Zəngilan və Cəbrayılda qartəmizləmə işləri görülür .....                        Lerikin kəndlərinə işığın verilməsi bərpa olunur - "Azərişıq” .....                        Əliyar Ağayev Avropa Liqasına təyinat aldı .....                        Vaqif Allahverdiyevə 8 il həbs verildi .....                        Rayonlarda qar intensivləşib, 12 dərəcə şaxta var .....                        Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - İlham Əliyev .....                        İlham Əliyev bank prezidenti ilə görüşdü .....                        Avropa Birliyindən Trampa XƏBƏRDARLIQ .....                        Kəlbəcərin yeganə 20 Yanvar şəhidi - Firuz Cabbarov .....                       
25-04-2023, 16:00
2027-ci ilə qədər qaz tədarükünü iki dəfə artıracayıq - Prezident


2027-ci ilə qədər qaz tədarükünü iki dəfə artıracayıq - Prezident

Biz 2027-ci ilə qədər təbii qazın tədarükünü iki dəfə artırmağı planlaşdırırıq. Bunu Sofiyada çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycandan Gürcüstana, Türkiyəyə, Bolqarıstana, İtaliyaya qaz tədarük edilir, bu il Rumıniyaya tədarüklərə başlanacaq. Prezident bildirib ki, bütün sistemlərarası qaz kəmərləri uğurla işləsə, qaz ilin sonuna kimi Macarıstan və Slovakiyaya çatdırılacaq. İlham Əliyev vurğulayıb ki, Azərbaycan qaz tədarük etdiyi ölkələrin sayını 6-dan ən azı 10-a çatdıracaq.
25-04-2023, 14:00
Bolqarıstanda SOCAR-ın açılışı oldu


Bolqarıstanda SOCAR-ın açılışı oldu

Aprelin 25-də Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev açılış mərasimində iştirak ediblər.





25-04-2023, 13:30
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda aprelin 26-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.
25-04-2023, 12:00
İlham Əliyev Bolqarıstanda işgüzar səfərdədir


İlham Əliyev Bolqarıstanda işgüzar səfərdədir

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasına işgüzar səfərə gedib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Bolqarıstanın Baş nazirinin iqtisadi siyasət üzrə müavini, nəqliyyat və kommunikasiya naziri Hristo Aleksiev, Prezidentin xarici əlaqələr üzrə katibi Roussi İvanov və digər rəsmi şəxslər qarşılayıblar.

25-04-2023, 11:30
Təhsil müəsisələrindəki qanunsuzluqla bağlı cinayət işi açıldı


Təhsil müəsisələrindəki qanunsuzluqla bağlı cinayət işi açıldı

Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin vəzifəli şəxsləri tərəfindən dövlət vəsaitlərinin idarə olunması ilə bağlı qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Araşdırma zamanı həmin Agentliyin tabeliyində olan ayrı-ayrı peşə məktəblərinin vəzifəli şəxsləri tərəfindən dövlət büdcəsi vəsaitlərinin əmək haqqı və digər ödənişlər adı ilə qanunsuz olaraq müxtəlif şəxslərin bank hesablarına köçürülməsinə və bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
25-04-2023, 11:00
İsrail XİN Azərbaycana silah satışından danışdı


İsrail XİN Azərbaycana silah satışından danışdı

G7 ölkələrinin əksəriyyəti güclü silah sənayesi ilə xarakterizə olunur. Fransa, ABŞ və digərləri silah satırlar. Bunu "Zman" nəşrinə müsahibəsində İsrailin xarici işlər naziri Eli Kohen deyib. O, ölkəsinin Azərbaycana silah satışı ilə bağlı suala cavabında bildirib ki, İsrail dünyanın ən mürəkkəb yerlərindən birində yerləşir, nəhəng və müstəqil hərbi imkanlar formalaşdırıb: "Düşünürəm ki, biz məsuliyyətlə hərəkət edirik və beynəlxalq qaydalara əməl edirik". Qeyd edək ki, Azərbaycan İsraildən pilotsuz uçuş apartları, hava hücumundan müdafiə sistemləri, zirehli maşınlar alır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2018-2022-ci illəri əhatə edən silah satışları hesabatına əsasən, İsrail silahlarının 9.1%-ni Azərbaycan alıb.
24-04-2023, 22:30
Partlayışda xəsarət alan şəxslərin vəziyyəti açıqlandı


Partlayışda xəsarət alan şəxslərin vəziyyəti açıqlandı

Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi səbəbindən 2 nəfər (1-i qadın cinsi - 2009-cu il təvəllüdlü, 1-ci kişi cinsi olmaqla - 2013-cü il təvəllüdlü) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, diaqnozları başın və bədən səthinin yanığı, yuxarı tənəffüs yollarının yanığı olan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır olan 2009-cu il təvəllüdlü pasiyentin müalicəsinə tibb müəssisəsində davam edilir. Vəziyyəti ağır olan 2013-cü il təvəllüdlü pasiyent isə hazırda Bakıda yerləşən müvafiq tibb müəssisəsinə təxliyə edilir.
24-04-2023, 22:00
Laçın-Xankəndi yolunda qurulan məntəqədə bayrağımız qaldırıldı


Laçın-Xankəndi yolunda qurulan məntəqədə bayrağımız qaldırıldı

Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağı qaldırılıb. Məntəqəyə Dövlər Sərhəd Xidmətinin hərbçiləri yerləşdirilib. Xatırladaq ki, aprelin 23-də Dövlət Sərhəd Xidməti (DSX) Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulduğunu açıqlayıb. DSX məntəqənin üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə yaradıldığını bildirib. Sərhəd-buraxılış məntəqəsinin yaradılması barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib ki, Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətə gediş-gəlişi üçün müvafiq şərait təmin olunacaq. XİN-in yaydığı bəyanata əsasən, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin təsis edilməsi yoldan hərəkət üzrə şəffaflığı, qanunun aliliyini və beləliklə, hərəkətin təhlükəsizliyini təmin edəcək. Sərhəd təhlükəsizliyinin təmin edilməsi, habelə hərəkətin təhlükəsizliyinin həyata keçirilməsi Azərbaycan Hökumətinin preroqativi və milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir.

24-04-2023, 20:30
Biləsuvarda baş vermiş partlayışla bağlı cinayət işi açıldı


Biləsuvarda baş vermiş partlayışla bağlı cinayət işi açıldı

Biləsuvardakı yaşayış binasında partlayışa səbəb, ilkin ehtimala görə, qaz sızması olub. Bu barədə Biləsuvar rayon prokurorluğundan bildirilib. Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları hadisə baş verən əraziyə cəlb olunmaqla zəruri tədbirlər həyata keçirilir. Hazırkı vaxtadək dağıntılar altında qalan 2 nəfər şəxs xilas edilərək xəstəxanaya yerləşdirilib. Axtarış-xilasetmə işləri davam etdirilir. Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ağır nəticələrə səbəb olan səhlənkarlıq) cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bir daha media nümayəndələrindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş olunur.
24-04-2023, 20:00
Biləsuvarda güclü partlayış baş verdi


Biləsuvarda güclü partlayış baş verdi

Biləsuvarda yaşayış binasında partlayış olub. Hadisə rayonun Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli yaşayış binasında baş verib. Partlayış yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürən qüvvə və xilasedicilər cəlb olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!