Ramazanın 12-ci gününün duası - İmsak və iftar vaxtı .....                        Paşinyan Türkiyə mediasına müsahibə verdi .....                        Sahibə Qafarova Gürcüstan prezidenti ilə görüşdü - FOTO .....                        Azərbaycan vətəndaşlarının böyrəyini satan ukraynalı qadın Polşada həbs edildi .....                        Türkiyə Suriyaya hərbi müdaxilə edəcək? - Ankaradan reaksiya .....                        Azərbaycanlı deputat erməni təxribatının qarşısını aldı .....                        Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır - "Caliber" .....                        Şimali Makedoniya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib .....                        Paşinyan AŞ baş katibi ilə Ermənistan-Azərbaycan məsələsini müzakirə etdi .....                       
Tarix : 6-10-2022, 05:43
QHT Şabranda tədbir keçirib

QHT Şabranda tədbir keçirib

Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyələşdirdiyi “Quba-Xaçmaz iqtisadi rayonunda biznes mühitinin qiymətləndirilməsi” layihəsini 04 oktyabr 2022-ci il tarixində icra planına uyğun olaraq, Şabran rayonunda icra edib.
Layihədə Şabran rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Natavan Mustafayeva, Kiçik və Orta Biznnesin İnkişafı Agentliyinin Şabran rayonu üzrə nümayəndəsi Rahil Qurbanov iştirak edib.

Şabran rayon İcra Hakimiyyəti başçısının müavini-sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Natavan Mustafayeva sahibkarları salamlayaraq “Quba-Xaçmaz iqtisadi rayonunda biznes mühitinin qiymətləndirilməsi” layihəsinə qatıldıqları üçün onlara təşəkkürünü bildirib. Natavan Mustafayeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə “Regionların sosial-iqtisadi inkişafı” dövlət prorqamının faydaları və rayon üçün əhəmiyətini qeyd edib.
“Quba-Xaçmaz iqtisadi rayonunda biznes mühitinin qiymətləndirilməsi” layihəsinin rəhbəri Sənan Yəhya layihənin donoru və layihənin məqsədi barədə məlumat verib. Qeyd edib ki, Layihənin məqsədi Quba-Xaçmaz İqtisadi rayonunda 100 nəfər sahibkarla (Şiyəzən-20 nəfər, Şabran-20 nəfər, Xaçmaz-20 nəfər, Quba-20 nəfər, Qusar-20 nəfər) görüşərək, investisiya və ixracla bağlı dövlət qurumlarının həyata keçirdiyi dəstək fəaliyyətlərinin müzakirəsi və sahibkarların dövlətdən gözləntilərinin öyrənilməsidir.
Layihə rəhbəri bunun üçün regionda sahibkarlarla görüşərək, sorğu metodu ilə qiymətləndirmələrin aparılacağını sahibkarların diqqətinə çatdırdı.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Siyəzən, Şabran rayonları üzrə nümayəndəsi Rahil Qurbanov Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaranma tarixi və fəaliyyəti haqqında geniş məlumat verib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti ilə tanış olan sahibkarlar layihə rəhbəri Sənan Yəhyaya və Rahil Qurbanova güzəştli biznes kreditlərinin, avadanlıqlarının alınması və s. iqtiqamətlərdə köməklik göstərilməsi üçün müraciət ediblər. Sahibkarlara kömək məqsədi ilə əməkdaşlığın davam etdirilməsi məqsədəuyğun görülüb. Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Siyəzən, Şabran rayonları üzrə nümayəndəsi Rahil Qurbanov sahibkarlarla fərdi görüşlər üçün zaman və məkanlar müəyyənləşdirib.

Məlumat üçün bildirirık ki, sahibkarlarla növbəti görüş Xaçmz rayonunda olacaq.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!