Hər gün Xırdalana gedənlərin NƏZƏRİNƏ! .....                        Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı .....                        Pensiyalar gələn aydan artımla veriləcək - RƏSMİ .....                        Zelenski Netanyahuya zəng etdi .....                        Salyanda ağır qəza: vəzifəli şəxs öldü .....                        Bakıdakı məşhur stadion sökülür? - RƏSMİ .....                        Bakıda yanğın: 3 nəfər xilas edildi .....                        Azərbaycanda tramvaylar fəaliyyətə başlayır - Ünvanlar AÇIQLANDI .....                        Rəşad Nəbiyev Prezidentə məruzə təqdim etdi .....                       
Tarix : 14-03-2014, 14:29

 

 

Tağı Əhmədova qarşı artıq cinayət işi açılıb. Onun istintaqa ilkin ifadə verdiyi də iddia olunur. Mənbəmiz deyib ki, sabiq metropoliten rəisinin bu günlərdə həbs olunması ehtimalı realdır.

 

Respublika Prokurorluğu və Vergilər Nazirliyi Bakı Metropolitenində genişmiqyaslı yoxlamalara başlayıb.Hüquq-mühafizə orqanlarından "Qafqazinfo”ya daxil olan xəbərə görə, yoxlama korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilir. Buna səbəb metropolitenin keçmiş rəisi Tağı Əhmədovun rəhbərliyi dövründə külli-miqdarda vəsaitin dövlət büdcəsindən yayındırılması olub. Məlumatda bildirilir ki, ötən ilin sonlarında dövlət orqanlarına Bakı Metropolitenində külli-miqdarda vəsaitin mənimsənildiyi barədə məlumat daxil olub. Aparılan ilkin araşdırma məlumatın əsaslı olduğunu üzə çıxarıb. Məsələ barədə prezident İlham Əliyevə məruzə olunduqdan sonra Tağı Əhmədovun vəzifədən azad edilməsi və onun rəhbərlik etdiyi qurumda yoxlamalar başlanması barədə qərar qəbul olunub.

 

Yoxlama nəticəsində müəyyən edilib ki, metropolitendən və geniş ticarət şəbəkəsindən hər il əldə olunan 11-12 milyon manat vəsait müxtəlif vasitələrlə dövlət büdcəsindən və vergidən gizlədilib və mənimsənilib. O da bəlli olub ki, metroda fəaliyyət göstərən ticarət obyektlərinin tam əksəriyyəti Tağı Əhmədovun ailə üzvlərinin, qohumlarının və ona yaxın olan şəxslərin adlarına rəsmiləşdirilib. Yaxın zamanlarda yoxlamanın nəticələrinin ictimailəşdiriləcəyi və T.Əhmədovun həbs olunacağı gözlənilir.

 

 

Qeyd edək ki, T. Əhmədovun həbs olunacağı ehtimalı ilə bağlı bir qədər əvvəl də məlumat yaymışdıq. Həmin məlumatda və eyni zamanda indicə bizə daxil olan xəbərdə bildirilir ki, 2010-cu ildə "Azadlıq Radiosu"nun "İşdən sonra” verilişində müsahibəsində Tağı Əhmədov metropoliten ərazisindəki ticarət obyektlərində 2 min adamın çalışdığını və ayda 70 min, ildə isə 840 min manat gəlirin əldə olunduğunu bildirmişdi. Metropoliten rəisi demişdi ki, həmin vəsait metronun tələbatlarına sərf olunur. Həmçinin T.Əhmədov həmin obyektlərin onun ailə üzvlərinə və qohumlarına aid olduğu barədə məlumatı təkzib etmişdi. Son açıqlamalarda T.Əhmədov ticarətdən əldə olunan illik gəlirin 450 min manata yaxın olduğunu iddia etmişdi.musavat.comun məlumata görə   metropolitenin yeni rəisi Zaur Hüseynovun göstərişi ilə metro ərazisindəki bütün ticarət obyektlərinin sahiblərinə müqavilələrin müddətinin uzadılmayacağı barədə xəbərdarlıq edilib.



Paylaş



Bölmə: Kriminal / Şəkilçarx / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!