Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 11-04-2017, 20:16
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "ASAN" xidmət arasında Memorandum imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında “ABAD” mərkəzlərinin fəaliyyət sahələrində qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb.
Butov.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə Mərkəzdə qeyd olunan gənclərin peşə reabilitasiyasının təşkili üçün yaradılmış şəraitlə, onlara göstərilən xidmətlərlə, peşə təlimlərinin keçirildiyi sinif otaqları və emalatxanalarla, peşə reabilitasiyasına cəlb olunmuş gənclərin əl işləri ilə tanış olublar. Tanışlıq zamanı sağlamlıq imkanları məhdud gənclərin əl işlərinin cəmiyyətə təqdim olunması və satışının təşkilinə köməklik göstərilməsində, bununla həmin gənclərin öz əməkləri ilə gəlir əldə etmələrinə şərait yaradılmasında “ABAD” mərkəzlərinin imkanlarından istifadə olunmasına dair fikir mübadiləsi aparılıb.
Memorandumun imzalanması tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, ölkəmizdə əhalinin məşğulluq imkanlarının artırılmasına yönələn kompleks tədbirlərin bir istiqaməti də ailə əməyinə əsaslanan təsərrüfatların yaradılmasının dəstəklənməsi, ailə biznesinin inkişafına geniş şərait yaradılmasıdır. Dövlət başçısının 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə ölkədə dövlət səviyyəsində özünüməşğulluq proqramına başlanılması və 23 sentyabr 2016-cı il tarixli Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması bu sahədə mühüm addımların atılmasını şərtləndirib: “Özünüməşğulluq proqramının praktik icrası çərçivəsində işsiz və işaxtaran vətəndaşlar üçün təşkil olunan təlim kursları cari ilin fevral ayının ortalarında başa çatdırılaraq, onlardan uğurlu biznes planlara malik şəxslərin ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə (mal və materiallarla) təminatına başlanıb. 01 aprel 2017-ci il tarixə artıq 25 rayon üzrə 400 nəfərə yaxın işsiz və işaxtaran şəxs əsasən kənd təsərrüfatı və xidmət sahələri üzrə özünüməşğulluq fəaliyyətini qurmaları üçün aktivlərlə təmin olunub”.
Nazir bildirib ki, verilmiş aktivlər hesabına yaradılmış ailə təsərrüfatları əsasən istehsalyönümlü fəaliyyət üçün nəzərdə tutulublar: “Həmin insanların bu sahədə fəaliyyətlərinin inkişaf etdirilməsində, istehsal etdikləri məhsulun sertifikatlaşdırılması və satışının təşkilində, həmçinin peşə reabilitasiyasına cəlb olunmuş sağlamlıq imkanları məhdud gənclərin əl işlərinin satışına dəstək verilməsində və s. işlərdə “ABAD” mərkəzlərinin imkanlarından istifadə olunması məqsədəuyğundur”. S.Müslümov peşə hazırlığı sahəsində işlərin davamı kimi, ötən il və cari ilin ilk rübündə nazirliyin xətti ilə 4928 nəfər, o cümlədən məşğulluq orqanları tərəfindən 4 522 nəfərin peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunduğunu bildirib: “Bu kursların təşkilində nazirliyin Regional Peşə Tədris Mərkəzləri mühüm rol oynayır. Son illərdə həmin Mərkəzlərin maddi-texniki bazasının gücləndirilməsi üçün mühüm işlər aparılıb. Bizim əməkdaşlığımızın bir sahəsi də “ABAD” mərkəzlərinin təşkil edəcəyi təlimlərdə bu maddi-texniki bazadan istifadə edilməsidir”.
Nazir hazırda imzalanma tədbiri keçirilən Memorandumda nəzərdə tutulan hər bir istiqamət üzrə əməkdaşlığın qarşılıqlı önəm kəsb etdiyini və ölkəmizdə ümumən dövlət məşğulluq siyasətinin uğurlu icrasına dəyərli töhfəsini verəcəyinə əminliyini bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ABAD” mərkəzlərinin sosialyönümlü layihələrinin icrasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığın xüsusi önəmini diqqətə çatdırıb. İ.Kərimov həmçinin özünüməşğulluq proqramı çərçivəsində yaradılan istehsalyönümlü ailə təsərrüfatlarının inkişafında, aztəminatlı ailələrin biznes imkanlarının genişləndirilməsində “ABAD” mərkəzləri tərəfindən dəstək veriləcəyini, digər bir sıra sahələrdə nəzərdə tutulan əməkdaşlığın da sosial sahədə vacib məqsədlərə nail olunmasına hesablandığını qeyd edib.
Sonra S.Müslümov və İ.Kərimov “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında “ABAD” mərkəzlərinin fəaliyyətində qarşılıqlı əməkdaşlığa dair Memorandumu imzalayblar.
Memorandumda əməkdaşlıq istiqamətlərindən biri kimi özünüməşğulluq proqramı çərçivəsində verilmiş aktivlər hesabına yaradılmış fərdi təsərrüfatların istehsalyönümlü fəaliyyətlərinin inkişaf etdirilməsi məqsədilə “ABAD” mərkəzləri tərəfindən müqavilələr əsasında müasir texnoloji istehsal avadanlıqlarının təqdim edilməsi, brendinq, dizayn, maliyyə-mühasibatlıq və hüquqi yardım xidmətlərinin göstərilməsi, bu təsərrüfatlarda istehsal olunan məhsulun sertifikatlaşdırılması, daşınması və satışının təşkilinə dəstəyin göstərilməsi yer alıb.
Sənəddə bu məqsədlə özünüməşğulluq proqramına cəlb olunmuş vətəndaşların “ABAD” mərkəzlərinə yönləndirilməsini təmin etmək üçün məlumat bazasının yaradılması, özünüməşğulluq proqramının icrasında iştirak etmiş təlimçilərin bu mərkəzlər tərəfindən dəstəklənəcək layihələrə cəlb edilməsi, əmək qabiliyyətli üzvləri olan aztəminatlı ailələr barədə məlumatların “ABAD” publik hüquqi şəxsin informasiya bazasına yönləndirilməsi də əksini tapıb. Memorandum habelə “ABAD” mərkəzləri tərəfindən keçiriləcək təlimlərdə nazirliyin Regional Peşə Tədris Mərkəzlərininmaddi-texniki bazasından istifadə edilməsi, həmin mərkəzlərin dəstəkləyəcəyi layihələr üzrə işçi qüvvəsinin bacarıq və səriştələrinin artırılması, bununla da əmək məhsuldarlığının yüksəlməsi üçün baza rolunu oynayan peşə standartlarının hazırlanıb təqdim edilməsi və s. əməkdaşlıq istiqamətlərini əhatə edir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!