Son 1 ayda Azərbaycanda ikinci böyük QALMAQAL .....                        Putin müharibəni bitirmək istəmir - Tramp .....                        Ramiz Mehdiyevin özü bu şuranın üzvü, oğlu nazir müavinidir .....                        Qəzzanı idarə edəcək 15 nəfər seçilib" .....                        Zığda yanğın: 2 nəfər xəsarət aldı .....                        Prezidentdən ETSN-lə bağlı fərman .....                        Hikmət Hacıyev Litva səfiri ilə müzakirələr apardı .....                        Ordumuz hərəkətə keçdi - Zərbə PUA-larından istifadə olundu .....                        Spiker Pakistanın Pəncab əyalətinin baş naziri ilə görüşdü .....                       
20-06-2023, 16:55
Vətən müharibəsi iştirakçısının özünü yandırma səbəbi bəlli oldu


Vətən müharibəsi iştirakçısının özünü yandırma səbəbi bəlli oldu

Naftalan Şəhər İcra Hakimiyyəti özünü yandıraraq intihara cəhd edən qazi İlkin Tağıyevlə bağlı məlumat yayıb. İcra Hakimiyyətindən daxil olan məlumatda deyilir: "Naftalan şəhər Qasımbəyli kənd sakini 1993-cü il təvəllüdlü Tağıyev İlkin Həmid oğlu parkda üzərinə benzin tökərək özünü yandırıb. Bildiririk ki, Tağıyev İlkin Həmid oğlu bu gün şəhərin Heydər Əliyev Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavininin qəbulunda olub. Qəbul zamanı qazi şəhər İcra Hakimiyyəti tərəfindən ona göstərilən diqqət və qayğını vurğulayıb, daha sonra o, mənzillə və həyat yoldaşının işlə təmin olunmasını istəyib. Bununla bağlı qaziyə bildirilib ki, cari il ərzində mənzillə təmin olunacaq, həmçinin yoldaşı Lamiyə Tağıyevanın iyul ayı ərzində işlə təmin olunması nəzərdə tutulub. Qeyd edək ki, qazi Şəhər İcra Hakimiyyəti tərəfindən 10.01.2022-ci il tarixdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınıb. Həmçinin qazinin anası Tağıyeva Pərvanə özünüməşğulluq proqramı çərçivəsində 09.08.2021-ci il tarixdə Dövlət Məşğulluq Agentliyi tərəfindən “Maldarlıq” zərfi üzrə aktivlərlə təmin edilib. İlkin Tağıyevə 20.09.2021-ci il tarixdən müddətsiz II dərəcəli əlillik dərəcəsi təyin edilib. Bununla bağlı İlkin Tağıyevə aylıq 400 AZN məbləğində müharibə əlili olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü, 960 AZN məbləğində əmək pensiyası olmaqla ümumilikdə aylıq 1360,90 AZN ödənilir. Bundan əlavə Müharibə ilə əlaqədar əlilliyi olan şəxs kimi o, birdəfəlik sığorta ödənişi (8800 AZN) ilə təmin edilib. 2021-ci ildən indiyədək “Yaşat” Fondu tərəfindən ümumilikdə 50768,22 AZN məbləğində Türkiyədə və ölkəmizdə müalicə xərcləri qarşılanmış və dərman vasitələrinin alınmasına yardım göstərilib. Həmçinin şəhər İcra Hakimiyyəti tərəfindən qazinin ailəsinə 2020-ci ildən bu günədək 11640 AZN məbləğində yardım edilib. Vətəndaşın şəhər İcra Hakimiyyətinə müraciəti əsasında şəhər bələdiyyəsi ona sahibkarlıq məqsədi ilə 50 m2 torpaq sahəsinin ayrılması ilə bağlı mərkəzi icra hakimiyyəti orqanına müraciət edib. Naftalan ŞİH-nin müraciəti əsasında qazi və onun qardaşı Tağıyev Elvin Naftalanda fəaliyyət göstərən Hotel və müalicə mərkəzində işlə təmin olunub. Qazi və onun ailəsi daim Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən diqqət mərkəzində saxlanılmış və mütəmadi olaraq müvafiq köməkliklər göstərilib.
20-06-2023, 16:04
Qazi özünü yandıraraq ağır xəsarətlər aldı


Qazi özünü yandıraraq ağır xəsarətlər aldı

Naftalanda Vətən müharibəsi iştirakçısı özünü yandırıb. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, iyunun 20-də Vətən müharibəsi iştirakçısı, 1993-cu il təvəllüdlü İlkin Tağıyevin Naftalan şəhəri ərazisində üzərinə tez alışan maddə tökərək özünü yandırması faktı üzrə Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, ağır yanıq xəsarətləri alan İlkin Tağıyev ilkin müayinədən sonra Bakıdakı Respublika Yanıq Mərkəzinə göndərilib.
20-06-2023, 14:30
Ermənistan tərəfi kommunikasiyaların açılmasına çətinliklər törədir - Nazir


Ermənistan tərəfi kommunikasiyaların açılmasına çətinliklər törədir - Nazir

Aparılan səylərə baxmayaraq, Ermənistan tərəfi kommunikasiyaların açılmasına çətinliklər törədir. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Xəzər Bağlantı Konfransında” çıxışına deyib. Nazir Ceyhun Bayramov ümumilikdə 2022-ci il ərzində Azərbaycan üzərindən tranzitin 75% artdığını bildirərək bütün kommunikasiyaların açılmasının regionumuzda davamlı sülh və sabitliyə daha da töhfə verəcəyinə, ticarət və nəqliyyatı əhəmiyyətli dərəcədə artıracağına əminliyini ifadə edib. Bu mənada ön plana çıxan təşəbbüs olan və Orta Dəhliz daxilində əlaqəni daha da artırmaq potensialına malik Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edib.
20-06-2023, 14:23
“BakıKart” yeni tətbiqi istifadəyə verdi


“BakıKart” yeni tətbiqi istifadəyə verdi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq, xidmət keyfiyyətini artırmaq məqsədilə sərnişindaşıma sahəsində innovativ həllərin tətbiqini davam etdirir. Belə ki, “BakıKart” plastik kartlarını idarə etmək və səfər planlamasını aparmaq üçün yeni tətbiq istifadəyə verilib. Bu tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaya, “BakıKart” plastik kartların balansını artıra və gediş haqqını ödəyə bilərlər. Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün yalnız mobil nömrə və şifrə kifayətdir. İstifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa və avtobusları real vaxt rejimində izləyə bilərlər. Tətbiq istifadəçilərə bir neçə QR biletləri yaratmağa və QR bilet tarixçələrini görməyə imkan verir. Həmçinin istifadəçilərə vaxta qənaət etmək imkanı qazandırır və ictimai nəqliyyatdan istifadə prosesini sadələşdirir. “BakıKart” mobil tətbiqi və www.bakikart.az saytı vasitəsilə təmin edilən platforma üzrə hesablar vahiddir. Bu o deməkdir ki,www.bakikart.az saytı vasitəsilə qeydiyyatdan keçmiş istifadəçilər üçün mobil tətbiqdə yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur. İstifadəçilər yalnız qeydiyyatdan keçdikləri mobil nömrə və şifri daxil etməklə mobil tətbiqdən yararlana bilərlər. “BakıKart” mobil tətbiqinin beta versiyasını həm “App Store”, həm də “Google Play Store”da yükləmək mümkündür. Tətbiq hazırda beta versiyada olduğu üçün istifadəçilər xətalarla və ya qeyri-dəqiq məlumatlarla qarşılaşa bilərlər. Bununla əlaqədar olaraq beta istifadəçilərdən qarşılaşdıqları xətalar barədə tətbiq vasitəsilə məlumat vermələri xahiş olunur. Texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və “141” Çağrı Mərkəzinə müraciət etmək mümkündür.
20-06-2023, 13:37
Həkimlərin kommersiya məqsədli resept yazması qadağan edildi


Həkimlərin kommersiya məqsədli resept yazması qadağan edildi

Həkimlərin kommersiya məqsədli dərmanları reseptə yazması qadağan olunacaq. Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib. "Elektron reseptlə bir çox nöqsanlar aradan qalxacaq. Qeydiyyatsız dərman vasitəsinə resept yazılmayacaq. Hətta həkim istəsə belə kommersiya məqsədli dərmanları reseptə yaza bilməyəcək", - deyə nazir müavini qeyd edib.
20-06-2023, 13:23
Dərmanların qiymətinin aşağı düşməsi məqsədəuyğun deyil - Nazir müavini


Dərmanların qiymətinin aşağı düşməsi məqsədəuyğun deyil - Nazir müavini

Dərman vasitələrinin qiymətlərinin aşağı həddinin müəyyən edilməsi məqsədəuyğun hesab edilmir. Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib. “Qiymətlərinin aşağı həddinin müəyyən edilməsinin bazar qaydalarına uyğun olmadığı düşünülür. Ona görə də hazırda qiymətlərin aşağı həddinin müəyyən edilməsi uyğun deyil”, - nazir müavini deyib.
20-06-2023, 13:16
Azərbaycanda dərmanların qiyməti müqayisədə bahadır - Nazir müavini


Azərbaycanda dərmanların qiyməti müqayisədə bahadır - Nazir müavini

Azərbaycanda dərman vasitələrinin qiymətləri müəyyən ölkələrlə müqayisədə bahadır. Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib. “Burada müəyyən ölkələrin də siyahısını təqdim etsək görərik ki, bunun səbəbi nədir. Biz dərman vasitələrinin qiymətini çox zaman Türkiyə ilə müqayisə edirik. Amma nəzərə alaq ki, Türkiyə özü dərman istehsalçıdır. Bu da qiymətə təsir edir. Bəli, qiymətin baha olmasını qəbul edirik. Bu istiqamətdə qiymət siyasətini müəyyənləşdirmək haqqında Tarif Şurası ilə çox ciddi danışıqlar aparılır. Detalları açıqlamaq istəmirəm, bu barədə qanun layihəsi təqdim olunacaq”, - deyə nazir müavini qeyd edib.
20-06-2023, 12:41
Paşinyan: “..başa düşdüm ki, biz daha Şuşanı tam qaytara bilməyəcəyik”


Paşinyan: “..başa düşdüm ki, biz daha Şuşanı tam qaytara bilməyəcəyik”

"Üçtərəfli bəyanatın imzalanması üzrə danışıqlar noyabrın 6-da başlayıb". Bunu ölkənin baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında deyib. "Mən mətndə Şuşa və Ermənistan ərazisindən keçən dəhlizlə bağlı heç bir müddəa olmaması şərti ilə bu mövzuda danışıqlara başlamağa razı oldum. O cümlədən Ağdam təslim etməyi təklif etdim. Başa düşdüm ki, biz həlledici məqama çatmışıq, Şuşanı qoruya bilsək, bu, dönüş nöqtəsidir. Müdafiə edə bilməsək, yenə dönüş nöqtəsidir", - o əlavə edib. "Ayın 8-də Şuşanın bir hissəsinin bizim nəzarətimizdə olması barədə mənə məlumat verilsə də, başa düşdüm ki, biz daha Şuşanı tam qaytara bilməyəcəyik. Arayik Arutyunyan Xankəndinin müdafiəsinin zəif olması barədə məlumat verdi və ehtimal var idi ki, azərbaycanlılar Şuşadan sonra Şuşakənd istiqamətindən Xankəndiyə keçəcək, oradan Əsgərana doğru irəliləyəcəklər və oradan da ordu hissələrini arxadan vuracaqlar", - Paşinyan açıqlayıb.
20-06-2023, 12:30
Reseptlər elektron formada tətbiq olunacaq


Reseptlər elektron formada tətbiq olunacaq

“Dərman vasitələri haqqında” Qanuna edilməsi nəzərdə tutulan dəyişiklərin istiqamətləri müəyyənləşib. Bu barədə qanun layihəsini təqdim edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib. “1.0.35-ci maddəyə əsasən dərman vasitələrinin dövriyyəsinə nəzarəti təmin etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən aparılan elektron təqib və izləmə (track and trace) sisteminin tətbiq edilməsini və bununla bağlı yeni hüquqi tənzimləməni nəzərdə tutur. Bu sistem istehsal və idxal olunan markalanmalı malların dövriyyəsinə, topdan və pərakəndə satışına nəzarəti həyata keçirən və bununla bağlı məlumatları qeydə alan informasiya ehtiyatı olacaqdır. Növbəti istiqamət üzrə dəyişiklik dərman vasitələrinə reseptlərin elektron formada yazılmasına imkan verən sistemin tətbiqini nəzərdə tutur ki, bu da “Dərman vasitələrinə reseptlərin yazılması” adlı yeni 12-1-ci maddədə təsbit edilir. Bütövlükdə reseptin yeni və geniş anlayışının verilməsi, elektron reseptin tətbiqi, dərman vasitələrinin reseptə yazılması qaydası layihədə qeyd edilən bir digər yenilikdir. Elektron reseptin tətbiqi reseptdə dövlət qeydiyyatına alınmamış dərman vasitələrinin yazılması hallarının qarşısının alınması, reseptə bioloji fəallığa malik qida əlavələrinin yazılması hallarının qarşısının alınması və resept üzərində dövlət nəzarətinin gücləndirilməsi məqsədi müəyyən edilib. Reseptə yalnız dərman vasitəsinin təsiredici maddəsinin yazılması nəzərdə tutulur. 9.6-cı maddəyə görə dövlət qeydiyyatında olmayan dərman vasitələrinin reseptə yazılması zərurəti yarandıqda, həmin resept Səhiyyə Nazirliyi tərəfindən yoxlanılıb təsdiq edildikdən sonra pasient və topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan arasında müqaviləyə əsasən yalnız reseptdə yazılan miqdarda dərman vasitəsi ölkəyə gətirilə bilər. Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla ölkə ərazisində satışı qadağandır.
20-06-2023, 12:21
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

İyunun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraiti arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22° isti, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!