Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs saxlanılıb .....                        "Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var" .....                        Tramp Azərbaycanı Vaşinqtona dəvət etdi .....                        Suriyada daşqınlar: Üç nəfər ölüb, ikisi uşaqdır .....                        Əsədin son günləri: Reallıqdan qopmuş, videooyunlara aludə lider .....                        Gəncədə iki avtomobil toqquşdu, piyada xəsarət aldı .....                        Zelim Tçkayev Paris “Böyük Dəbilqə”sində finala yüksəldi .....                        Sabahdan Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq .....                        Qubada bir ailənin 8 üzvü qonaqlıqda qidadan zəhərlənib .....                       
Tarix : 7-10-2020, 10:01
Cəbhəyanı bölgələrdə özünüməşğulluq proqramı üzrə 650 yeni ailə təsərrüfatı yaradılıb

Ərazilərimizin işğaldan azad edilməsi istiqamətində Azərbaycan Ordusunun şanlı Qələbələri, düşmənə vurduğu sarsıdıcı zərbələr bütün xalqımızda böyük ruh yüksəkliyi yaradır.
Butov.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, təcavüzkar Ermənistanın cəbhə zonasında yerləşən yaşayış məntəqələrimizi, mülki əhalini aramsız atəşə tutmasına baxmayaraq, cəbhəyanı bölgələrin sakinləri bundan qətiyyən sarsılmır. Əksinə, onlar qüdrətli Ordumuza güvənərək öz doğma yurdlarında həyat və məişətlərinə davam edir, eyni zamanda, dövlətin dəstəyi ilə yeni ailə təsərrüfatlarını qurur, fəaliyyətlərini daha da genişləndirirlər.
Təkcə son bir ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində cəbhəyanı rayonlarda 650 şəxs mal və materiallar formasında aktivlərlə təmin olunublar. Onların əksər hissəsini şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri və veteranları, digər kateqoriyalara aid əlilliyi olan şəxslər, məcburi köçkünlər, çoxuşaqlı ailələrin üzvləri və b. təşkil edib.
Verilmiş aktivlər hesabına onların ailə təsərrüfatları yaradılıb.
Yeni təsərrüfat sahibləri xalqımızı möhtəşəm Qələbələrə doğru aparan Prezident, Ali Baş Komandan İlham Əliyevlə, onun rəhbərliyi ilə qüdrətli Ordumuzun əldə etdiyi zəfərlərlə sonsuz iftixar hissi keçirdiklərini vurğulayıblar.
Ümumilikdə bu il özünüməşğulluq proqramı əsasında ölkə üzrə 2200-dən çox şəxs aktivlərlə təmin olunub.
Proqram çərçivəsində yeni ailə təsərrüfatlarının yaradılması işləri davam edir.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!