Azərbaycanın Xalq artisti vəfat etdi .....                        Ermənistanda qumbara partlatmaq istədilər .....                        İlham Əliyev Trampa zəng etdi .....                        NATO rəhbəri Türkiyədə kimlərlə görüşdü? .....                        65 yaşını keçən müəllimlərlə bağlı rəsmi AÇIQLAMA .....                        "Bəy hamamı"nda yanğın .....                        Bakı-Qazax yolunda 4 maşın toqquşdu - Xəsarət alanlar var .....                        Türk Dünyası ölkələrinin yeni birliyi yaradıldı .....                        Ədalət Verdiyevi neçə il həbs gözləyir? .....                       
Tarix : 25-08-2014, 13:23

Qiymətlər enməkdə davam edir

Ekspertlərin də proqnozlaşdırdıqları kimi ölkənin təkrar mənzil bazarında qiymətlərin enməsi davam edir. Əslində isə ötən ildən start götürən, bu ilin ilk 5 ayı ərzində də davam edən qiymət artımının yay mövsümündə azalma ilə əvəz olunacağı elə də inandırıcı görünmürdü.

Belə ki, Azərbaycanda daşınmaz əmlakın qiymətləndirilməsini aparan “MBA Consulting Group” şirkətinin hesablamalarına görə, ötən il bu seqmentdə orta hesabla 25 faizə yaxın bahalaşma olmuşdusa, bu ilin may ayına qədər olan artım 10 faizə yaxın olub.

Ümumiyyətlə, yay mövsümü mənzil bazarı üçün elə də əlverişli sayılmır. Bu baxımdan yay ayları təkrar bazarda mənzil alışı üçün uyğun sayılır. Lakin qiymətin enməsi ilə müşayiət olunan hazırki vəziyyətdə qiymətlərin daha da enməsini gözləməklə əslində buna nail olmaq da mümkün ola bilər. Çünki alıcıların ehtiyatlı tərpənərək gözləməyə üstünlük vermələri öz növbəsində növbəti aylarda da qiymətlərin nisbətən azalmasına əlavə təkan verir.

Bundan başqa ölkədə baş verən yenidən qurma işləri sayəsində aparılan söküntülər də satıcılara psixoloji təsir göstərir ki, nəticədə onlar daha baha qiymətə mənzillərini reallaşdırmaq istəyində olurlar. Lakin sökülən evlərin dəyəri mənzil qiymətlərinin süni artırılmasına imkan yarada bilmir.

Bununla belə, son illər ölkə iqtisadiyyatının digər seqmentlərinin heç birində nəzərə çarpacaq qiymət artımı olmadığı halda daşınmaz əmlak bazarında fərqli dinamika müşahidə edilməsi bu sahəni investorlar üçün cəlbedici edir.

Qeyd edək ki, şirkətin apardığı monitorinqlərə görə, may ayında mənzillərin bir kvadrat metrinin orta qiyməti 2111 dollar olmuşdusa, iyunda qiymətlər 2084 dollara, iyulda isə 2075 dollara enib. İyulda qiymətlərdə enmə 0,43 faiz olub.

Eyni zamanda, bazarda dövr edən mənzillərin otaq say göstəricilərində tədricən baş verən yerdəyişmə davam edib, təklif olunan mənzillərin sayındakı dəyişikliklər bütün növ mənzillərin payına düşüb. 3, 4 və 5 otaqlı mənzillərin təklif sayında azalma, 1 və 2 otaqlı mənzillərin təklif sayında isə artma müşahidə olunub.

 

Ceyhun Piriyev



Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!