Leyla Əliyeva Qaradağda yeni parkın açılışında - FOTO .....                        Ukraynadakı səfirliyimizə dəyən ziyan aradan qaldırılıb .....                        Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ .....                        Pul, qızıl və avtomobil ehtiyat hissələri oğurlayan şəxs saxlanıldı .....                        Bu dəfə Nəsimidə yanğın oldu .....                        Sumqayıtda 28 kq narkotik vasitə satmaq istədilər - VİDEO .....                        Qalmaqallı restoranın sahibi əvvəl də cəzalandırılıbmış - FAKT .....                        Azərbaycanda bayram günü otellərin dodaquçuqladan QİYMƏTLƏRİ .....                        Tuğda məktəb və bağça yenilənir – 3.2 milyon manatlıq layihə .....                       
Tarix : 1-02-2017, 10:37
"Azəravtoyol": Hərəkətin təhlükəsizliyi təmin olunub, bəzi sürücülər işimizə əngəl törədir

"Azəravtoyol" ASC-nin balansında olan küçə və prospektlərdə hərəkətin təhlükəsizliyi və fasiləsizliyini təmin etmək məqsədilə gecə boyu, səhər saatlarında və hal-hazırda işlər aparılır. Butov.az xəbər verir ki, bunu "APA-Economics"ə "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.

A. Nəcəflinin sözlərinə görə, hər hansı ərazidə problem olduqda həmin yerlərə dərhal ASC-nin qüvvələri göndərilir. "Bakı-Sumqayıt, Bakı Dairəvi yolu, Yeni Yasamal və bu kimi digər problemli ərazilər öncədən nəzarətə götürülüb. 1000-dən artıq maşın-mexanizm respublika yollarında, Bakı şəhərində isə 300-dən artıq texnika xidmət göstərmək üçün hazır vəziyyətdədir və ərazilərə cəlb olunub. Duz, qum ehtiyatı isə kifayət qədərdir", - deyə qurum rəsmisi əlavə edib.

A. Nəcəfli sürücülərin məsuliyyətsizliyindən də gileylənib: "Mən hazırda Bakı-Sumqayıt yolundayam və adıçəkilən yolda heç bir problem yoxdur. Lakin bir çox hazırlıqsız sürücülər var ki, belə havada yola çıxıblar, qəza durma işığını yandırıblar və çox aşağı sürətlər hərəkət edirlər. Çünki avtomobil şinlərinin protektoru yeyilmiş haldadır, başqa sözlə, avtomobil qış şinləri ilə təchiz edilməyib. Bu, həmçinin Rusiya istehsalı olan avtomobillərə də aiddir. Ona görə də müəyyən ərazilərdə sıxlıq yaranır. Bu vəziyyət bizim maşın-mexanizmin hərəkətinə də maneə yaradır. Maşınlarımız iriqabaritli və ağırdır. Yollarda yaranan problemə görə, bizim maşınlar da vaxtında lazım olan əraziyə çata bilmir. Buna baxmayaraq, yolların qardan təmizlənməsi işləri davam etdirilir".


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!