Kriminal dairələrdə “Arman Dikiy” kimi tanınan avtoritet Arman Cumaqeldiyev Qazaxıstana gedərək etirazçılardan təxribatçılara qulaq asmamağı, soyğunçuluq və iğtişaşları dayandırmağı xahiş edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə instaqram səhifəsində canlı yayımda bildirib. Avtoritet insanları dinc aksiyalara çağırıb. Onun sözlərinə görə, iğtişaşlar zamanı insanlar ölür, talançılar iş başına keçir. Lakin qazax etirazçılar hakimiyyətə öz tələb və iddialarını bildirmirlər. Cumaqeldiyev vurğulayıb ki, etirazçılar arasında araq və narkotik paylayan təxribatçılar var, küçələrdə insanlar qumbaraatan və odlu silahlarla silahlanıb: “Bu mitinqdir? Bu xaos, anarxiyadır!” Xatırladaq ki, Arman Cumaqeldiyev hazırda Türkiyədə yaşayır. O, avqustun 20-də Antalyada güllələnən Quli ləqəbli avtoritet Nadir Səlifovun ən yaxın dostlarından sayılırdı.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!