"Qalatasaray" 19-cu dəfə Türkiyə çempionu oldu .....                        Putin İstanbula getməyəcək - RƏSMİ .....                        Qaynana gəlnini güllələdi .....                        Tramp 1,2 trilyon dollarlıq saziş imzaladı .....                        Hüseyn Həsənovdan həbs qərarına reaksiya .....                        Zelenski Nəriman Cəlalı səfir təyin etdi .....                        Mirzoyan Kallasla sülhdən danışdı .....                        Pakistandan Azərbaycana təşəkkür .....                        Rusiya Hüseyn Həsənovu axtarışa verdi .....                       
4-01-2022, 17:34
DSX-nin hərbçilərini öldürən şəxs barəsində HƏBS QƏRARI - RƏSMİ - VİDEO

Xəbər verildiyi kimi, yanvarın 2-də, saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elxan Əvəzlinin öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant Yusif İsmayılovu, kiçik gizir Amil Cəlilzadəni və kiçik gizir Rəfail İbrahimovu qəsdən öldürməsi faktına görə başlanmış cinayət işi üzrə Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq aparılır.

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, bu gün Elxan Əvəzliyə Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə ittiham elan edilməklə Füzuli Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.



Bütöv.az
30-12-2021, 20:46
Bankdan çıxan şəxsi izləyərək başından yaraladı - VİDEO

Bakıda bankda pul xırdalayıb çıxan vətəndaşa qarşı quldurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Bütöv.az-a verilən məlumata görə, hadisə dekabrın 23-də Nizami rayonunda baş verib. Hadisədən əvvəl metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən banklardan birinə daxil olan zərərçəkən 10 min manat dəyərində ABŞ dolları xırdalayıb. Daha sonra naməlum şəxs bankdan çıxan zərərçəkəni izləyərək onun baş nahiyyəsinə dəmir parçası ilə vuraraq pulu götürüb və hadisə yerindən yayınıb. Zərərçəkən ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə məlumat verəndən sonra hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.

Əməliyyat-axtarış nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Rafiq Kərimov tutularaq istintaqa təqdim edilib. O, ifadəsində həmin gün zərərçəkənin pul xırdaladığını müşahidə edəndən sonra onu izlədiyini bildirib. Zərərçəkən sanitar qovşağına gedən zaman isə ona hücum edərək pulu ələ keçirdiyini etiraf edib.

Cinayət baş verən vaxt həmin şəxsin görüntüləri ərazidə olan müşahidə kameraları vasitəsi ilə də görüntülənib.

Fakta bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

30-12-2021, 11:03
Bakıda məşhur “Pub”da müştərini döyüb öldürən idmançının istintaqı başa çatdı

Bakıda kafedə qətl törətməkdə təqsirləndirilən Orxan Şahbazovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

“Report”un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Samir Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, bu il avqustun 30-da saat 08:10-da 1980-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunun aldığı xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla avqustun 29-da saat 21:00 radələrində Xətai rayonu ərazisində yerləşən “Berlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə sonuncunun xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.

Orxan Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Bütöv.az
29-12-2021, 20:35
Saatlıda qardaşını öldürən şəxslə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Dekabrın 28-i saat 15 radələrində Saatlı rayonu Qırağlı kənd sakini 1961-ci il təvəllüdlü Abdulrəhman Əliyevə bıçaqla xəsarət yetirilməsi və almış olduğu xəsarət nəticəsində həmin gün saat 17 radələrində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Saatlı Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişin qardaşı 1968-ci il təvəllüdlü Arif Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Abdulrəhman Əliyevin sağ kürək nahiyəsindən bıçaqla xəsarət yetirməsinə, həmçinin həmin vaxt onları ayırmağa cəhd edən sonuncunun arvadı Arzu Əliyevanın sağ bilək nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Arif Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Bütöv.az
28-12-2021, 16:38
Külli miqdarda aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alındı - VİDEO

Gömrük əməkdaşları külli miqdarda qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilən aksiz markasız tütün məhsullarının realizə edilməsinin qarşısını alıblar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Unikal"a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən aksiz markasız məhsulların naməlum şəxslər tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən köşkdə toplanılaraq saxlanılması və ayrı-ayrı şəxslərə satışının təşkil edilməklə realizə olunması barədə məlumat daxil olub.

Dərhal yaradılmış əməliyyat qrupu tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib, belə predmetlərin satılması və satış məqsədi ilə saxlanılması müəyyən edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qərarı əsasında ərazidə yerləşən köşkə baxış keçirilib, ümumilikdə 43 adda 115 720 ədəd aksiz markasız siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Bütöv.az
28-12-2021, 16:35
Reket-“jurnalist” Ata Abdullayev yeddi il müddətinə azadlıqdan məhrum edildi - VİDEO

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən reket-“jurnalist” Ata Abdullayevə hökm oxunub, o, yeddi il müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror Ata Abdullayev son söz verib.
O, barəsində irəli sürülən ittihamlarla razılaşmadığını deyib və bəraət hökmünün çıxarılmasını istəyib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ittihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və “Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq “iPhone 11 Pro Max” telefonu alıb.

Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.

Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.

A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.

Bununla əlaqədar ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham verilib. Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilərək barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.



Bütöv.az
27-12-2021, 20:07
Polis “Sədərək”də əməliyyat keçirib, 200 min manata yaxın pirotexniki vasitələr götürülüb - FOTO - VİDEO

Bakının Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində əməliyyat keçirilib, 200 min manata yaxın pirotexniki vasitələr götürülüb.

Əməliyyat zamanı yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin gizli şəkildə satışını təşkil edən paytaxt sakinləri Rakif Mirzəyev, oğlu Aqil Mirzəyev və Sahib Salahlı saxlanılıblar.

Onların ticarət mərkəzində yerləşən obyektlərinə, avtomobillərinə, həmçinin anbar yeri kimi istifadə etdikləri saxlanc yerinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zaman ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda pirotexniki vasitələr aşkar edilib.

Qeyd edək ki, Rakif Mirzəyev, oğlu Aqil paytaxt ərazisinə bu maddələrin paylanılmasını və satışını təşkil edən əsas şəxslərdən biri olublar. Onlar ifadələrində partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Faktla bağlı hər üç şəxs barəsində araşdırmalar aparılır. Dəstənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Həmin şəxslərdən aşkar olunan pirotexniki vasitələrin qara bazarda satış qiyməti 200 min manata yaxın olub.





Bütöv.az
27-12-2021, 20:02
Dövlət idarəsindən oğurluq olub - ANBAAN VİDEO

Binəqədi Sukanal idarəsindən kombi oğurlayan şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, dekabrın 19-da Binəqədi Sukanal İdarəsindən Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət olunaraq bildirilib ki, inzibati binada quraşdırılan dəyəri 4 000 manat olan iki ədəd kombi aparatı naməlum şəxslər tərəfindən oğurlanıb.

Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayət hadisəsini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elnur Məmmədov və Rövşən Həmidov saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, Elnur Məmmədov kombiləri oğurlayandan sonra Rövşən Həmidovu hadisə yerinə çağırıb. Daha sonra kombiləri onun avtomobili ilə Nəsimi rayonunda yerləşən məişət əşyalarının alqı-satqısı bazarına apararaq dəyər-dəyməzinə satıb. Oğurlanan kombilər polis əməkdaşları tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.

Elnur Məmmədovun Bakı şəhərində digər analoji cinayətlər törətməsi də istisna edilmir.



Bütöv.az
27-12-2021, 19:19
Eldəniz Səlimova hökm oxundu

Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Milli Məclisin deputatı Eldəniz Səlimovun cinayət işi üzrə iclası davam etdirilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında deputata 3 il 6 ay müdəttinə hökm oxunub.

Qeyd edək ki, bu il iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı E.Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılıb.

İstintaqla qeyd edilən tarixdə E.Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

E.Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bütöv.az
24-12-2021, 12:50
Narkotik çəkərək taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü saxlanılıb - VİDEO

Suraxanı rayonunda narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü saxlanılıb.

Daxili işlər Nazirliyinin Mətbuat xidmətindən Bütöv.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü müəyyən edilib. Hövsan qəsəbəsində yaşayan Emin Zeynalov idarə etdiyi “Mersedes” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili narkotik vasitə qəbul edərək idarə etdiyini etiraf edib. Təyin olunan ekspertiza zamanı Emin Zeynalovun sükan arxasında narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Emin Zeynalovun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.

Qeyd edək ki, narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülərin müəyyən edilməsi istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər bütün ölkə ərazisində davam etdirilir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!