Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                        Canlı ifalar, rəngarəng anlar: .....                        Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                       
18-03-2024, 22:31
Güləşçilərimiz “Çempionlar” turnirini 10 medalla başa vurdu


Güləşçilərimiz “Çempionlar” turnirini 10 medalla başa vurdu

Güləş üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində keçirilən “Çempionlar” turnirini 10 medalla başa vurub.
Azərbaycan Güləş Federasiyasından bildirilib ki, U-20 yaş qrupu üzrə təşkil edilən yarışda ölkəmizi sərbəst və qadın güləşçilər təmsil ediblər.
Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi ilə Antalyada iştirak edən sərbəst güləş üzrə millinin 6 üzvü fəxri kürsüyə qalxıb. Musa Verdiyevlə (65 kiloqram) Sadiq Mustafazadə gümüş, Ruslan Abdullayev (61 kiloqram), Ramik Heybətov (70 kiloqram), Anar Cəfərli (92 kiloqram) və Yusif Dursunov (125 kiloqram) isə bürünc medal qazanıblar.
Böyük məşqçi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi ilə qadınlardan ibarət millinin 4 üzvü medal əldə edib. Əsmər Cankurtaranla (53 kiloqram) Ruzanna Məmmədova (62 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elvina Kərimzadə (55 kiloqram) və Nərgiz Səmədova (55 kiloqram) isə bürünc medal əldə ediblər.
Həm sərbəst, həm də qadın güləşi üzrə yığmamız komanda hesabında üçüncü olub.
Qeyd edək ki, “Çempionlar” turnirində beynəlxalq dərəcəli hakim Sevinc Yusibova ədaləti qoruyub.
18-03-2024, 21:26
Putin Bakıdan nə qədər səs topladı? - Açıqlama


Putin Bakıdan nə qədər səs topladı? - Açıqlama

Rusiyada dünən başa çatan prezident seçkilərində Vladimir Putin 87,28 faiz səs toplayıb. Digər namizədlər - Nikolay Xaritonov 4,31 faiz, Vladislav Davankov 3,85 faiz, Leonid Slutskinin isə 3,20 faiz səs toplamağı bacarıblar.
Rusiyadan xaricdə prezident seçkilərində 372 min insan iştirak edib.
Məlumata görə, Bakıda 1 500-dən çox seçici səs verib.
Rəsmi açıqlamaya görə, Putin Bakıdakı səsvermədə 77.26%, Davakanov 14.23% səs qazanıb. Digər namizədlər daha aşağı səs toplayıblar.
18-03-2024, 20:33
Azərbaycan çox yaxşı təlim keçmiş hərbi qüvvələrə malikdir - Stoltenberq


Azərbaycan çox yaxşı təlim keçmiş hərbi qüvvələrə malikdir - Stoltenberq

Azərbaycan çox yaxşı təlim keçmiş və təchiz olunmuş hərbi qüvvələrə malikdir.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq martın 18-də Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibəsində deyib.
Baş katib bildirib ki, Azərbaycan hərbçiləri Əfqanıstanda uzun illərdir müxtəlif tapşırıqların öhdəsindən bacarıqla gəlirlər:
"Onlar 2021-ci ildə - missiyanın son günlərində hava limanının qorunması, yüz minlərlə insanın Kabil və Əfqanıstandan təxliyə edilməsi sahəsində vacib rol oynayıblar. Hava limanında, həmçinin NATO-ya məxsus hospital fəaliyyət göstərib. Bu hospitalda hava limanındakı insanlara, o cümlədən tibbi yardımın göstərilməsi təmin olunurdu. Beləliklə, birlikdə gördüyümüz son iş Türkiyə hərbçiləri ilə yanaşı hava limanının və hospitalın qorunması olub. Ümumi desək, bütün bunlar NATO üçün son dərəcə vacibdir. Mənim NATO-nun mənzil qərargahında fəaliyyət göstərən əməkdaşlarımdan biri Kabildə hava limanından insanların təxliyəsini təşkil edirdi. O yaralanmışdı. Onun həyatını azərbaycanlı hərbçilər xilas etdilər, ilk tibbi yardım göstərərək xəstəxanaya çatdırdılar".
Y.Stoltenberq Azərbaycan hərbçilərinə bu illər ərzində, xüsusilə missiyanın son həftələrində gördükləri işlərə görə minnətdarlığını ifadə edib.
18-03-2024, 20:20
Hərbi hissələrdə bayram tədbirləri qapalı keçirilir - RƏSMİ


Hərbi hissələrdə bayram tədbirləri qapalı keçirilir - RƏSMİ

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Novruz bayramı ilə əlaqədar Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunur.
Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq hərbi hissələrdə keçiriləcək silsilə tədbirlərdə hərbi qulluqçuların ailə üzvləri və yaxınlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı məhdudlaşdırılıb.
Nazirlik ictimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına xüsusi diqqət yetirilməsi, şəxsi heyətin respirator virus infeksiyalara yoluxma hallarının qarşısını alınması məqsədilə görülən tədbirləri anlayışla qarşılamağı və bayram tədbirlərinə gəlməməyi xahiş edir.
18-03-2024, 19:59
Hikmət Hacıyev Çində daha bir görüş keçirdi


Hikmət Hacıyev Çində daha bir görüş keçirdi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şanxay Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Nurlan Yermekbayev ilə Azərbaycanın ŞƏT ilə əməkdaşlığının hazırkı vəziyyətini nəzərdən keçirib.
Bu barədə H.Hacıyev "X"də yazıb.
"Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin beynəlxalq departamentinin nazir müavini Çen Çjou (Chen Zhou) və Çin Xalqının Xarici Əlaqələr İnstitutunun sədri Vanq Çao (Wang Chao) ilə müzakirələrimiz davam etdi. Şanqay Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Nurlan Yermekbayev (Nurlan Yermekbayev) ilə ŞƏT ətrafında əməkdaşlığımızın hazırkı vəziyyətini nəzərdən keçirdik", - Prezidentin köməkçisi əlavə edib.
18-03-2024, 19:45
Britaniya parlamentinə etiraz məktubu ünvanlandı


Britaniya parlamentinə etiraz məktubu ünvanlandı

Mart ayının 19-da Böyük Britaniya Parlamentinin Nümayəndələr palatasında Qarabağdan köçən ermənilərə beynəlxalq dəstəyin verilməsi ilə əlaqədar dinləmələr keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu dinləmələr Şotlandiya Milli Partiyasının nümayəndəsi Karol Monokonun təşəbbüsü ilə həyata keçiriləcək.
Diqqətə çatdırılıb ki, Böyük Britaniyadakı Azərbaycan icması bu addıma kəskin etirazını bildirib və dinləmələrdə iştirak edəcək parlament üzvlərinə məlumatlandırıcı məktub ünvanlayıblar. Britaniya Azərbaycan Cəmiyyəti və Qlazqo, Aberdin Tələbə Cəmiyyətləri, eləcə də Böyük Britaniyada təhsil alan bir qrup azərbaycanlı tələbənin adından Parlament üzvlərinə, Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının adından isə Xarici İşlər Nazirliyinə ünvanlanan məktubda bu məsələyə dəstək verən deputatlar ədalətli mövqe nümayiş etdirməyə çağırılıb.
18-03-2024, 18:38
“Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edildi


“Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edildi

“Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Qaydaya bu anlayışlar əlavə edilir:
- dərman vasitəsinin qeydiyyat tarixi - eyni təsiredici maddə və ya eyni təsiredici maddə kombinasiyalı dərman vasitələrində, həmin təsiredici maddə və ya təsiredici maddə kombinasiyalı bir dərman vasitəsinin Avropa İttifaqında () ilk dəfə qeydiyyata alındığı tarix və ya bu tarixi müəyyən etmək mümkün olmadıqda, həmin təsiredici maddə və ya təsiredici maddə kombinasiyalı bir dərman vasitəsinin məlum olan ilk qeydiyyat tarixi;
- dərman vasitəsinin beynəlxalq qeydiyyat tarixi – yuxarıda nəzərdə tutulmuş dərman vasitələri istisna olmaqla hər hansı bir ölkədə dərman vasitəsinin ilk qeydiyyat tarixi;
- məlumat kilid tarixi - dövri olaraq yenilənən təhlükəsizlik hesabatında verilən məlumatların toplanmasının bitdiyi tarix.
Həmçinin, sözügedən qaydaya edilən dəyişikliklə farmakonəzarət üzrə məlumat və hesabat sənədləri (RİP, DYTH, FSƏD) artıq türk dilində də təqdim ediləcək.
18-03-2024, 17:55
Dövlət sərhədindən buraxılış məntəqələrinin sayı artdı


Dövlət sərhədindən buraxılış məntəqələrinin sayı artdı

Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı artıb.
Bu barədə Nazirlər Kabineti qərar verib.
Bu siyahıya Cənub – Astara dövlət sərhədindən buraxılış məntəqəsi (Astara rayonu (Astara şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında) daxil edilib.
18-03-2024, 17:32
İşğaldan azad edilmiş bu şəhərlərdə sənaye zonaları yaradılacaq


İşğaldan azad edilmiş bu şəhərlərdə sənaye zonaları yaradılacaq

Azərbaycanın işğaldan azad edilmiş Zəngilan, Cəbrayıl və Qubadlı şəhərlərinin girişində sənaye zonaları yaradılacaq.
Bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, artıq bu istiqamətdə hazırlıq görülür, yaxın vaxtlarda sözügedən ərazilərdə layihələndirmə işləri aparılacaq.
Hazırda işğaldan azad edilmiş ərazilərdə 2 sənaye parkı fəaliyyət göstərir. Bunlar, Cəbrayıldakı "Araz Vadisi İqtisadi Zonası" və Ağdam Sənaye Parkıdır.
18-03-2024, 17:25
Paşinyan Qazaxla sərhəd olan Tavuş bölgəsinə səfər etdi


Paşinyan Qazaxla sərhəd olan Tavuş bölgəsinə səfər etdi

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan martın 18-də Azərbaycanın Qazax rayonu ilə həmsərhəd olan Tavuş bölgəsinə səfər edib.
Nikol Paşinyan işğal altındakı Əskipara kəndinin Mədəniyyət Evində bir neçə yaşayış məntəqəsinin sakinlərilə görüşüb.
Erməni jurnalist Voskan Sarkisyan özünün Facebook səhifəsində bu görüş haqda yazıb. Onun sözlərinə görə, görüşdə baş nazirin müavini Mher Qriqoryan, Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan, Noyemberyandan olan icma sədri Arsen Ağababyan, bir sıra kənd administrasiyalarının rəhbərləri iştirak ediblər.
Jurnalistin bildirdiyinə görə, əgər əvvəllər burada keçirlən toplantılarda Nikol Paşinyan isti qarşılanırdısa, bu dəfə Baş nazir çox soyu qarşılanıb.
“Paşinyan zala daxil olanda oradakıların yarısı ayağa qalxmadı”, - Voskan Sarkisyan bildirib.
“Nikol Paşinyan bəyan edib ki, Tavuş vilayətinin əvvəllər azərbaycanlıların yaşadığı dörd sərhəd kəndinin əraziləri Azərbaycana təslim edilməlidir, əks halda Azərbaycan müharibəyə başlayacaq”, - Sarkisyan yazıb.
Xatırladaq ki, rəsmi Bakı Ermənistandan işğal edilmiş 4 eksklav olmayan kəndin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) mübahisəsiz və dərhal azad edilməsini istəyir.
Qeyd edək ki, hazırda Qazax rayonunun erməni işğalı altında 7 kəndi var: Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Yuxarı Əskipara, Sofulu, Barxudarlı.
Həmin kəndlərdən 3-ü eksklav kəndlərdir (Yuxarı Əskipara, Sofulu, Barxudarlı) .
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!