Nəzrinin ölümündə günahlandırılan həkim barədə qərar verildi .....                        Sayt rəhbərinə hökm oxundu .....                        İlham Əliyevdən Davos paylaşımı .....                        Hacıqabulda 14 ton qida yandı .....                        Türkiyədə dəhşətli yanğın: ölənlərin sayı 76-ya çatdı .....                        Akşenerin partiyasından istefa vermişdi: Ərdoğanın partiyasına qoşuldu .....                        Ümit Özdağ barədə həbs qərarı verildi .....                        İlyas İsmayılov komaya düşdü .....                        Vəzifəsinin ilk günündə məhkəməyə verildi .....                       
Tarix : 23-11-2016, 10:55
Bu banklara sanksiya tətbiq edildi

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Banklarda korporativ idarəetmə standartları”nın tələblərinə müvafiq məlumatların 15.11.2016-cı il tarixinədək açıqlanması ilə bağlı banklara xəbərdarlıq məktubu göndərib.

Butov.az Axar.az-a istinadən xəbər verir ki, məktubda banklardan tələb olunan məlumatların qeyd olunan müddətə qədər açıqlanması tələb olunub.

Banklara məktubun oktyabrın 30-da göndərilməsinə baxmayaraq 10-dan çox bank maliyyə hesabatını dərc etməyib. Buna görə də, MBNP sonuncu dəfə noyabrın 21-də tələblərə əməl etməyən 10-dan şox banka qarşı maliyyə sanksiyasının tətbiq olunduğu ilə bağlı xəbərdarlıq məktubu göndərib. Məktubda bu banklara tələb olunan məlumatların açıqlanmasını təmin etmədikləri vurğulanıb.

Sənəddə qeyd olunub ki, qanunvericiliyin tələblərinə əməl etməyən banklara qarşı sanksiyalar tətbiq olunacaq. “Bununla əlaqədar olaraq, “Banklar haqqında” qanunun 48-ci maddəsinə əsasən bankınıza yeni filial və şöbələrin açılması dayandırılacaq, yeni müştəri hesablarının açılması və yeni əmanətlərin cəlb edilməsi qadağan ediləcək. Məlumatların açıqlanmasının dövriliyi, tərkibi, istifadəçilərə çatdırılması, habelə bu proseslərin daxili nəzarətlə əhatə olunması mexanizmini əks etdirən daxili qaydaların və bu sahəyə məsul olan inzibatçı haqqında məlumatların 2 iş günü ərzində Palataya təqdim olunması bankınıza tapşırılır. Qeyd olunan qadağalar yalnız məlumatlar ictimaiyyətə açıqlandıqdan və bununla bağlı Palataya rəsmi məlumat verildikdən sonra aradan qaldırıla bilər”, - deyə məktubda vurğulanıb.

Sanksiyanın tətbiq olunması ilə bağlı xəbərdarlıq məktubundan dərhal sonra maliyyə hesabatlarını gizlədən banklar Palatanın tələbinə əməl etməyə başlayıb və bütün banklar 2016-cı ilin 9 ayı üzrə öz maliyyə hesabatlarını saytlarında yerləşdiriblər.

Bank sektoru üzrə ekspert Samir Əliyev deyib ki, banklar böhran yaranandan bəri hesabatlılıq məsələsinə önəm vermir. Onun sözlərinə görə, bu sahədə banklar tərəfindən intizamsızlıq müşahidə edilir: “Bankların hesabatlılığı ilə bağlı çox böyük problemlər var. Bizdə yeni struktur, Maliyyə Bazarlarına Nəzarət Palatası yaranana qədər bir qədər boşluq yarandı. Bu boşluq böhranla üst-üstə düşdü. Banklar isə bu vəziyyətdən sui-istifadə etməyə başladılar. Mən Palatanın banklara münasibətdə sərt addımını düzgün qiymətləndirirəm. Ola bilər ki, qaydalar bir qədər sərtdir. Amma başqa variant yoxdur. “Əgər banklar arasında ayrı-seçkilik yoxdursa, fərq qoyulmursa, bu qaydalar bütün banklara aiddirsə, bunu normal qəbul edirəm. Bunun nəticəsini görürük. Artıq banklar 9 aylıq hesabatlarını açıqlamağa başlayıb. Əgər bank hesabat yaymırsa, nəyə görə müştəri bu banka vəsait yatırmalıdır? Nəyə görə, bankın problemi varsa, bank əmanət cəlb etməlidir və bu əmanətə görə dövlət kompensasiya verməlidir. Yəni, bu kompensasiya büdcə vəsaitləri hesabına təmin edilir. O baxımdan bu sərt addımı düzgün qiymətləndirirəm və düşünürəm ki, sərt yanaşma olmalıdır”.

Qanunvericiliyə əsasən bankların maliyyə hesabatlarını mütəmadi açıqlamalı olduğunu deyən S.Əliyev hesab edir ki, Palatanın bu məsələdə ardıcıl eyni mövqedə olması maliyyə təşkilatlarını hesabatları vaxtında açıqlamağa məcbur edəcək: “ Cəmiyyətdə belə bir fikir var ki, hesabatlarını dərc etməyən bankın maliyyə vəziyyəti ağırdır və bağlanmaq ehtimalı var. Belə bir həssas dövrdə banklar hesabatları dərc etməyə maraqlı olmalıdır”.

MBNP Direktorlar Şurasının sədrinin müşaviri Rüfət Abbasov “APA-Economics”ə bu məsələyə şərh vermək istəmədiyini bildirib. Bununla belə, R.Abbasov qeyd edib ki, MBNP banklar tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməsinə və maliyyə sektorunda şəffaflığın təmin olunmasına xüsusi önəm verir. “Məsələyə şərh vermək istəmirəm. Banklara qanunvericiliyin tələblərinə əməl etməyi tövsiyə edirik. Palata bank sektorunda şəffaflığın təmin olunmasında maraqlıdır. Bu ilk növbədə maliyyə xidmətləri istehlakçılarının maraqlarına cavab verir”.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!