Mehriban Əliyeva Şuşadan paylaşım etdi .....                        Prezidentdən Ulu Öndərlə bağlı paylaşım .....                        Heydər Əliyevin anadan olmasının 102-ci İLDÖNÜMÜ .....                        Hindistanla Pakistan arasında döyüş yenidən başladı .....                        Sumqayıtda güclü yanğın .....                        Ukrayna ilə bağlı mühüm açıqlama: yaxın iki gündə... .....                        Çayda boğulan yeniyetmənin meyiti tapıldı .....                        Daha bir direktorun səsyazısı yayıldı - Araşdırma BAŞLADI - FOTO .....                        Ağır qəzada 4 nəfər yaralandı .....                       
Tarix : 27-07-2017, 11:11
Lapşin ekstradisiya məsələsi israilli diplomatlarla görüşüb


İsrailin Bakıdakı səfirliyi Azərbaycan məhkəməsi tərəfindən 3 il azadlıqdan məhrum edilən bloqer Aleksandr Lapşinin İsrailə ekstradisiya olunmaq xahişi ilə ərizə ilə müraciət etməsi barədə xəbərlərə münasibət bildirib.

Səfirlikdən AzVision.az - a verilən məlumata görə, hər bir İsrail vətəndaşının bu cür müraciətə haqqı var.

“Hər bir İsrail vətəndaşının bu cür müraciətə haqqı var. Lakin biz Aleksandr Lapşının İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşünün məzmununu açıqlaya bilmərik. Bu A. Lapşının şəxsi məsələsidir və biz bu barədə məlumat verə bilmərik”, - deyə səfirlikdən bildirilib.

Qeyd edək ki, Azərbaycan məhkəməsi tərəfindən 3 il azadlıqdan məhrum edilən bloqer Aleksandr Lapşin İsrailə ekstradisiya olunmaq xahişi ilə ərizə ilə müraciət edib. Bunu Lapşinin vəkili Eduard Çernin TASS-a bildirib.

“Bu gün müvəkkilimlə görüşdüm. O, İsrailə ekstradisiya olunmaq barədə ərizə verdi”, - deyə vəkil vurğulayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində blogger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə Lapşini Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.


Paylaş



Bölmə: Kriminal / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!