Qəzzada ölənlərin sayı 64 871 nəfərə çatdı .....                        Türkiyədə silah zavodu yanır .....                        Prezident yurdlarına dönmüş sakinlərlə görüşdü .....                        Rusiya Polşaya niyə hücum etdi? - Keçmiş prezident açıqladı .....                        İlham Əliyev Qırmızı Bazarda - FOTO .....                        Prezident Xocavəndin Sos kəndində - FOTO .....                        Rusiyada yük qatarı aşdı, maşinist öldü .....                        Balakəndə sel körpünü dağıtdı .....                        Hadrutda inşa edilmiş məscidin açılışı oldu .....                       
17-09-2022, 15:16
Həlak olan əsgərə şəhid statusu veriləcək


Həlak olan əsgərə şəhid statusu veriləcək

Azərbaycan Ordusunun Kəlbəcərdə həlak olan hərbi qulluqçusu, əsgər Omarov Eşqin Nəsib oğluna şəhid statusu veriləcək. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, qanunvericiliyə əsasən E.Omarov şəhid statusu alacaq. Xatırladaq ki, E.Omarovun həlak olması faktı ilə bağlı Kəlbəcər Hərbi prokurorluğunda araşdırma aparılır. O, silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edib.

17-09-2022, 15:14
Hərbi qulluqçumuz vəfat etdi


Hərbi qulluqçumuz vəfat etdi

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Omarov Eşqin Nəsib oğlu silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Faktla əlaqədar Kəlbəcər Hərbi prokurorluğunda araşdırma aparılır.
17-09-2022, 15:12
Erməni təxribatçılarının basdırdığı minalar aşkarlandı


Erməni təxribatçılarının basdırdığı minalar aşkarlandı

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın və Daşkəsən rayonlarında genişmiqyaslı təxribatı zamanı qarşı tərəfin diversiya qruplarının sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarından istifadə edərək müxtəlif istiqamətlərdə minaladıqları Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilər və təminat yolları mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Ərazidə aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 100 ədəd Ermənistanda istehsal edilmiş piyada əleyhinə PMN-Э minası, 8 ədəd piyada əleyhinə PMN-2 minası və 10 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Rəsmi məlumata görə, mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

17-09-2022, 15:06
Naxçıvanda Ermənistanın PUA-sı vuruldu


Naxçıvanda Ermənistanın PUA-sı vuruldu

Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan ordusunun sarsıdıcı zərbələrindən nəticə çıxarmayan düşmən cəbhənin müxtəlif istiqamətlərində kəşfiyyat xarakterli fəaliyyətini davam etdirir. Butov.az xəbər verir ki, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidməti növbəti erməni təxribatı barədə məlumat yayıb. M​​​​​əlumata görə, sentyabrın 16-sı gündüz saatlarında Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun müdafiə mövqeləri üzərində kəşfiyyat xarekterli uçuşlar həyata keçirməyə cəhd edib. Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə bölmələri xüsusi texniki vasitələrlə düşmən PUA-sını endirilərək zərərsizləşdirib.
17-09-2022, 15:02
Kəlbəcərdə yaralanan mülki şəxslərin son durumu


Kəlbəcərdə yaralanan mülki şəxslərin son durumu

Ermənistan silahlı qüvvələri bölmələrinin Kəlbəcərdə törətdiyi təxribat nəticəsində mərmi partlayışı zamanı sol ayağından qəlpə yarası alan Asim Musayev və topuğundan xəsarət alan Arzuman Orucovun durumu normaldır. Butov.az xəbər verir ki, A.Musayevin müalicə aldığı xəstəxanadan Report-a bildirilib ki, o, xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub.
Buna baxmayaraq, həkimlərin səyi nəticəsində A.Musayevin ayağını amputasiyadan xilas etmək mümkün olub: "Hazırda onun vəziyyəti stabildir". Kəlbəcərdə xəsarət alan digər şəxs, A.Orucovun da vəziyyəti yaxşıdır. O, hadisədən sonra ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda A.Orucovun səhhətində ciddi problem yoxdur. Qeyd edək ki, sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin 77 hərbçisi şəhid olub. Bundan başqa, Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini, 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini, 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar.
17-09-2022, 14:59
Metro və avtobusda maska taxın! - TƏBİB-dən çağırış


Metro və avtobusda maska taxın! - TƏBİB-dən çağırış

Azərbaycanda yeni tədris ilinin başlanması səbəbindən ictimai nəqliyyatda sıxlıq müşahidə edilir. Son günlər metro və avtobuslarda yaranan basabas koronavirusa yoluxma riskini yenidən artırır. Hazırda ölkədə epidemioloji vəziyyət nisbətən sabit olsa da, payızda yoluxma hallarının artması istisna edilmir. Belə olan hallda hansı qabaqlayıcı addımlar atılmalıdır? Bu barədə danışan TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev bildirib ki, avtobus və metrolarda sıxlığın olması, bu nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların tibbi maska taxmaması virusun geniş yayılmasına zəmin yaradır. Tanınmış həkim vurğulayıb ki, dövlət qurumları ictimai nəqliyyatda müşahidə edilən sıxlığın aradan qaldırılması üçün müvafiq addımlar atmalıdırlar. Qapalı yerlərdə tibbi maska tələbinin yenidən tətbiqinə gəlincə, TƏBİB nümayəndəsi hazırda bu məsələnin gündəmdə olmadığını söyləyib. Bundan əlavə, Vasif Əliyev vətəndaşları ictimai nəqliyyatda virusdan qorunmaq üçün maska taxmağa çağırıb:“Hazırkı vəziyyətlə əlaqədar maskadan məcburi istifadənin yenidən tətbiq ediləcəyini düşünmürəm. Əlbəttə, yoluxma sayında artım olacağı təqdirdə belə qərar qəbul edilə bilər. Təbii ki, yoluxma sayının artmaması üçün vətəndaşlar ehtiyyatlı davransınlar. Yaxşı olar ki, ictimai nəqliyyatda mümkün qədər tibbi maskadan istifadə edilsin".

17-09-2022, 14:49
Masazırda oğlan sevdiyi qıza görə intihara cəhd edir


Masazırda oğlan sevdiyi qıza görə intihara cəhd edir

Abşeron rayonu, Masazır qəsəbəsində bir nəfər intihara cəhd edir. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Gənc oğlan tikinti üçün nəzərdə tutulan krana çıxaraq özünü oradan atacağını bildirir. Hadisə yerinə gələn polis əməkdaşları onu fikrindən daşındırmağa çalışır. Gəncin sevdiyi qızın ona xəyanət etməsi səbəbindən özünü öldürmək istədiyi iddia olunur.
17-09-2022, 14:40
Sərhəddə vəziyyət necədir?


Sərhəddə vəziyyət necədir?

Sentyabrın 17-si saat 09:00-a olan məlumata görə, Ermənistan-Azərbaycan sərhədində vəziyyət dəyişməyib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Xatırladaq ki, sentyabrın 13-də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri Ermənistan ordusunun mövqelərindən atəşə tutulmuş, nəticədə genişmiqyaslı təxribat törədilmişdi. Bu döyüşlərdə Azərbaycan tərəfi 77 şəhid verib. Ermənistanın isə rəsmi məlumata görə, 135 hərbçisi ölüb. Sentyabrın 14-ü axşam saatlarında atəşkəslə bağlı razılıq əldə olunub.
17-09-2022, 14:21
Vərəsəliklə bağlı yeni qərar verildi


Vərəsəliklə bağlı yeni qərar verildi

Konstitusiya Məhkəməsi vərəsəlik hüququ ilə bağlı qərar qəbul edib. Butov.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Məcəllənin 1159-cu maddəsinin bəzi müddəalarının 1165-ci maddə ilə əlaqəli şəkildə şərhi üçün müraciət edib. Konstitusiya Məhkəməsi müraciət əsasında konstitusiya işinə baxıb və müvafiq qərar qəbul edib. Qərarda deyilir ki, Mülki Məcəllənin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər.
16-09-2022, 19:21
Cüdoçumuz Avropa çempionu oldu


Cüdoçumuz Avropa çempionu oldu

Çexiyanın paytaxtı Praqadakı gənclər arasında cüdo üzrə Avropa çempionatında cüdoçumuz Vüsal Qələndərzadə final görüşünə çıxıb. Butov.az xəbər verir ki, 73 kq çəkidə yarışan idmançı qızıl medal uğrunda yarışda italiyalı Luici Sentraççio ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Qələndərzadə Avropa çempionu olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!