İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR .....                        Gəncədə kanalizasiya xətti partladı - Xəsarət alanlar var .....                        Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq .....                        Nyu-Yorkda 14 nəfər soyuqdan ölüb .....                        Paşinyan İlham Əliyevin getdiyi tədbirə yola düşür .....                        McDonald's qiymətləri 15% artırdı .....                        Neftdən asılılığı azaltmaq üçün qanunları dəyişdilər .....                        Pezeşkian göstəriş verdi: İran-ABŞ danışıqları başlayır .....                        İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - FOTO .....                       
Tarix : 16-03-2017, 18:02
Qaxda qadını çaya ataraq öldürən şəxs həbs edildi

Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Qax rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü açılmışdır.

Butov.az-ın "Ölkə.Az"-a istinadən xəbərinə görə, Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, martın 11-də saat 17 radələrində Qax rayonunun Alatəmir kəndi ərazisindən keçən çayda üzərində xəsarətlər olan naməlum qadın meyitinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilmiş, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin olunub.

İlkin araşdırmalarla naməlum meyitin Mingəçevir şəhərində kirayədə yaşayan 35 yaşlı Zərdab rayon sakini Gülnar İbrahimova olması müəyyən edilib.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Mayıl Məmmədovun martın 8-də saat 18 radələrində Gülnar İbrahimova ilə görüşərək idarə etdiyi VAZ-2107 markalı avtomobillə onu Qax rayonu ərazisinə aparması və orada aralarında baş vermiş mübahisə zəminində onu öldürmək məqsədilə yüksəklikdən itələyib çaya ataraq qəsdən öldürməsində kifayət qədər əsaslı şübhələr müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

M. Məmmədov martın 15-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmiş, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Paylaş



Bölmə: Kriminal / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!