Sabah bəzi yollarda görmə məhdudlaşacaq .....                        Cüdoçularımız İslam Oyunlarının finalında .....                        İran Pakistanla Əfqanıstanı barışdırmaq istəyir .....                        ABŞ-də helikopter qəzası: ölən və yaralılar var .....                        Xəzər sahilində daha 71 ölü suiti tapıldı .....                        Azərbaycan bölgədə sülhün memarı kimi önə çıxacaq - Ərdoğan .....                        Almaniya 3 milyard avroluq silah alır .....                        Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılmışdır - Ərdoğan .....                        Azad edilmiş ərazilərdə yenidənqurmanın inanılmaz sürəti tam fenomenal xarakter daşıyır .....                       
1-09-2023, 20:43
Qarabağda DOST Mərkəzi vətəndaşlara xidmət göstərəcək


Qarabağda DOST Mərkəzi vətəndaşlara xidmət göstərəcək

Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzində vətəndaşlara xidmət göstərilməsinə başlanılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindən (ƏƏSMN) məlumat verilib.
Bildirilib ki, vətəndaşlar həftənin 5 günü saat 9:00-dan 18:00-dək mərkəzin xidmətlərindən yararlana bilərlər.
Qarabağ Regional DOST Mərkəzində məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində “bir pəncərə” prinsipi ilə 15 istiqamət üzrə 159 xidmət göstərilir. Bu gün ərzində Qarabağ Regional DOST Mərkəzində 208 nəfər vətəndaşa xidmət göstərilib.
Prezident İlham Əliyevin iştirakı ilə bu günlərdə açılışı olan Mərkəzin dördmərtəbəli binası ən yüksək tələblərə cavab verir. Burada 123 işçi çalışır, “Könüllü DOST” proqramı üzrə 50 könüllü fəaliyyət göstərir. Mərkəzdə gün ərzində orta hesabla 650-700 vətəndaşın qəbulu nəzərdə tutulur.
Qarabağ Regional DOST Mərkəzinin əhatə dairəsinə 9 inzibati rayon daxildir. Burada ümumilikdə 900 mindən çox əhaliyə xidmət göstəriləcək. Onlardan 170 mini bilavasitə sosial müdafiəyə cəlb olunan şəxslərdir.
1-09-2023, 19:54
Prezident Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat ayırdı


Prezident Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat ayırdı

Azərbaycan Prezidentinin ehtiyat fondundan
Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat ayrılıb.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Vəsait Azərbaycan Respublikasında dini dəyərlərin qorunması və daha da inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan ayrılıb.
1-09-2023, 19:33
AZAL Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edildi


AZAL Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edildi

Cahangir Calal oğlu Əsgərov “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib.
1-09-2023, 19:06
Erməni tərəfinin məqsədi mümkün qədər vaxt udmaqdır - Prezidentin nümayəndəsi


Erməni tərəfinin məqsədi mümkün qədər vaxt udmaqdır - Prezidentin nümayəndəsi

“Ermənistan rəhbərliyi danışıqlar prosesini süni surətdə ləngidir. Vaxt udmaq və regionda formalaşmış mövcud status-kvonu möhkəmləndirmək məqsədilə əvvəllər götürdüyü öhdəlikləri yerinə yetirməkdən qəsdən yayınır”.
Bu barədə bu gün Fransanın "L'Opinion" nəşrində Laçın yolu ətrafındakı vəziyyətlə bağlı dərc olunan məqalədə deyilir.
Məqalənin müəllifi Jan-Dominik Merşe Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovdan sitat gətirərək yazır: “Erməni tərəfinin məqsədi mümkün qədər vaxt udmaq və mövcud status-kvonu möhkəmləndirməkdir”.
J.Merşe yazır ki, erməni separatçılar Azərbaycan hakimiyyətinin göndərdiyi un karvanını Qarabağda ermənilərin yaşadığı yaşayış məntəqələrinə buraxmamaq üçün bu həftə Ağdam-Xankəndi yolunu bağlayıblar. Onlar bu davranışı Azərbaycanın bu ərazilər üzərində suverenliyini tanımaq istəməməsi ilə izah edirlər.
Bakı isə öz növbəsində məsələnin siyasiləşdirilməsini yolverilməz hesab edir. Əhalinin ərzaq və digər zəruri mallarla təmin olunmasının müxtəlif yolları ilə bağlı hər hansı ayrı-seçkiliyi rədd edir.
Müəllif yazır ki, Azərbaycan da Ağdamdan keçən yolun açılmasından sonra Laçın yolunun açılmasını təmin etməyə hazır olduğunu bəyan edib.
“Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqlarda konkret irəliləyiş olmadığı halda hərbi qarşıdurma riski artır”, - Elçin Əmirbəyov qeyd edib.
1-09-2023, 17:18
XİN Şarl Mişelin bəyanatıyla bağlı açıqlama verdi


XİN Şarl Mişelin bəyanatıyla bağlı açıqlama verdi

Azərbaycan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat katibinin bölgədəki vəziyyətlə bağlı 1 sentyabr 2023-cü il tarixli bəyanatı tərəfimizdən qeydə alınıb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Avropa İttifaqı tərəfindən bildirildiyi kimi, 15 iyul 2023-cü il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşdəki müzakirələrin nəticəsi olaraq aparılmış danışıqlardan sonra, Azərbaycanın Qarabağ bölgəsinə yüklərin müxtəlif marşrutlarla çatdırılması, habelə Ağdam-Xankəndi yolunun açılmasına parallel olaraq Laçın yolundan istifadənin intensivləşməsi məsələləri razılaşdırılmışdı.
Buna baxmayaraq, Ermənistanın qondarma rejimi vasitəsilə qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməsi ilə əldə olunmuş razılıqdan boyun qaçırması sözügedən razılığın icrasına maneə törətdi.
Həmçinin, xatırlatmaq istərdik ki, cari ilin avqust ayının əvvəlində Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, son anda erməni tərəfi bu görüşdən imtina etdi.
Təəssüflər olsun ki, 15 iyul tarixindən bugünədək Ermənistan və onun qondarma rejimi, sözügedən üçtərəfli görüş çərçivəsində razılaşdırılmış bu gündəliyin icrasına və irəli aparılmasına mane olmaqda davam edərək, bu istiqamətdə Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşların səylərini heçə endirir.
Azərbaycan Ermənistana iki ölkə tərəfindən bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında sülh təklif edib. Digər istiqamətdə isə, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyasında qərarlıdır.
Azərbaycan, bütün bu istiqamətlərə sadiqliyini nümayiş etdirməklə yanaşı, Ermənistan tərəfinin davam edən hərbi-siyasi təxribatları kontekstində, öz suverenliyini və ərazi bütövlüyünü BMT Nizamnaməsi və beynəlxalq hüququn digər universal sənədləri ilə təmin edilmiş bütün qanuni vasitələrlə müdafiə etmək hüququnu da özündə saxlayır.
1-09-2023, 16:52
Müdafiə naziri Uçuş Tədris İli Açılış Mərasimində iştirak etdi


Müdafiə naziri Uçuş Tədris İli Açılış Mərasimində iştirak etdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Yaşar Gülərlə birlikdə Eskişəhərdəki 1-ci Baş Reaktiv Baza Komandanlığında 2023-2024-cü Uçuş Tədris İli Açılış Mərasimində iştirak edib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Açılış mərasimində çıxış edən Yaşar Gülər türk ordusunun terrorçulara qarşı uğurla əməliyyatlar keçirdiyini vurğulayıb:
“Ordu eynilə Kipr, Azərbaycan, Liviya, Kosovo, Bosniya və Herseqovina, Qətər, Somali və bir çox başqa ölkələrdəki qardaş, dost və müttəfiq ölkələrin haqlı işlərinə dəstək verir”.
1-09-2023, 16:26
Ermənistan ordusunun 4 hərbçisi zərərsizləşdirildi


Ermənistan ordusunun 4 hərbçisi zərərsizləşdirildi

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutub.
Azərbaycan ordusunun qətiyyətli cavab tədbirləri nəticəsində Ermənistan ordusunun 4 hərbçisi zərərsizləşdirilib.
Məlumatı Ermənistan Müdafiə Nazirliyi də təsdiq edib. Qeyd olunur ki, cavab tədbirləri nətiəsində daha bir erməni hərbçi yaralanıb. Sosial şəbəkələrin erməni seqmentində ölü və yaralıların daha çox olduğu bildirilir.
Qeyd edək ki, bundan əvvəl iki erməni hərbçinin - Andranik Antonyan və Arsen Mkrtçyanın zərərsizləşdirilməsi barədə məlumat yayılmışdı. Ermənistanın təxribatı nəticəsində 3 hərbçimiz yaralanıb.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, yaranmış gərginliyə və onun fəsadlarına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
1-09-2023, 14:55
Mişel Ağdam yolunun açılmasından danışdı


Mişel Ağdam yolunun açılmasından danışdı

"Aİ Şurasının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin irəliləməsi ilə intensiv məşğul olmağa davam edir".
Bu barədə Aİ Şurasının yaydığı rəsmi məlumatda deyilir.
"Mişel Laçın dəhlizinin tam fəaliyyətində və Ağdam marşrutunun açılmasında ardıcıllığı əks etdirəcək addım-addım yanaşma təklif edib. Bu addımların ardıcıllığı və bu yolların hər biri tərəfindən çatdırılacaq yükün növü, eləcə də müşayiətedici prosedurlar son müzakirələrin əsasını təşkil edib", - deyə qeyd olunub.
"Aİ bu səylərdə digər beynəlxalq aktorlarla müntəzəm şəxsi təmaslar və cari qeyri-davamlı vəziyyətin ən yaxşı şəkildə həllinə dair fikir mübadiləsi vasitəsilə məşğul olmuşdur", - məlumatda vurğulanıb.
1-09-2023, 14:45
Şəhid və qazi övladları məktəbli ləvazimatlarıyla təmin olundu


Şəhid və qazi övladları məktəbli ləvazimatlarıyla təmin olundu

Ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda qəhrəmancasına vuruşaraq canından və sağlamlığından keçən şəhidlərin və qazilərin övladlarının qayğıları dövlətimizin daim diqqət mərkəzindədir.
Naftalan Şəhər İcra Hakimiyyətində qarşıdan gələn yeni tədris ilinin başlanması münasibətilə məktəbli şəhid və qazi övladları ilə görüş keçirilib.
İcra başçısı Vüqar Novruzov dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan danışaraq şəhid və qazilərin məktəbli övladlarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.
Artıq ənənə halını alan və uşaqlarda sevinc dolu anlar yaşadan tədbirdə onlara “Oyal”-ın məktəbli çantaları və müxtəlif dərs ləvazimatları təqdim edilib.
Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.



1-09-2023, 14:37
Erməni seperatçıları Əsgəran yoluna baryerlər qurmağa başlayıb


Erməni seperatçıları Əsgəran yoluna baryerlər qurmağa başlayıb

Qarabağdakı separatçı-terrorçular Əsgəran yoluna baryerlər qurmağa başlayıblar.
Bu barədə teleqram kanallarında görüntülər yayılıb.
Məlumata görə, baryerlər Azərbaycanın göndərdiyi humanitar yardımların qarşısını kəsmək üçün qurulur.
Qeyd edək ki, AzQAC tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün avqustun 29-da Bakıdan göndərilən 40 ton un yüklü iki avtomobil Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. AzQAC əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!