Azarkeşlər klubun bazasına hücum etdilər .....                        Roma Papasından Ukrayna və Qəzza ilə bağlı çağırış .....                        "Qarabağ" dünya reytinqində 10 pillə irəlilədi .....                        Britaniya kəşfiyyatının gözlənilən ilk qadın rəhbəri .....                        Xocalıdakı heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edildi .....                        Ankara Rusiya-Ukrayna danışıqlarını qəbul etməyə hazırdır - Ərdoğan .....                        Ermənistanda valideynlər şagirdləri məktəbə buraxmır .....                        Rusiya Ukraynada hərbi əməliyyatları bərpa etdi .....                        Magistraturaya qəbul imtahanı yekunlaşdı .....                       
Tarix : 14-09-2015, 11:21
İŞİD lideri: “Parçala və hökm sür” - Eksklüziv (VİDEO)


İŞİD qruplaşmasının keçmiş liderlərindən olan Əbu Usama Dubayda qərarlaşmış "Ərəb 24" kanalına ekslküliz müsahibə verib.

Butov.az ANS PRESS-in məlumatına əsaslanaraq bildirir ki, 2014-cü ilin avqust ayında, özünün dediyinə görə döyüşçülərin vəhşiliyi və törətdiyi çoxsaylı cinayətlərdən dolayı qruplaşma sıralarını tərk etmiş 27 yaşlı Əbu Usama mətbuata ekstrimistlərlə bağlı bir sıra etiraflar edib.

Müsahibəni üzü maskalı şəkildə verən keçmiş lider ilk əvvəl İŞİD-ə necə beyət etməsindən və təlim düşərgəsinə daxil olmasından danışıb. Əbu Usamaya görə qruplaşmanın təlim düşərgələrində əlbəyaxa savaş və avtomat silahlardan atəş açmaqla yanaşı, gələcək döyüşçülər hərbi texnika, artileriya silahları, tanklar, snayperlər və digər ağır silahlardan istifadə üzrə hazırlıq keçir.

İbtidai təlim düşərgələrində terror fəaliyyətində ilk addımlarını atan ekstrimistlərə İslam Şəriətinin təməlləri və radikal ədəbiyyat tədris olunur. Əbu Usamanın İŞİD-in ali lideri Əbu Bəkr Əl Bağdadi haqqında dedikləri isə böyük maraq doğurub.

Keçmiş İŞİD liderinin sözlərinə görə o Əbu Bəkr Əl Bağdadi ilə heç vaxt görüşməyib. "Hamının eşitdiklərindən savayı onun barədə heç bir məlumatımız yoxdur. Bağdadi kimdir, o hansı millətdəndir, pis yoxsa yaxşı insandır, ağıllıdır yoxsa şeytan təkidir, hakimiyyəti güclüdür ya yox... bütün bunlar bizə məlum deyil".

Əbu Usama İŞİD-in “parçala və hökm sür” prinsipi əsasında fəaliyyət göstərdiyini, tutduğu yerlərdə xalqları bir birinə qarşı nifrətə və zorakılığa təhrik etdiyini bildirib.

Keçmiş terrorçu lider eyni zamanda İŞİD-in əsas istinadgahlarından sayılan Rəqqada qruplaşmanın necə möhkəmləndiyini ətraflı şəkildə izah edib, şəhərdə baş alan talanlara, əsassız qəttlərə son qoymaq üçün ədliyyə orqanı qismində Divan yaradılsa da, əslində ədalətsizlikləri törədən İŞİD məlikləri və liderlərinin məsuliyyətə cəlb olunmadığını bildirib




Butov.az


Paylaş



Bölmə: Kriminal / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!