ELMİ DOST TUTUN, OXUYUN, ÖYRƏNİN! .....                        36 ilin həsrəti .....                        XAQANİ ŞİRVANİ VƏ İMADƏDDİN NƏSİMİNİN YARADICILIĞINDA TƏBİƏT-İNSAN MÜNASİBƏTLƏRİ .....                        "Silah istehsalını artıracağıq" .....                        Neftçilərə mənzillər verildi - FOTO .....                        COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların siyahısı hazırlandı .....                        Azərbaycanda zəlzələ olub .....                        Prezident Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqlədi .....                        Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv olundu .....                       
10-01-2023, 20:42
60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır - İlham Əliyev


60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır - İlham Əliyev

Ünvanlı sosial yardımın verilməsi ilə bağlı çox böyük şəffaflaşdırma işi aparılıb. Əvvəlki dövrlərdə bu sahədə çox böyük pozuntulara yol verilmişdi. Ehtiyacı olmayan insanlara sosial yardım verilirdi və əlbəttə ki, bunun arxasında təmənna dayanırdı. Ehtiyacı olan insanların isə buna əli çatmırdı. Ona görə bu sahədə çox geniş təftiş işi aparılıb. Bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib. “Bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. Yəni, bu il bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir və əlbəttə ki, il ərzində artacaq, o cümlədən orta aylıq əməkhaqqı da. Biz gözləyirik ki, bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq. Beləliklə, sosial sahədə bu addımları ataraq həm ehtiyacı olan insanlara arxa-dayaq oluruq, eyni zamanda, biz öz siyasətimizə sadiqliyimizi göstəririk”, - deyə dövlətimizin başçısı vurğulayıb.
10-01-2023, 20:39
İmkan daxilində əmək haqqı və təqaüdləri artırmağa çalışırıq - İlham Əliyev


İmkan daxilində əmək haqqı və təqaüdləri artırmağa çalışırıq - İlham Əliyev

Minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb və minimum əməkhaqqı artıq 345 manata çatıb. Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində sosial rifah sahəsində atılan praktiki addımlardan danışarkən deyib. “Bu, bizi qane edir? Əlbəttə ki, yox. Amma biz imkan daxilində öz addımlarımızı atırıq. Çünki bir daha demək istəyirəm, bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun illər prioritet kimi qalacaq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb. Dövlət başçısı qeyd edib ki, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək. Bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, gələcəkdə də buna oxşar addımlar atılacaq.
10-01-2023, 20:33
Xarici borcumuz 7 milyard dollardan azdır - İlham Əliyev


Xarici borcumuz 7 milyard dollardan azdır - İlham Əliyev

Azərbaycanın xarici borcu 7 milyard dollardan azdır, həm də ümumi daxili məhsula nisbətdə kəskin azalıb. Əgər keçən ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, keçən ilin yekunlarına görə bu, 9,5 faizə düşüb. Yəni, müqayisə üçün deyə bilərəm ki, bir çox inkişaf etmiş ölkələrdə bu, 100 faiz, hətta 130-150 faizdir. Bu rəqəmləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində səsləndirib. Bunun səbəblərini izah edən dövlətimizin başçısı deyib: “Biz iqtisadi cəhətdən müstəqilik, əgər biz indi istəsək, yenə də beynəlxalq maliyyə qurumları ilə kreditlərin cəlb edilməsi üzrə işlərə başlaya bilərik, əslində başlamışıq. Çünki həm Dünya Bankı ilə, həm Avropa Yenidənqurma və İnkişaf Bankı ilə icraatda olan layihələr demək olar ki, başa çatır. Dünyanın hər iki aparıcı maliyyə qurumunun yüksəkvəzifəli nümayəndələri keçən il Bakıda olmuşlar və aparılan müzakirələr zamanı yeni istiqamətlər müəyyən edilib. Yəni, mən tam əminliklə deyə bilərəm ki, biz limitsiz xarici kreditlərin cəlb edilməsində heç bir problem görməyəcəyik”. Dövlət başçısı vurğulayıb ki, hələlik limitsiz xarici kreditlərin cəlb edilməsinə ehtiyac yoxdur. Ona görə iqtisadi və sosial sahə həmişə paralel getməlidir: “O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir”.
27-12-2022, 21:17
Azərbaycanla Yaponiya arasında konvensiya imzalandı


Azərbaycanla Yaponiya arasında konvensiya imzalandı

Azərbaycanla Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiya imzalanıb. Bu barədə iqtisadiyyyat naziri Mikayıl Cabbarov məlumat verib. O bildirib ki, konvensiya ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə təkan verəcək.
26-12-2022, 19:37
Kirayə mənzillərə ƏDV tətbiq olunmayacaq


Kirayə mənzillərə ƏDV tətbiq olunmayacaq

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim olunması əməliyyatı ƏDV-dən azad edilir. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat evrilib. Bildirilib ki, bu, Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biridir: "Azərbaycan Prezidentinin 2019-cu il 25 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib. 2020-ci ilin mart ayından etibarən Fond tərəfindən yaşayış sahələrinin satın alınması və müəyyən edilmiş şərtlərlə kirayəçinin mülkiyyətinə verilməsinə başlanılıb. Vergi Məcəlləsinin tələblərinə əsasən, Fond tərəfindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi əməliyyatı ƏDV-nin vergitutma obyekti hesab edilir. Bu hal isə vətəndaşların aylıq ödənişlərinin artmasına və nəticə etibarilə əhalinin mənzil əlçatanlığının aşağı düşməsinə, habelə bu mexanizmin səmərəliliyinin azalmasına gətirib çıxara bilər". "Bu baxımdan, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizminin mahiyyətini və yaradılması məqsədlərini, həmçinin sosial yönümlülüyünü nəzərə alaraq, qeyd olunan əməliyyatın ƏDV-dən azad edilməsi nəzərdə tutulub. Təklif olunan güzəşt bu mexanizmin daha da təkmilləşməsinə, o cümlədən vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi və əlçatanlığın təmin edilməsinə öz töhfəsini verəcək", - məlumatda qeyd edilib.
26-12-2022, 17:35
Pensiyalarda hər il artım olacaq


Pensiyalarda hər il artım olacaq

Son dörd ildə ölkəmizdə minimum pensiya 2.2 dəfə, orta aylıq pensiya 80 faiz, sosial müavinət və təqaüd ödənişləri 3.5 dəfə artıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib. H.Məmişov qeyd edib ki, bu dövrdə 10-dan çox yeni sosial ödəniş növü təsis olunub, sosial təminat sisteminin əhatə dairəsi daha da genişlənib: "Pensiya islahatlarının davamı olaraq bu il "Əmək pensiyaları haqqında Qanunda" 50-dək əlavə və dəyişiklik edilməklə, pensiya sistemində bu sistemə əlçatanlığın artırılmasına, erkən pensiya hüququ olan kateqoriyaların sırasının artmasına xidmət edən yeni humanist yanaşmalar tətbiq edilib. 2023-cü ildən isə pensiya artımında vahid indeksasiya metoduna keçiləcək ki, bu da bütün növ pensiyalarda hər il artıma imkan verəcək. 2022-ci ildə pensiyaçılara əlavə olaraq maddi yardımlar verildi. Həmin maddi yardımlar gələn ilin əvvəlindən onların pensiyalarının tərkibinə daxil ediləcək və bundan sonra bütün pensiyalar indeksləşdirilərək artırılacaq. Ümumilikdə 2023-cü ildə pensiya ödənişlərinə 2022-ci ilin müvafiq göstəricisinə nisbətən 650 milyon manat və ya 12 faiz çox vəsait yönəldilməsi nəzərdə tutulur".
19-12-2022, 23:03
Səudiyyə Ərəbistanla Anlaşma memorandumu imzalandı


Səudiyyə Ərəbistanla Anlaşma memorandumu imzalandı

Bu gün Azərbaycanın İqtisadiyyat Nazirliyi və Səudiyyə Ərəbistanının İnkişaf Fondu arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi nazir Mikayıl Cabbarov və Fondun Baş icraçı direktoru Sultan Abdulrahman Al-Marshad imzalayıblar. Memorandumda Fondun ölkəmiz üçün prioritet olan sahələr üzrə inkişaf layihələrinin maliyyələşməsinə dair əməkdaşlıq məsələləri öz əksini tapıb.
17-12-2022, 19:39
İlk mərhələdə 3 qeqavatlıq əlavə ötürmə gücü yaradılıcaq - İlham Əliyev


İlk mərhələdə 3 qeqavatlıq əlavə ötürmə gücü yaradılıcaq - İlham Əliyev

Azərbaycandan ixracın birinci mərhələsində ən azı 3 qeqavatlıq əlavə ötürmə gücü yaradılacaq. Bu fikri Prezident İlham Əliyev dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında deyib. Təkcə bir qlobal enerji şirkətinin Azərbaycanda 10 qeqavatlıq yaşıl enerjinin istehsalına investisiya qoymağı planlaşdırdığını qeyd edən dövlətimizin başçısı bildirib: “İki gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qeqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycandan ixracın birinci mərhələsində ən azı 3 qeqavatlıq əlavə ötürmə gücü yaradılacaq.
17-12-2022, 16:37
Avropa bazarının qaz təchizatını daha da genişləndirəcəyik - İlham Əliyev


Avropa bazarının qaz təchizatını daha da genişləndirəcəyik - İlham Əliyev

Dünən SOCAR və “Romgaz” Azərbaycandan Rumıniyaya qaz tədarükünə dair saziş imzaladı. Gələn il yanvarın 1-dən etibarən Azərbaycan Avropa bazarının qaz təchizatının coğrafiyasını daha da genişləndirəcək. Bu fikri Prezident İlham Əliyev dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında deyib. Bunun hər iki tərəf üçün mənfəətli olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Çünki Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsinə, Azərbaycanın isə özünün nəhəng enerji mənbələri üçün etibarlı bazara ehtiyacı var”.
9-12-2022, 17:06
Baş nazir ərzaq bahalaşmasından danışdı


Baş nazir ərzaq bahalaşmasından danışdı

Cari ilin ötən dövründə Azərbaycanda ikirəqəmli inflyasiya əsasən, ərzağın 60%-dən çox bahalaşması hesabına formalaşıb. Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, qlobal inflyasiya mühiti üzrə əsas risklər, xarici xərc amilləri inflyasiyanı artıran əsas səbəblərdir: “Son dövrlərdə müşahidə olunan regional və qlobal geosiyasi gərginlik, Rusiya və Ukrayna arasında hərbi münaqişə və bununla əlaqədar tətbiq olunan genişmiqyaslı iqtisadi sanksiyalar, qlobal istehsal-təchizat zəncirində qırılmalar, yüksək enerji qiymətləri, həmçinin daşınma və logistika xərclərinin yüksəlməsi dünya ərzaq qiymətlərinin bahalaşmasına, ərzaq qıtlığına, əksər ölkələrdə inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasına səbəb olub". Baş nazir vurğulayıb ki, yüksək inflyasiya fonunda qlobal artım sürətinin zəifləməsi dünya iqtisadiyyatını tənəzzül ilə üz-üzə qoyur: "Cənab Prezidentin qeyd etdiyi kimi, qlobal vəziyyətin necə olacağını öncədən təxmin etmək çətin məsələdir. Yalnız bu aydındır ki, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Bir sözlə qlobal inflyasiya mühiti üzrə əsas risklər, xarici xərc amilləri inflyasiyanı artıran əsas səbəblərdir. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir. Cari ilin ötən dövründə idxal qiymətlərinin illik artım tempi 22 % təşkil etmiş və ölkəmizdə də orta illik inflyasiya ikirəqəmli olub (13,8 %)”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!