20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
20-03-2024, 16:35
Artıq Azərbaycanın bütün suveren ərazilərində bayram qeyd olunur


Artıq Azərbaycanın bütün suveren ərazilərində bayram qeyd olunur

Novruz bayramı artıq Azərbaycanın bütün suveren ərazilərində qeyd olunur.
Bu fikri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” sosial şəbəkədəki hesabında yazıb:
“Bu il Azərbaycanda Novruz bayramı əvvəlkilərdən fərqlidir. Azərbaycanın işğaldan azad edilmiş bütün suveren ərazilərində və əvvəlki boz zonalarda Novruz bayramı tonqallarla qeyd olunur. Necə deyərlər, Oyun bitdi!
Novruz bayramını təbrik edərkən, biz artıq gələn ili Şuşada, Xankəndidə demirik. Şuşada, Xankəndidə, işğaldan azad edilmiş digər torpaqlarda Novruz ruhu iləyik. Birləşmiş Millətlər Təşkilatının 2024-cü il tarixli, 3761 nömrəli yenilənmiş xəritəsi uyğun coğrafi adlarla yeni reallıqların ən yaxşı təsviridir!”.

20-03-2024, 11:09
Ermənistan Aİ missiyasına toxunulmazlıq statusu verdi


Ermənistan Aİ missiyasına toxunulmazlıq statusu verdi

Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Avropa İttifaqı (Aİ) arasında Aİ-nin Ermənistandakı Missiyasının (EUMA) statusu haqqında” sazişi ratifikasiya edib.
57 deputat sənədin lehinə səs verib, heç kim əleyhinə çıxmayıb, 27 deputat bitərəf qalıb.
Müxalifətin “Hayastan” fraksiyasının bəzi deputatları bitərəf qalıb, digər müxalif “Mənim şərəfim var” fraksiyası səsvermədə iştirak etməyib.
Müqaviləyə əsasən, müşahidəçilərə diplomatik statusa yaxın status verilir: onlar və onların rəsmi aktivləri, o cümlədən nəqliyyat vasitələri, avadanlıqlar və s. gömrük yoxlamasından keçmək zərurətindən, habelə Ermənistanda standart qeydiyyat və qeydiyyat prosedurlarından azad olacaqlar.
Bundan əlavə, avropalı müşahidəçilər viza və miqrasiya tələblərindən və istənilən miqrasiya nəzarətindən azad edilirlər. Onlara Ermənistanın bütün ərazisində, o cümlədən hava məkanından istifadə etməklə sərbəst və məhdudiyyətsiz hərəkət etmək hüququ verilir.
Müşahidəçilərə öz funksiyalarını yerinə yetirmək üçün hüquqi toxunulmazlıq veriləcək. Nümayəndəliyin yerləşdiyi binalar toxunulmazlıq statusuna malikdir və bu, onlarda axtarışların aparılması imkanını istisna edir.
Missiyanın yazışmaları və arxivləri də toxunulmaz olacaq.
20-03-2024, 11:08
İmana aparan yolun daim işıqlı olsun!


İmana aparan yolun daim işıqlı olsun!

Tamxil Ziyəddinoğlu barəsində çox da geniş məlumat verməyə lüzum duymuram ona görə ki, onu artıq bir insan ömrü qədərdi ki, tamaşacılar, oxucular, Azərbaycan ictimaiyyəti "Azərbaycan Televiziyası"ndan, hazırda isə başçılıq etdiyi "Bütöv Azərbaycan" qəzetindən yaxşı tanıyır. Özünü yaxşı tanıtmaq, çəkini, sanbalını qorumaq, olduğun kimi görünmək, sözün ilə əməlini bir etmək hər kişiyə nəsib olmayan cəhət olsa da bu,Tamxil müəllimin xarizmatik albomudur. Canında, qanında olan əsl ziyalılıq isə Tamxil Ziyəddin oğlu Hacıyevin həyat kredosu, hədəfi isə düzgunlük, dürüstlük, vətənpərvərlik, xəlqilikdir.
Əziz dostum, bu əlamətdar Bahar bayramında, Allahın müqəddəs Ramazan ayında dünyaya xoş gəlmisən. Qoy, bahar nəsimi, bahar təravəti könlündən heç zaman əskilməsin, imanın kamil, imana aparan yolun isə daim işıqlı, ruhun çesmə kimi aşıb-daşsın, ilhamın enerjisi yaradıcılıgından heç əskilməsin. Can sağlığı, can, sağlıgı, yenə də can sağlıgi arzulayıram!

Hörmətlə: Bəradər SƏMƏNDƏRLİ
20-03-2024, 00:02
Azərbaycan xalqı Novruzu dördüncü ildir Qələbə sevinci ilə qeyd edir


Azərbaycan xalqı Novruzu dördüncü ildir Qələbə sevinci ilə qeyd edir

Türk xalqlarının ənənələrindən olan Novruz yazın gəlişinin bayram edilməsidir. Vətən müharibəsindəki zəfərdən sonra Azərbaycan xalqı Novruzu dördüncü ildir Qələbə sevinci ilə qeyd edir.
Azərbaycanlıların Novruz, qırğızların Nooruz, özbəklərin Növroz, başqırd türklərinin Nevruz, tatarların Navruz, çuvaşların Naurus, Krım türklərinin Nevrez, Qərbi trakiyalıların Mevris adlandırdıqları bu bayram Şimal yarımkürəsinin bir çox ölkələrində hər ilin mart ayında el bayramı kimi geniş qeyd olunur.
Bu il Azərbaycana yaz fəslinin gəlişi 20 mart saat 07:06-ya təsadüf edəcək. Həmin vaxt gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq.
Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər qədimdir. Elmdə Novruzun mənşəyinə dair iki fikir mövcuddur. Birinciyə əsasən, Novruz türklərin ən qədim təbiət bayramı hesab olunur. Çin mənbələrində hunların martın 21-də bahar şənlikləri təşkil etdikləri barədə qeydlərə rast gəlirik. Uyğur türklərinin də müasir adətlərlə eyniyyət təşkil edən yaz mərasimləri olub. Qobustan qayaüstü rəsmlərində isə daha qədim çağlara aid ilin dəyişməsi ayini təsvir olunub. Türklərin “Ərgənəkon” dastanında əski yurda dönüş yazın ilk günü ilə əlaqələndirilir.
İkinci istiqamət əsasən İran əfsanələrindən törəyən mərasimlər toplusudur. XI əsrin yazılı abidələrində, xüsusilə Firdovsinin “Şahnamə”sində “Novruz”dan bəhs edilir. Farslarda məhz bu zamandan sonrakı çağlara aid ədəbiyyatlarda ondan geniş danışılır.
Novruz bayramı Əhəmənilər dövründə eramızdan əvvəl 350-ci ildən qeyd olunsa da, tarixi kökləri zərdüştlükdən əvvələ gedib çıxır. Bayramın bütün əlamətləri — tonqal qalamaq, səməni cücərtmək, Kosa-keçi tamaşaları, günəşi çağırış, qodu ilə qapıları döymək, umu-küsülüyə son qoymaq, dünyadan köçmüşləri yad etmək, yumurta boyamaq, yumurta döyüşdürmək, yeddi növ nemətdən xonça hazırlamaq, evdə, həyət-bacada təmizlik işləri görmək, ocaqda qazan qaynatmaq, papaq atmaq, bacadan xurcun sallamaq, ocağın başına toplaşmaq, qulaq falına çıxmaq təbiət-insan qarşılaşmasının rituallaşması və bayramlaşmasıdır.
Novruz gününə aparan yol dörd mərhələdən – çərşənbədən keçir. Bunlar Su, Od, Yel və Torpaq çərşənbələridir. Həmin günlərdə, eləcə də bayram günündə hava qaralana yaxın tonqal qalanır, hər kəs onun üzərindən tullanır və söyləyir: “Ağırlığım, uğurluğum burada qalsın”, “Dərdim, bəlam odda yansın”.
Bu bayramın tarixindən bəhs edərkən miflərin rituallaşmasını qeyd etmək yerinə düşər. Kosa-keçi mifi xüsusi anlam kəsb edir. Qədimdə insanlar hər şeyi kortəbii şəkildə təbiətdən hazır şəkildə götürürdü. Onlar yaz, yay, payız aylarının səmərəsini görür, qışın isə hər şeyi dondurub yoxa çıxardığı qənaətinə gəlirdilər. Deməli, qədim insanların təsəvvüründə qış təbiəti yoxsullaşdırdığı, kosalaşdırdığı üçün düşmən idi. Məhz təbiətin fəlakətlərindən xilas yolları axtarmaları onları rituallara gətirib çıxarıb.
Ritual-mifoloji sistemin aparıcı obrazlarından biri Xızırdır (Xıdır İlyas, Xızır Nəbi). Xızır dirilik, oyanma, bolluq, bərəkət, səadət, xoşbəxtlik gətirən ilahi varlıq statusunu alıb. Bu, türkdilli xalqların, o cümlədən azərbaycanlıların təfəkkürünün məhsuludur. Azərbaycan xalqı müxtəlif funksiyaların daşıyıcısı olan mifik obrazı daha çox xeyirxahlığı ilə fərqləndirib, yardımı əsirgəməyən övliya kimi yaddaşlarda saxlayıb. Lakin son nəticədə ulu ərənlərimiz nəvə-nəticələrinə üz tutub, hər kəsin ancaq özünə güvənməsini tövsiyə ediblər: “Nə dərin suya gir, nə də Xızırı çağır”.
Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi var. Sovet dövründə Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız onu həmişə qeyd etməyə can atıb. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər deyib: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti nəticəsində bu bayram UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.
Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Artıq 3 min ildir ki, Novruz Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiyada, Yaxın Şərqdə və digər regionlarda qeyd edilir.
Mübaliğəsiz demək olar ki, Novruz bir çox türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, türk mədəniyyətinin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır.
19-03-2024, 21:35
Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi həbs olundu


Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi həbs olundu

Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi həbs olunub.
Bu barədə Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühasibi vəzifəsində qulluq keçmiş Əliyev Alı İsrayıl oğlunun vəzifəli şəxs kimi təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü və üçüncü şəxslər üçün birbaşa və şəxsən külli miqdarda maddi neməti rüşvət istəməsinə və almasına əsaslı şübhələr olduğundan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham elan olunub və Bakı hərbi məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilib.
“Hazırda Hərbi Prokurorluğun İstintaq İdarəsində istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək”, - məlumatda qeyd edilib.
19-03-2024, 21:13
Arda Turana şərti həbs cəzası verildi


Arda Turana şərti həbs cəzası verildi

Türkiyə milli futbol komandasının sabiq oyunçusu Arda Turana İspaniyada şərti həbs cəzası verilib.
Qərarı Kataloniya məhkəməsi qəbul edib.
O, vergi cinayətlərinə görə şərti olmaqla bir il həbs cəzası alıb və 630 min avro məbləğində cərimə olunub.
Tərəflər 2015 və 2016-cı illər üzrə gəlir vergisinin ödənilməməsi ilə bağlı iş üzrə razılığa gəliblər. Arda Turan hökmlə razılaşıb.
19-03-2024, 20:19
Laçın sakinləri ilaxır çərşənbənu coşqu ilə qeyd etdilər - FOTO


Laçın sakinləri ilaxır çərşənbənu coşqu ilə qeyd etdilər - FOTO

Uzun illər sonra doğma yurdlarına qayıtmış Laçın sakinləri ilaxır çərşənbəni böyük coşqu ilə qeyd ediblər. Həkəri çayının kənarında təşkil edilən bayram tədbirində həm də “Can Laçın” adlı Novruz yarmarkası təşkil olunub.
Azərbaycan Respublikası Prezidentinin Laçın üzrə Xüsusi Nümayəndəliyi, Bakı Abadlıq Xidməti MMC və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bayram tədbirində rəsmi şəxslər, Laçın sakinləri, Laçının tikinti və abadlıq işlərində çalışanlarla bərabər qonaqlar da iştirak edib.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev və “Laçın Abadlıq Xidməti” MMC-nin direktoru Nəsimi Əsədov çıxış edərək laçınlıları Novruz bayramı münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıblar.
“Can Laçın” yarmarkasında həm Laçında ərsəyə gələn məhsullar, həm də respublikanın müxtəlif bölgələrindən gəlmiş sənətkarların əl işləri sərgilənib. Yarmarkaya usta Hüseyn Hacı Mustafazadə dünyada məşhur şəbəkələri ilə, Aqil Kərimov milli üslubda hazırladığı papaqlarla, usta Zahid Vələdov milli musiqi alətləri ilə, xalq yaradıcılığı üzrə mütəxəssis Elnarə Rəsulova şəxsi kolleksiyası ilə qatılıblar. Bundan başqa, yarmarkada “Gilabi Ceramics”, “İslimi”, “Zili”, “Darayı” milli brendlərinin məhsulları da sərgilənib. Laçın torpağında becərilən kənd təsərrüfatı məhsulları, laçınlı xanımların əl işləri və şirniyyatlar, “Zerti Aqrosənaye” kompleksinin məhsulları da yarmarkada yer alıb.
Bayram tədbirində milli adətlərimizə uyğun müxtəlif əyləncəli proqramlar nümayiş olunub. Novruzun personajları olan Kosa və Keçəl “İsma Bikes”in istehsalı olan velosipedlərdə bayram tədbirinə gəliblər. Bayram tədbirində hədiyyəli müsabiqələr və yarışmalar da təşkil edilib. Kosa bayram iştirakçılarının adları yazılan kağız parçalarını öz xurcununa yığıb və müsabiqədə adları çıxan beş nəfərə “İsma Bikes”in velosipedləri hədiyyə olunub.
Kosa və Keçəl tapmacalar deyib, yumurta döyüşdürüblər. Bayram tədbirində respublikanın tanınmış incəsənət ustalarının, Laçın rayonundan olan aşıqların, Dövlət Mahnı Teatrının, Beynəlxalq Muğam Mərkəzinin solistlərinin iştirakı ilə rəngarəng konsert proqramı təqdim olunub.
Bayram tədbirində Novruz tonqalı alovlandırılıb, iştirakçılar “Yallı” və şən musiqi sədaları altında rəqs ediblər.
Bayram tədbirində iştirak edən Laçın sakinlərinin təəssüratını öyrənilib. Sevil Ağayeva deyib: “32 il Vətənimizdən, doğma yurdumuzdan kənarda yaşamaq məcburiyyətində qaldıq. Biz cənnətdən qovulmuşlar idik. İndi cənnətimizə qovuşmuşuq. Özümü dünyanın ən bəxtəvəri hesab edirəm ki, Laçınıma qayıtmışam. Əziz bayramımız Novruzun belə yüksək səviyyədə qeyd olunması ürəyimi dağa döndərir. Sevincimdən ürəyim sinəmə yerləşmir. Prezidentimizə cansağlığı arzulayıram. Allah şəhidlərimizə rəhmət eləsin”.
Orxan Əhmədov isə deyib: “30 ildən artıq müddətdə Ağcabədidə məskunlaşdıq. Bu illər ərzində ən böyük diləyimiz Laçınımıza qayıtmaq, bayramlarımızı burada keçirmək olub. Bu gün arzularımız reallaşıb. Doğma yurdumuza qayıtmışıq. İlaxır çərşənbəni yüksək əhvalla qeyd edirik. Buna görə sevincimizin həddi-hüdudu yoxdur”.
Qeyd edək ki, “Can Laçın” yarmarkası ilk dəfə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil olunub.





19-03-2024, 16:15
“Stimul Hospital” baş verən ölüm ilə bağlı açıqlama yaydı


“Stimul Hospital” baş verən ölüm ilə bağlı açıqlama yaydı

“Stimul Hospital” Şirvan şəhər sakini Bahar
Qasımovanın 18 mart 2024-cü ildə baş verən ölümü ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:
“1967-ci il təvəllüdlü xəstə 07.03.2024-cü il tarixdə ürək bulanma, tək-tək qusma, göbək altı nahiyədə ağrılar, arıqlama şikayətləri ilə hospitala müraciət edib. Həkimin apardığı obyektiv müayinə və analizlər əsasında xroniki qastritin və xroniki kolitin kəskinləşməsi diaqnozu qoyulub, ambulator şəraitdə qan azlığına görə müalicəsinə başlanıb.
09.03.2024-cü il tarixdə xəstə “İstanbul NS Kilinikası”nda qastrofibroskapiya müayinəsindən keçib.
11.03.2024-cü tarixdən başlayaraq 18.03.2024-cü il tarixədək xəstəyə ambulator şəraitdə antianemik müalicə tətbiq olunması üçün sistemlər köçürülüb, sistemlərin heç bir əlavə təsiri olmayıb.
18.03.2024-cü il tarixdə xəstə “İstanbul NS Klinikası”nda ağciyərin rentgeni müayinəsindən keçib, həmin tarixdə sistem köçürülməsi üçün hospitala gəldikdən sonra sistem köçürülən zaman xəstənin vəziyyəti anidən pisləşib. Xəstəyə dərhal reanimasion tədbirlər (süni tənəffüs, ürək masajı, adrenalin inyeksiyası) görülüb. Yarım saatdan artıq aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstəni xilas etmək mümkün olmayıb.
Baş vermiş faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ölümün dəqiq səbəbi təyin olunmuş ekspertiza nəticəsində müəyyən olunacaq. Hospitalın kollektivi adından xəstənin yaxınlarına dərin hüznlə başsağlığı veririk”.
19-03-2024, 15:58
Aİ-nin Ermənistandakı missiyasında türk müşahidəçi də olacaq? - Açıqlama


Aİ-nin Ermənistandakı missiyasında türk müşahidəçi də olacaq? - Açıqlama

"Türkiyədən olan müşahidəçi Aİ-nin Ermənistandakı missiyasının tərkibində ola bilərmi?"
Bu barədə sualı parlamentdə müxalif “Hayastan” fraksiyasının deputatı Qeğam Manukyan Ermənistan XİN rəhbərinin müavini Mnatsakan Safaryana ünvanlayıb.
O, Ermənistanın müşahidəçilərin sayına nəzarət edə biləcəyini də soruşub.
Mnatsakan Safaryan cavabında bildirib ki, bu barədə siyasi dialoq zamanı razılıq əldə olunacaq: "Bu dialoq zamanı missiya əməkdaşlarının sayı da müzakirə olunacaq".
19-03-2024, 15:27
Ağalı kəndində bayram tədbiri təşkil olundu - VİDEO


Ağalı kəndində bayram tədbiri təşkil olundu - ViDEO

Zəngilan rayonun Ağalı kəndində Novruz bayramı münasibətilə bayram tədbiri təşkil olunub.
İlaxır çərşənbədə bayram tonqalı qalanıb və musiqiçilərin iştirakı ilə konsert keçirilib.

[media=https://youtu.be/YIAi9bF8-Q8]
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!