"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
21-11-2022, 14:41
Belarusla ticarət dövriyyəmiz xeyli azalıb


Belarusla ticarət dövriyyəmiz xeyli azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 300 milyon ABŞ dollarına yaxın olub. Hesabat dövründə Azərbaycandan Belarusa ixracın dəyəri 87,7 milyon dollar, idxalın həcmi isə 211,5 milyon dollar olub. Xatırladaq ki, ötən ilin yanvar-dekabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 424,5 milyon ABŞ dolları təşkil edib.
19-11-2022, 16:17
Azərbaycan ən çox bu ölkəyə məhsul göndərib


Azərbaycan ən çox bu ölkəyə məhsul göndərib

Yanvar-oktyabr aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın on ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, Yunanıstan və Xorvatiya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 17 milyard 95,2 milyon ABŞ dolları, Yunanıstana 1 milyard 356,1 milyon dollar, Xorvatiyaya isə 952,3 milyon dollar təşkil edib.
18-11-2022, 18:50
Rusiya Azərbaycana qaz tədarük etməyə başlayıb


Rusiya Azərbaycana qaz tədarük etməyə başlayıb

Rusiyanın “Qazprom” şirkəti Azərbaycana qaz tədarükünün başlandığını elan edib. Butov.az-ın məlumatına görə, “Qazprom” özünün "Telegram" kanalında bildirib ki, yeni alqı-satqı müqaviləsi çərçivəsində Azərbaycana qaz tədarükü noyabrın 15-dən başlayıb. Çatdırılmalar 2023-cü ilin mart ayına qədər davam edəcək. Müvafiq sənəd Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə imzalanıb. Tədarükün ümumi həcminin 1 milyard kubmetr səviyyəsində olacağı gözlənilir. Qeyd olunur ki, Azərbaycanın öz qaz ehtiyatları var və onu fəal şəkildə ilk növbədə Türkiyəyə, sonra isə tranzit olaraq Avropaya ixrac edir. Rusiya yanacağının respublikaya tədarükü, Moskvanın əvvəllər svop satışı ilə bağlı razılaşdığı qazın İrana ixracının həcminin artması və ya sonrakı tranziti ilə izah oluna bilər.
18-11-2022, 17:44
Bu kirayə mənzillər ƏDV-dən azad edilir


Bu kirayə mənzillər ƏDV-dən azad edilir

Azərbaycanda gələn ildən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Məcəlləyə əlavə edilməsi nəzərdə tutulan yeni maddəyə əsasən, İpoteka və Kredit Zəmanət Fondu mənzillərin kirayəyə verilməsində görə ƏDV ödəməyəcək. Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
18-11-2022, 17:41
ƏDV ilə bağlı yeni qərar verildi


ƏDV ilə bağlı yeni qərar verildi

Milli Məclisdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsinə dəyişiklik müzakirələrdən sonra qəbul olunub. Bu qanun işğaldan azad edilmiş ərazilərdə həmin ərazinin rezidentlərinə verilən vergi azadolmaları, həmin azadolmaların tətbiq edildiyi subyektlərin və əməliyyatların dairəsi ilə bağlı məsələləri tənzimləyir. İşğaldan azad edilmiş ərazilərdə vergitutma ilə bağlı bütün digər məsələlər bu Məcəllənin I - XVII fəsillərinə uyğun olaraq tənzimləyir. Bununla da işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olacaqlar. Eyni zamanda işğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad olacaq. ƏDV-nin geri qaytarılması qaydası aşağıdakı kimi olacaq: Fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5 faizi geri qaytarılacaq.
16-11-2022, 18:39
Azad edilmiş ərazilərdə bərpasına xərclənən vəsait açıqlandı


Azad edilmiş ərazilərdə bərpasına xərclənən vəsait açıqlandı

“Vətən müharibəsində tarixi qələbəmizdən dərhal sonra azad edilmiş ərazilərdə başlayan quruculuq işlərinə cari il üzrə istifadə olunmamış bəzi vəsaitlərin də bu istiqamətə sərf edilməsi ilə toplam 9 milyard manatdan artıq vəsait yönəldilib”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, 9 milyard 700 milyon vəsait 3 ildə azad edilmiş ərazilərin bərpası üçün xərclənib: "Azad edilmiş ərazilərin bərpa edilməsi ilə o torpaqlarda iqtisadi fəaliyyətinin canlandırılması məqsədilə bir sıra qanun layihələri də Milli Məclisə təqdim edilib. Prezidentin azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı sərəncamının həyata keçirilməsi üçün Vergi Məcəlləsinə, Əmək Məcəlləsinə, Miqrasiya Məcəlləsinə və s. dəyişikliklər hazırlanıb”.
11-11-2022, 17:23
Pensiyalar minimum 400 manat olacaq - Əhaliyə şad xəbər


Pensiyalar minimum 400 manat olacaq - Əhaliyə şad xəbər

"Ölkədə maaşların artırılması istiqamətində islahatlar davam edir və bunun nəticəsini görürük". Bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasına qatılan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, ümumi pensiyaların 400 manatın üzərində olması üzrə işlər görülür: “Yaşa görə pensiyanın 450 manat, ümumi pensiyanın isə 400 manat olması üçün işlər görülür. Əhaliyə ödənişlərin, xüsusilə pensiya ödənişlərinin 650 milyon manat artımı pensiyaçılarımız üçün çox önəmlidir". S.Babayev, həmçinin yeni iş yerlərinin sayının artırıldığını, məşğulluq proqramlarının davam etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu sahədə elektronlaşma aparılıb.
11-11-2022, 17:21
Yaşayış minimumu artırılır - 246 manat


Yaşayış minimumu artırılır - 246 manat

“Bizim əsas məqsədimiz vətəndaşlarımızın məşğulluğunun təmin edilməsidir. Biz istəyirik ki, əhali öz əməyi ilə xərcləri ödəsin”. Bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, növbəti ildən yaşayış minimumu və ehtiyac meyarı dəyişəcək: “Bu məbləğ 246 manat olacaq ki, bu da cari illə müqayisədə 46 manat çoxdur. Həmçinin ünvanlı sosial yardım 500 manatın üzərində olacaq”. S.Babayev, həmçinin əmək müqavilələrinin elektronlaşdırılmasına münasibət bildirib. “Bunun üçün işlər görülür. Bundan sonra əmək müqaviləsi elektron olaraq aparılacaq. İşə götürən və işə götürülən şəxslər üçün asanlaşdırma işləri aparılır”.
4-11-2022, 22:21
Pensiyalarda ciddi artım olacaq


Pensiyalarda ciddi artım olacaq

Növbəti ilin büdcəsi gəlir və xərclər üzrə balanslaşdırılaraq 6 milyard 264 milyon manat məbləğində qiymətləndirilib. Bu isə cari ildəki məbləğdən 658 milyon və ya 12 faiz çoxdur. Bu gəlirlər çərçivəsində məcburi dövlət sosial sığorta üzrə gəlirlər 4 milyard 784 milyon manat proqnozlaşdırılır. Bu isə cari ilə nisbətən 10 faiz və ya 422 milyon manat artıqdır. Bu sözləri “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, transfertin həcmi 1 milyard 468 milyon manat məbləğində müəyyən edilib:"Dövlət büdcəsi tərəfindən dövlət öhdəliklərinin ödənilməsi məqsədilə həyata keçirilən bu transfertin ümumi gəlirdəki payı növbəti il ərzində 23 faiz təşkil edəcək. Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 97 faizi, yəni, 6 milyard 78 milyon manatı əhaliyə ödənişlərin payına düşür. Bu da cari illə müqayisədə 12 faiz artım deməkdir. Əmək pensiyalarının maliyyələşdirilməsinə 5 milyard 907 milyon manat və ya cari ilən 650 milyon manat çox, məcburi dövlət sosial sığorta hesabına verilən müavinətlərə isə 170 milyon manat yönəldiləcək. Əmək pensiyalarının orta aylıq məbləği cari ildə 371 manat, yaşa görə əmək pensiyalarının orta məbləği isə 400 manat təşkil edir". "Növbəti ildə biz orta məbləğlərdə ciddi artım gözləyirik və yaşa görə göstəricinin 450 manatın üzərinə, ümumilikdə əmək pensiyalarının orta aylıq məbləğinin isə 420 manatın üzərinə çıxacağını proqnozlaşdırırıq", - S.Babayev əlavə edib.
3-11-2022, 17:03
İlham Əliyev yolların təmirinə 4,4 milyon ayırdı


İlham Əliyev yolların təmirinə 4,4 milyon ayırdı

Prezident İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb. Butov.az xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhəri Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan və Zirə qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 4,4 milyon (dörd milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!