətindən istismarına icazə verilmiş 5 bina üzrə ümumilikdə 940-a yaxın mənzil sahibi istifadə edə biləcək.
Kampaniya 13 yanvarda Rəşid Behbudov küçəsi, 386-cı məhəllə, 14 yanvarda S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllə, 15 yanvarda isə H.Ələsgərov küçəsi, 4 ünvanlarındakı çoxmənzilli binalarda keçiriləcək. Yanvarın 16-sı səyyar qeydiyyat xidməti Topçubaşov küçəsi, Abay döngəsi, 360-cı məhəllə və yanvarın 17-si isə Mərdanov qardaşları küçəsi, 59 ünvanlarındakı istismarına icazə verilmiş binalarda təşkil ediləcək.
Qeyd edək ki, mənzillərin dövlət reyestrində qeydiyyata alınması üçün şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədlər tələb olunur. Qeyd edək ki, xidmət mənzil sahibinin istəyindən asılı olaraq 1, 3, 7, 10 iş günü ərzində müvafiq dövlət rüsumu və xidmət haqqı ödənilməklə həyata keçirilir.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!