Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 3-03-2022, 12:56
Ötən ilin cinayət statistikası

2021-ci il ərzində ölkədə 31131 cinayət faktı qeydə alınıb ki, bu da 2020-ci ilin göstəricisindən 19,7 faiz çoxdur.

Butov.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumatda bildirilib.

Əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınmış cinayət hadisələrinin sayı da əvvəlki dövrlə müqayisədə 49 bənd artaraq 307 olub. Onların 60,2 faizi az ağır, 23,9 faizi böyük ictimai təhlükə törətməyən, 15,9 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.


Cinayətlərin strukturunda 12162 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan, 11840 hadisə iqtisadi sahədə, 5444 hadisə şəxsiyyət əleyhinə, 1652 hadisə dövlət hakimiyyəti əleyhinə olan (onlardan 458 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 33-ü isə digər cinayətlərdir.

Qeydə alınmış şəxsiyyət əleyhinə olan cinayətlərin 88,1 faizini (4796 cinayət hadisəsi) həyat və sağlamlıq əleyhinə olan cinayətlər təşkil edir ki, onların da 3044-ü qəsdən sağlamlığa yüngül zərər vurma, 623-ü qəsdən sağlamlığa az ağır zərər vurma, 352-si qəsdən sağlamlığa ağır zərər vurma, 238-i qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd, 23-ü ehtiyatsızlıqdan adam öldürmə, 24-ü əzab vermə, qalanları isə digər cinayətlərə aiddir. Ötən il ərzində əcnəbilər tərəfindən və ya onların iştirakı ilə 473 cinayət hadisəsi törədilib.


Paylaş



Bölmə: Kriminal / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!