Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin İslam Sonrası Siyasi İradəsini Təmsil Edən Dövlətlər Üzərinə .....                        Mingəçevirdə ağır qəza - yaralılar var .....                        Nazirlər təyyarə qəzasını müzakirə etdilər .....                        Ata, sən mənim qəhrəmanımsan... .....                        Zelenskidən Azərbaycana başsağlığı, Rusiyaya ittiham .....                        Yaralarım göründüyündən daha dərindir... .....                        Qəzada həlak olan pilotun anası danışdı - VİDEO .....                        Təyyarə qəzası ilə bağlı növbəti toplantı .....                        Nazirdən təyyarədə balon partlaması iddialarına reaksiya .....                       
Tarix : 17-03-2017, 18:18
Azərbaycan hökumətinin hesabatı təsdiqləndi

Bu gün Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında hesabatın müzakirəsi başa çatıb.
Butov.az-ın “Ölkə.Az”-a istinadən məlumatına görə, hökumətin hesabatı səsə qoyularaq təsdiq edilib.

Xatırladaq ki, hesabata əsasən 2002-2015-ci illər müddətində yoxsulluğun səviyyəsi ildən-ilə aşağı düşərək 46,7 faiz göstəricisindən 4,9 faizlə ölçülüb. 2016-cı ildə əvvəlki ilə nisbətən ÜDM-in real həcminin azalması, inflyasiyanın səviyyəsinin yüksəlməsi yoxsulluq səviyyəsinə düşən əhalinin sayını 1 faiz artırıb və bu göstərici 5,9 faiz olub.

2017-ci il yanvarın 1-nə muzdla işləyənlərin sayı 1514,0 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,1 min nəfər, qeyri-neft sektorunda isə 1479,9 min nəfər çalışıb.

2016-cı ildə ölkə rezidentləri tərəfindən 60 393,6 milyon manat və ya əhalinin hər nəfərinə 6 266,3 manat dəyərində ÜDM istehsal edilib. Əvvəlki illə müqayisədə ÜDM istehsalı 3,1 faiz azalıb. Azalmanın əsas səbəbi isə tikinti sektorunda məhsul və xidmətlər istehsalının 22,9 faiz azalması olub.

2016-cı ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 15 526,6 mln. manat və ya əvvəlki illə müqayisədə 22,2 faiz az vəsait yönəldilib.

2016-cı ildə infrastruktur layihələrinə ümumilikdə 2 096,3 milyon manat vəsait, yəni dövlət büdcəsində dövlət əsaslı vəsait qoyulıuşunun 69,9 faizi ayrılıb. Dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin 751,4 milyon manatının nəqliyyat layihələrinə yönəldilib. Kommunal infrastruktur layihələrinə 325,4 milyon mant vəsait ayrılıb. Energetika və sənaye layihələrinə 778,7 mln. manat, ekologiya layihələrinə 15,6 milyon manat, kənd təsərrüfatı layihələrinə 98,5 milyon manat ayrılıb.

Sosial yönümlü layihələrə 2016-cı ildə ümumilikdə 303,9 milyon manat vəsait, yəni dövlət əsaslı vəsait qoyuluşunun 10,1 faizi nəzərdə tutulub. Qaçqınların və məcmuri köçkünlərin sosial-yaşayış şəraitinin yaxşılaşdırılmasına dair tədbirlərin maliyyələşdirilməsinə 8,2 milyon manat, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşunun 0,3 faizi həcmində vəsait ayrılıb.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!