İlham Əliyevdən PKK-nın ləğvinə reaksiya .....                        Gəncədəki yanğınla bağlı rəsmi AÇIQLAMA .....                        Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadıldı .....                        Yük maşını traktorla toqquşdu - Xəsarət alanlar var .....                        Sumqayıtda fəhlə zavodda yıxılaraq xəsarət aldı .....                        Müəllimlərin vakansiya seçiminin nəticələri AÇIQLANDI .....                        Hakan Fidandan PKK-nın ləğvinə reaksiya .....                        Azərbaycan-Bəhreyn parlamentlərarası əməkdaşlıq müzakirə olundu .....                        Evində kirayə yaşaydığı qohumunun pulunu oğurladı, həbs edildi .....                       
Tarix : 7-11-2016, 18:57
Azərbaycanın şərab istehsalçıları beynəlxalq sərgiyə qatılacaq


"Növbəti illərdə xarici mağazalar şəbəkəsində, beynəlxalq hava limanlarında Azərbaycan rəflərinin, mağazalarının yaradılmasını planlaşdırırıq".
Butov.az "Report"-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib.
Onun sözlərinə görə, müxtəlif ölkə və şəhərlərdə Azərbaycanın və məhsullarının reklam olunması nəzərdə tutulub: "İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsi istiqamətində silsilə tədbirlər davam etdirilir. Artıq "Made in Azerbaijan" brendinin xaricdə təşviqi ilə bağlı artıq əhəmiyyətli mexanizmlər təsdiq edilib. Bu mexanizmlər çərçivəsində tədbirlərin həyata keçirilməsinə başlanılıb. Belə ki, sabah Azərbaycanın şərab istehsalçıları dünyanın iki məşhur sərgisinə qatılacaqlar. Nümayəndə heyəti noyabrın 10-12-də Honqkonq, noyabrın 13-15-də isə Quancou şəhərində keçirilən beynəlxalq sərgilərdə iştirak edəcək. Bu sərgilər böyük əhəmiyyətə malikdir. Sözügedən sərgilərdə müxtəlif ölkələrdən iki minə yaxın şirkət iştirak edir, 50 minə yaxın ziyarətçi gəlir. Bu baxımdan Azərbaycan şərabının beynəlxalq bazarda Asiya, xüsusilə Çində tanıdılması üçün bu sərgi böyük rol oynayır. Bu missiya çərçivəsində şərabçıların səfəri dövlət hesabına maliyyələşdirilir. Sərgilərin keçiriləcəyi şəhərlərdə böyük sahədə Azərbaycan stendi yaradılır. Burada bir neçə Azərbaycan istehsalı olan yerli məhsullar nümayiş olunacaq".
Nazir müavini deyib ki, Azərbaycan məhsullarının beynəlxalq arenada tanıdılması istiqamətində görülən işlər mütəmadi təşkil olunacaq: "Bu il ərzində və növbəti illərdə Azərbaycanın kənd təsərrüfatı, şərab, ərzaq, sənaye, inşaat məhsullarının xarici bazarlarda tanıdılması, yerləşdirilməsi və çıxışlarının əldə edilməsi üçün müvafiq tədbirlər görüləcək. Mən bütün ixracatçıları Azpromo ilə yaxından əməkdaşlığa, İxracatçılar Klubunda aktiv iştirak etməyə dəvət edirəm. Biz İxracatçılar Klubu vasitəsilə şirkətlərimizdən müxtəlif sifarişləri, layihələri və ideyaları toplayırıq. Hazırda Avropa, Asiya və MDB-də ölkələrində müxtəlif formatlarda Azərbaycan məhsullarının təşviqi istiqamətində tədbirlər görülür".


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!