Bu gündən yaxın qohumlar evlənə bilməyəcək .....                        Macarıstan Ermənistana yardım ayrılmasını bloklayır .....                        “Paşinyandan xahiş etdik ki, müharibəni dayandırsın” .....                        Azərbaycanda sosial müavinətlər və təqaüdlər artırılıb .....                        Azərbaycanda sammit keçiriləcək - Liderlər ölkəmizə gəlir .....                        Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi .....                        Qukasyandan yeni etiraflar .....                        Paşinyan Kallasla görüşdü .....                        Səfərov qardaşlarının nəşi Bakıya gətirildi - FOTO .....                       
26-02-2022, 19:45

Fransa hakimiyyəti Rusiyanın “Baltic Leader” yük gəmisini saxlayıb
Fransa hakimiyyəti Rusiyanın “Baltic Leader” yük gəmisini saxlayıb

Rus quru yük gəmisi “Baltic Leader” Fransada gömrük yoxlamasından keçib.
TASS xəbər verir ki, bu barədə Rusiyanın Parisdəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Aleksandr Maqoqonov məlumat verib.
Yoxlamalar zamanı məlum olub ki, gəmi ABŞ-ın maliyyə sanksiyaları siyahısında olan “PSB Leasing” şirkətinə məxsus olan gəminin sənədləri ilə maraqlanıb. Aleksandr Maqoqonov “Hazırda gəmi saxlanılıb və onun gələcək taleyi ilə bağlı qərar məhkəmədə veriləcək” – deyə əlavə edib.
19-02-2022, 08:24
Rusiya qazı kəsilsə, ehtiyat yanacaq 2 aya bəs edər:
Ehtiyat yanacaq 2 aya bəs edər

Avropa ölkələrinin ay yarımlıq qaz ehtiyatı var, sərt sanksiyalar və Rusiyadan tədarükdən imtina olunarsa, qitə ciddi böhranla üzləşəcək.
Bu barədə Böyük Britaniyanın “Teleqraf” qəzetinin yazarı Tom Ris qeyd edib.
O bildirib ki, Rusiyadan enerji idxalı dayandırılacağı təqdirdə Almaniya iqtisadiyyatı ən ağır zərbəni alacaq.
Müəllifin sözlərinə görə, hazırda qitədəki anbarların 67 faizi boşdur, cəmi 33 milyard kubmetr ehtiyat qaz var ki, bu da aprelə qədər çata bilər. Son bir ildə qazın qiyməti üç dəfə artıb. Neqativ geosiyasi ssenarilərin baş verəcəyi təqdirdə Rusiya yanacağının Avropa Birliyinə axını dayanacaq və qiymət daha da artacaq
16-02-2022, 21:03
Milli Məclisdə aqrar sahə ilə bağlı dinləmə keçirilib

Milli Məclisdə aqrar sahə ilə bağlı dinləmə keçirilib

Fevralın 16-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Aqrar siyasət komitələrinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə birgə dinləmə keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Milli Məclisin komitə sədri Tahir Mirkişili bildirib ki, dinləmədə Azərbaycanda aqrar sahə üzrə görülən işlər, qarşıda duran çağırışlar və inkişaf hədəflərinə dair təqdimatlar keçiriləcək və müzakirələr aparılacaq.
Kənd təsərrüfatı sahəsinin Azərbaycan iqtisadiyyatında, ixracatında tutduğu mövqeyindən söz açan Tahir Mirkişili iqtisadi məşğul əhalinin əhəmiyyətli hissəsinin bu sektorda çalışdığını, qeyri-neft ixracında kənd təsərrüfatı məhsullarının ilk beşlikdə yer aldığını vurğulayıb. Azərbaycanda aqrar sahədə həyata keçirilən islahatların öz bəhrələrini verməkdə olduğuna toxunan komitə sədri 2022-ci ilin dövlət büdcəsində bu istiqamətdə, o cümlədən aqrar sığortaya ayrılan vəsaitləri qeyd edib. Komitə sədri bildirib ki, bununla belə qarşıda duran çağırışlar – dünyada ərzaq məhsulları üzrə müşahidə olunan çatışmazlıq, bu cəhətdən qiymətlərin artması, iqlim dəyişikliyi ilə bağlı ortaya çıxan çətinliklər bu sahəyə yeni yanaşmaların tətbiqini və diqqətin artırılmasını zəruri edir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də dinləmənin aqrar sahənin inkişaf etdirilməsi yollarının müəyyənləşdirilməsi baxımından faydalı olacağına inamını ifadə edib. Bu sahənin çətinliklərindən, xüsusən də onun təbii amillərdən asılı olmasından danışıb.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasının yerli istehsalın üzərində qurulduğunu qeyd edən Tahir Rzayev aqrar sahənin inkişafı və aktual məsələləri ilə bağlı fikirlərini bildirib.
Kənd təsərrüfatı naziri İnam Kərimov son beş ildə aqrar sahədə məhsul artımının təxminən 25 faiz təşkil etdiyini, kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikasının 2021-ci ildə də davam etdiyini, ümumi istehsal həcmində 3,4 faizlik artım qeydə alındığını açıqlayıb. O, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılması, texnika və damazlıq heyvan satışı bazarının artıq tam liberallaşması, bazar iqtisadiyyatı tələblərinə uyğun aqrar sığorta sisteminin tətbiqi barədə məlumat verib.
Nazir mövcud olan məhdud torpaq və su resurslarından səmərəli istifadənin aktuallığını xüsusi vurğulayıb.
Sonra dinləmədə təqdimatlar həyata keçirilib. Diskussiya şəraitində keçən dinləmədə qaldırılan məsələlərə aydınlıq gətirilib, suallar cavablandırılıb.
Tədbirə yekun vuran Tahir Mirkişili dinləmələrdə fəal iştirak etdiklərinə görə qonaqlara və deputatlara təşəkkür edib və aparılan fikir mübadiləsinin aqrar sahənin inkişafı baxımından faydalı olacağına inamını bildirib.
15-02-2022, 15:52
Azad olunan ərazilərdə məşğulluq strategiyası hazırlanacaq


İşğaldan azad olunan ərazilərdə məşğulluq strategiyası hazırlanacaq.
Bu barədə məsələ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən növbəti kollegiya iclasında müzakirə olunub. Kollegiya iclasında komitənin mərkəzi aparatının, departamentlərin və tabe təşkilatların 2021-ci ilin yekunlarına dair hesabatları müzakirə edilib.
Böyük Qayıdışla bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, mətbuatda işıqlanlandırılması, məcburi köçkünlərin könüllü şəkildə geri qayıdışının hazırlanması, təbliğat işinin aparılması, xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla məcburi köçkünlərin onlayn qəbulu, onların müraciətlərinə baxılması, komitə rəhbərliyinin və aidiyyəti şöbə müdirlərinin qəbullarının təşkili, kadr siyasətinin “Dövlət qulluğu haqqında” qanuna uyğun aparılması haqqında məruzələr dinlənilib.
Kollegiyanın 2022-ci il üçün iş planı təsdiq olunub. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə məşğulluq startegiyasının hazırlanması və məcburi köçkünlərin repatriasiya prosesinin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Kollegiyada müzakirəyə çıxarılmış məsələlər barədə müvafiq qərarlar qəbul olunub.
12-02-2022, 14:46
"Türkiyə iqtisadiyyatı ayaqda qalmağı bacarır"

Türkiyə iqtisadiyyatının dayanıqlılığı ən pis qorxuları belə aradan qaldırdı.
Bu barədə İngiltərənin “Faynənşl Tayms” qəzetində məqalə gedib.
Nəşr yazır ki, bütün çətinliklərə baxmayaraq, Türkiyə iqtisadiyyatı ayaqda qalmağı bacarır:
"2011-2013-cü illərdə xəbərdarlıq edilirdi ki, əgər dollar 2 lirəni keçərsə, onda Türkiyə iqtisadiyyatı çökəcək. Dollar 2 lirəni keçdi. Daha sonra isə bildirildi ki, dollar 3-5 lirə arasında dəyişərsə, Türkiyə iqtisadiyyatı dağılacaq. Hazırda dollar 13 lirə ətrafında dəyişir. Türkiyə iqtisadiyyatı isə hələ də ayaqdadır. Həm banklar, həm də əhali müəyyən vaxtlarda baş tutan devalvasiyaya qarşı müqavimət göstərdilər. Hətta bankların xarici valyutada kredit verməsinin qadağan edilməsi dayanıqlılığa töhfə verdi".
7-02-2022, 14:05
BNA Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi - FƏRMAN


Prezident İlham Əliyev Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə qərara alıram:
1. Bakı Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilsin.
2. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
2.1. Azərbaycan Respublikasının Prezidentinə:
2.1.1. Agentliyin yenidən təşkil və ləğv edilməsi;
2.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
2.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
2.2.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Agentliyin idarəetmə orqanlarının yaradılması;
2.2.3. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Agentliyin işçilərinin say həddinin təsdiqi;
2.2.4. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə uyğun olaraq Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi;
2.3. Bakı Şəhər İcra Hakimiyyətinə:
2.3.1. bu Fərmanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
3. Agentliyin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin tabeliyinə verilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Agentliyin yeni nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
4.2. bu Fərmanın 1-ci və 3-cü hissələri ilə əlaqədar olaraq Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.3. bu Fərmanın 3-cü hissəsinə uyğun olaraq Agentliyin balansında olan və “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansına verilməsini bir ay müddətində təmin etsin;
4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!