Bu görüş müharibənin sonunu yaxınlaşdıra bilər .....                        “İlham Əliyev bütün Qafqazın şərəfini qorudu” - Saakaşvili .....                        Azərbaycan millisinin baş məşqçisi vəzifəyə təyin edildi .....                        Azərbaycanın layihələri sanksiyalardan azad edildi .....                        Daha 45 fələstinlinin cəsədi təhvil verildi .....                        Fenomenə çevrilmiş dilənçi qız saxlanıldı .....                        100 illik saziş qüvvəyə mindi .....                        Ramil Həsən Ceyhun Bayramovun qəbulunda .....                        Kəmaləddin Heydərov rəisi işdən çıxardı .....                       
9-11-2022, 19:42
“Rəşadla aramız yaxşı olub” - Öldürülən şəxsin qardaşı


“Rəşadla aramız yaxşı olub” - Öldürülən şəxsin qardaşı

Məşhur meyxanaçı Rəşad Dağlı İskəndər Mehtiyev adlı şəxsi bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Baku TV-nin əməkdaşı hadisənin təfərrüatını araşdırmaq üçün İ.Mehtiyevin yaşadığı ünvana gedib. İ.Mehtiyevin qardaşı hadisənin hansı səbəbdən baş verdiyini bilmədiyini deyib:“Qardaşım oktyabrın 26-da həbsdən çıxmışdı. Rəşadla aramız yaxşı olub. Səhər Rəşad gəlib İskəndəri qapıdan apardı. Sonra da eşitdik ki, belə hadisə baş verib. Hadisənin səbəblərini bilmirik. Subay idi. Anasının 40 mərasimini yenicə keçirmişdik”.

9-11-2022, 19:39
Vətən müharibəsi iştirakçısının müraciəti təmin edildi


Vətən müharibəsi iştirakçısının müraciəti təmin edildi

Torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsinin iştirakçılarından biri də Elvin Vəlizadədir. Butov.az xəbər verir ki, o, 2020-ci il sentyabrın 27-də cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edən Elvin, ordu sıralarından tərxis olunduqdan sonra işlə təmin olunması üçün SOCAR rəhbərliyinə müraciət edib. Vətən müharibəsi iştirakçısının ünvanladığı müraciətə müsbət cavab verilib. Artıq 1 ildən çoxdur ki, o, SOCAR “Azəriqaz” İstehsalat Birliyində çalışır. Elvin Vəlizadə iş yerinin yaşadığı ərazidən uzaq olması ilə bağlı SOCAR rəhbərliyinə müraciət edərək iş yerinin dəyişdirilməsini xahiş edib. Bu dəfə də Vətən müharibəsinin iştirakçısının müraciəti təmin edilib. Elvin Vəlizadə həssas əhali kateqoriyasından olan insanlara göstərilən diqqət və qayğıya görə SOCAR rəhbərliyinə təşəkkür edib.

9-11-2022, 19:36
İlham Zəkiyev dünya çempionatında finala yüksəldi


İlham Zəkiyev dünya çempionatında finala yüksəldi

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Bakıda keçirilən dünya çempionatında finala yüksəlib. Butov.az-ın məlumatına görə, 90 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən 42 yaşlı idmançı ardıcıl olaraq, Onur Taştan (Türkiyə), Qanbat Daştseren (Monqolustan) və Romald Rabotyeyə (Fransa) qalib gəlib. Dünya və 8 qat Avropa, 2 qat paralimpiya çempionu həlledici görüşdə Vilyans Araujo (Braziliya) ilə qüvvəsini sınayacaq. Qadın paracüdoçulardan isə 70 kq-da Xanım Hüseynova və Xatirə İsmiyeva bürünc medal görüşlərinə çıxacaq. Qeyd edək ki, hələlik Azərbaycan təmsilçilərindən 73 kq-da Namik Abbaslı və 48 kq-da Şəhanə Hacıyeva bürünc medal qazanıb.
9-11-2022, 17:15
BMT-dən Azərbaycan xalqına təbrik


BMT-dən Azərbaycan xalqına təbrik

BMT-nin Azərbaycandakı Nümayəndəliyi 9 Noyabr - Bayraq Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Bununla bağlı BMT Nümayəndəliyi "Twitter"də paylaşım edib. "BMT-nin Azərbaycandakı Nümayəndəliyi Dövlət Bayrağı Günü münasibəti ilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir. Biz Azərbaycan ilə tərəfdaşlığımızı qiymətləndiririk və sülh, firavanlıq və davamlı inkişafa nail olmaq üçün birlikdə işləməyə hazırıq. Dövlət Bayrağı Gününüz mübarək!", - təbrikdə qeyd olunub.
9-11-2022, 17:00
Niaqara şəlaləsi bayrağımızın rənglərinə büründü


Niaqara şəlaləsi bayrağımızın rənglərinə büründü

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin təşəbbüsü ilə ABŞ və Kanada arasında yerləşən və dünyanın ən böyük şəlalələrindən olan Niaqara şəlaləsi 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə mavi, qırmızı və yaşıl rənglər ilə işıqlandırılıb. Bu barədə Azərbaycanın ABŞ-dakı Səfirliyi məlumat yayıb. Qeyd edilib ki, 8 noyabr tarixinin ölkəmizdə Zəfər Gününə təsadüf etməsi, eləcə də, ABŞ və Azərbaycan arasında vaxt fərqini nəzərə alaraq, şəlalənin məhz bu tarixdə işıqlandırılması üçün Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən Niaqara Şəlaləsi Dövlət Parkının rəhbərliyinə müvafiq müraciət ünvanlanıb və Park rəhbərliyi tərəfindən sözügedən müraciət ilə bağlı müsbət qərar qəbul edilib.

9-11-2022, 16:19
Füzulidə partlayış olub - Xəsarət alanlar var


Füzulidə partlayış olub - Xəsarət alanlar var

Füzuli rayonunun Arayatlı kəndində evdə partlayış olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, ümumi sahəsi 208 m² olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib. Partlayış dalğasının təsirindən otaqların pəncərə çərçivələri dağılıb. Yanğın nəticəsində evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 53 m² olan talvar yanıb. Hadisə zamanı 2 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
9-11-2022, 16:17
Ermənilərdən növbəti təxribat - Sülhməramlılar yenə göz yumdu


Ermənilərdən növbəti təxribat - Sülhməramlılar yenə göz yumdu

Ermənilərin Azərbaycan Ordusuna qarşı təxribatları davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
9-11-2022, 16:14
Ermənilər Kəlbəcər və Tovuzu atəşə tutdular


Ermənilər Kəlbəcər və Tovuzu atəşə tutdular

Noyabrın 8-i saat 18:40-dan noyabrın 9-u saat 02:20-dək fasilələrlə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Əzizli, Yuxarı Zağalı və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı, Yellicə, Zəylik, Zağalı və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə, bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
9-11-2022, 15:14
Tanınmış meyxanaçı qonşusunu qətlə yetirdi


Tanınmış meyxanaçı qonşusunu qətlə yetirdi

Tanınmış meyxanaçı Rəşad Dağlı (Rəşad Əmirov) qonşusunu qətlə yetirib. Butov.az xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib. Məlumata görə, Lökbatan dairəsində Rəşad Əmirovla qonşusu İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb. R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib. Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən fakt təsdiqlənib. Faktla bağlı araşdırma aparılır.
9-11-2022, 15:08
Azərbaycanda Dövlət Bayrağı Günüdür


Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” qanun ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Sərəncama əsasən, Dövlət Bayrağı Azərbaycan Respublikasının dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr - Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Bu il artıq ikinci dəfədir ki, Dövlət Bayrağı Günü işğaldan azad edilən Azərbaycan torpaqlarında da qeyd olunur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!