20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
22-03-2024, 22:43
Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşüylə bağlı açıqlama


Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşüylə bağlı açıqlama

Martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü baş tutub.
Bununla bağlı Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub. Aparılmış müzakirələr zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi məsələlər nəzərdən keçirilib.
Tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.
Görüş konstruktiv mühitdə baş tutub.
22-03-2024, 19:56
Azərbaycan və Monqolustan millilərinin start heyətləri bəlli oldu


Azərbaycan və Monqolustan millilərinin start heyətləri bəlli oldu

“FIFA series–Edition 2024” layihəsi çərçivəsində üz-üzə gələcək Azərbaycan və Monqolustan millilərinin start heyətləri bəlli olub.
Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Azərbaycan: 12. Rza Cəfərov, 3. Elvin Cəfərquliyev, 9, Renat Dadaşov, 7.Cosqun Diniyev, 15. Bədavi Hüseynov, 10. Ozancan Kökçü, 8.Emin Mahmudov, 4.Bəhlul Musayafazadə, 19. Filip Ozobiç, 2. Amil Seydiyev, 11. Ramil Şeydayev

Məşqçi: Arif Əsədov

Monqolustan: 1. Munkerdene, 17. Amaraa, 6. Amgalanbat, 2. Bat-erdene, 8.Batmunh, 5.Chinzoriq, 4. Qreyt-old, 9.Oyunbaatar, 3.Purevdorj, 18. Uganbayar.

Baş məşqçi: Otsuka

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da start götürəcək. Yığmamız martın 25-də bu arenada Bolqarıstanla üz-üzə gələcək.
22-03-2024, 18:46
Şuşa həbsxanasının sökülməsiylə bağlı açıqlama verildi


Şuşa həbsxanasının sökülməsiylə bağlı açıqlama verildi

“Şuşa həbsxanasının sökülməsinə dair sosial şəbəkədə yayılan görüntülər həqiqəti əks etdirmir”.
Bu barədə APA-ya Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Beynəlxalq münasibətlər və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, haqqında bəhs edilən görüntülər köhnə kadrlar əsasında hazırlanıb: “Və bu görüntülər reallığı əks etdirmir. Şuşa həbsxanası tarixi abidədir. Orada söküntüdən heç bir söhbət gedə bilməz. Kadrlardan da göründüyü kimi orada söküntü prosesini özündə əks etdirən heç bir məqam yoxdur”.
Qeyd edək ki, bir neçə gündür, Şuşa həbsxanasının sökülməsinə aid video və fotolar sosial mediada yayılıb.
22-03-2024, 18:28
Sahibə Qafarova və Alen Simonyanın ikitərəfli görüşü keçirilir


Sahibə Qafarova və Alen Simonyanın ikitərəfli görüşü keçirilir

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü keçirilir.
Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə keçirilən görüşdə Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi gözlənilir.
22-03-2024, 17:47
Millimiz böyük hesabla məğlub oldu


Millimiz böyük hesabla məğlub oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
F qrupunda yer alan yığma liderlər qrupunda qərarlaşan İngiltərə ilə qarşılaşıb.
“Qarabağ Arena”da baş tutan qarşılaşmadan qonaq komanda böyük hesabla qalib ayrılıb. İngiltərə yığmasının 5 qoluna Samir Əliyevin yetirmələri son dəqiqələrdə vurduqları təsəlli topu ilə qarşılıq verə biliblər.
Bununla ingilislər xallarının sayını 15-ə yüksəldiblər. Azərbaycan millisi isə 3 xalda qalıb.
Qeyd edək ki, U-21 millimiz martın 26-da eyni məkanda qrupun lideri Ukraynanı qəbul edəcək.

Avropa çempionatının seçmə mərhələsi

F qrupu

22 mart

Azərbaycan – İngiltərə 1:5

Qollar: Ramin Nəsirli, 83 - Harvi Elliot, 25, 67, Noni Madueke, 29, Teylor Harvud-Bellis, 53, Arçi Qrey, 88

Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina)

22-03-2024, 17:26
Qurban Qurbanov dünya reytinqində gerilədi


Qurban Qurbanov dünya reytinqində gerilədi

Dünyanın ən yaxşı baş məşqçilərinin siyahısı açıqlanıb.
Planetin 500 ən güclü mütəxəssisini sırasında bir azərbaycanlı məşqçi yer alıb.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov dünya reytinqində 140-cıdır. 1670 xala malik 52 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə 2 pillə geriləyib.
"Neftçi"nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1616 xalla siyahıda 196-cidir. O, ötən siyahıdakı mövqeyini 1 pillə əldən verib.
Qeyd edək ki, cədvələ 2224 xala malik "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.
22-03-2024, 16:55
Qərbi Azərbaycan İcması bəyanat yaydı


Qərbi Azərbaycan İcması bəyanat yaydı

Qərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ni ikili standartlara son qoymağa çağırıb.
Bu, icmanın aprelin 5-də Brüsseldə Ermənistan-Avropa İttifaqı - ABŞ görüşünün keçiriləcəyi barədə yayılan xəbərlərlə əlaqəli yaydığı bəyanatda bildirilib.
İcma hesab edir ki, son vaxtlar bəzi dairələrin Azərbaycanı məqsədli şəkildə hədəfə alan düşmənçilik kampaniyası, xüsusilə “Avropa Sülh Təsisatı” (EPF) vasitəsilə Ermənistana hərbi yardımlar edilməsi cəhdləri fonunda Brüssel görüşü Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına xidmət etməyən, yanlış mesajlar verən bir addımdır.
Bəyanatda qeyd olunub ki, bu görüş geosiyasi rəqabətin Cənubi Qafqaza gətirilməsi, regionda ayırıcı xətlərin yaradılması kimi təhlükəli tendensiyanın daha bir nümunəsidir: "Təəssüf ki, dəfələrlə haqq işimizin dəstəklənməsi ilə bağlı müraciətlərimizə baxmayaraq, həm Avropa İttifaqı, həm də ABŞ onlara etinasız yanaşır".
Qərbi Azərbaycan İcması daim beynəlxalq hüquqa, insan hüquqlarına hörmətdən dəm vuran Avropa İttifaqını və ABŞ-ni ikili standartlar siyasətinə son qoymağa, şübhəli gündəliklə görüş keçirməməyə və keçirdiyi halda isə görüşdə Ermənistanın militarist siyasətindən əl çəkməsi və Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışına və UNESCO-nun faktaraşdırıcı missiyasının səfərinə imkan yaradılması məsələsini Ermənistan qarşısında qaldırmağa çağırır.
22-03-2024, 16:49
Sahibə Qafarova Cenevrəyə işgüzar səfərə getdi


Sahibə Qafarova Cenevrəyə işgüzar səfərə getdi

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib.
Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Cenevrə Beynəlxalq Hava Limanında nümayəndə heyətini BMT-nin Cenevrə bölməsində və digər beynəlxalq təşkilatlar yanında Azərbaycanın daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində spiker Sahibə Qafarova Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Üçüncü Konfransında və Asiya Parlament Assambleyasının koordinasiya iclasında iştirak edəcək.
Tədbirlərdə Milli Məclisin sədrinin çıxışları, bir sıra ölkələrin parlament sədrləri və nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, nümayəndə heyətinə deputatlar Elnur Allahverdiyev, Soltan Məmmədov, Sevil Mikayılova, Kamran Bayramov, Əminə Ağazadə, Şahin İsmayılov, Səbinə Xasayeva, Parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.
22-03-2024, 16:34
Messi xəsarət səbəbilə növbəti iki oyunu buraxacaq


Messi xəsarət səbəbilə növbəti iki oyunu buraxacaq

ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi MLS-in növbəti iki oyununu buraxacaq.
Buna səbəb 36 yaşlı argentinalı hücumçunun zədədən əziyyət çəkməsidir.
Kapitan bud nahiyəsindən aldığı xəsarət ucbatından “Nyu York Red Bullz” (23 mart) və “Nyu York Siti” (31 mart) ilə görüşdə komandasına kömək edə bilməyəcək. Messi Argentina millisinin qarşıdakı yoldaşlıq matçlarını da buraxmalı olacaq.
Onun KONKAKAF Çempionlar Kuboku çərçivəsində aprelin 3-də “Monterrey”lə (Meksika) keçiriləcək matçda iştirakı planlaşdırılır.
Qeyd edək ki, Lionel Messi bu mövsüm “İnter Mayami”nin heyətində 5 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə verib.
22-03-2024, 15:46
Ərdoğan İlham Əliyevə təbrik məktubu ünvanladı


Ərdoğan İlham Əliyevə təbrik məktubu ünvanladı

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident, Əziz Qardaşım.
Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Əsrlərə söykənən qədim ənənə olan Novruz bizlərə ümid və bərəkət dolu günləri müjdələyir. Ortaq mədəniyyətimizin mühüm hissəsi olan bu əlamətdar gündə dostluq və qardaşlıq əlaqələrimizin daha da güclənəcəyinə əminəm.
2024-cü ilin bizlər üçün yeni fürsətlərin və uğurların yaşanacağı bir il olmasına ümid edirəm. Ölkələrimiz arasındakı əlaqələrin güclənərək inkişaf etməsi və ortaq hədəflərimizə birlikdə nail olunması yolunda daha sıx əməkdaşlıq etmək arzusu ilə Zati-alinizə, dost və qardaş Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirəm".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!