Cavid Vəkilov yazır: Müasir Azərbaycan gəncliyinin cəmiyyətdə rolu .....                        Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvana gəldi .....                        Bələdiyyələrin məlumatları vahid informasiya sisteminə ötürüləcək .....                        İranla müharibə tezliklə bitəcək - Tramp .....                        Kərim Vəliyev serbiyalı həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə etdi .....                        İYİ Partiya sədri: Azərbaycanla aramıza nifaq toxumu səpməyə çalışırlar .....                        Koşta Bakı-Naxçıvan dəmir yolu layihəsinin əhəmiyyətindən danışdı .....                        Təhsilin rəqəmsallaşmasına 3 milyon ayrıldı .....                        İran yığması Dünya Çempionatında iştirak etməyəcək .....                       
Tarix : 15-11-2016, 19:24
Əhalinin sayı, ölənlər və doğulanlar - Yeni statistika

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 79 min nəfər və ya 0,8% artaraq 2016-cı il oktyabr ayının 1-i vəziyyətinə 9 milyon 784,6 min nəfərə çatıb.

Butov.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub. Əhalinin ümumi sayının 53,1 faizini şəhər, 46,9 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

Cari ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 119,7 min, yaxud hər gün orta hesabla 437 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,5 təşkil edib. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlardan ibarət olub. Körpələrin 2090-ı əkiz, 54-ü isə üçəm doğulub.

Ölkə üzrə cari ilin ilk 9 ayı ərzində 42,0 min ölüm halı qeydə alınıb, ölüm səviyyəsi hər 1000 nəfər əhaliyə 5,8 olub. 2016-cı ilin yanvar-sentyabr ayları ərzində qeydiyyat şöbələri tərəfindən 50,4 min nikah və 9,6 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 7, boşanmaların sayı isə 1,3 olub.

Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana daimi yaşamaq üçün 2678 nəfər gələn və 1397 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1281 nəfər təşkil edib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!