Ağdamda 2-ci yaşayış kompleksinin açılışı oldu - YENİLƏNİB .....                        Ərdoğan Türkiyənin düşmənlərinə xəbərdarlıq etdi .....                        Şəhidlər xiyabanında nalayiq videolar çəkən ərəblərə hökm oxunub .....                        Yaponiyada 126 ilin doğum antirekordu .....                        Ərdoğan İlham Əliyevə zəng etdi .....                        Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ .....                        İsrail Prezidenti İlham Əliyevə zəng etdi .....                        Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi - Peyvənd vurun .....                        Müsəddiq müəllimin medalı .....                       
7-02-2023, 22:46
Mehriban Əliyevadan Türkiyəyə humanitar yardım


Mehriban Əliyevadan Türkiyəyə humanitar yardım

Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir. Bununla əlaqədar faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdıracaq xüsusi təyyarə Türkiyəyə yola düşəcək. Fondun Türkiyəyə ezam edilən əməkdaşları zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara humanitar yardım çatdıracaq. Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd edib, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb. Heydər Əliyev Fondu Türkiyə xalqının üzləşdiyi faciə zamanı həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.
7-02-2023, 20:10
Bakı şəhəri, Nizami rayonu, Məzahir Rüstəmov adına 32 nömrəli tam orta məktəbin direktor müavini,Şahsuvarlı Minarənin anası, Məmmədova Ülkər Məhəmməd qızı vəfat etmişdir. Həmin məktəbin müəllimləri:İsmayılova Qətibə, Əliyeva Radə, Məmmədova Qızqayıt, Aşurbəyova Gülxumarə, Dəmirova Fərqanə, Mirzəyeva Selvina,Tağıyeva Nahidə, Sarıyeva Leyla,Əliyeva Elnurə, Alıyeva Vəfa, Bədəlova Nərgiz, Zeynalova Ürfət, Bəndəliyeva Aygün, Allahverdiyeva Şəlalə, Hacıyeva Dilarə, Nəcəfova İlhamə, Məhişova Aybəniz, 7c sinif şagirdləri və onların valideyinləri bu xəbərdən kədərlənir Minarə müəllimə başsağlığı verirlər.
Allah rəhmət etsin!
7-02-2023, 18:19
Ərəb Əmirlikləri ilə sürücülük vəsiqələrimiz qarşılıqlı tanınacaq


Ərəb Əmirlikləri ilə sürücülük vəsiqələrimiz qarşılıqlı tanınacaq

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin sürücülük vəsiqələri qarşılıqlı olaraq tanınacaq. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq və dəyişdiriləcək.
7-02-2023, 18:15
Prezident sazişi təsdiqlədi


Prezident sazişi təsdiqlədi

“Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, 2022-ci il dekabrın 17-də Buxarest şəhərində imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Rumıniya və Macarıstan Hökumətlərinə bildiriş göndərməlidir.
7-02-2023, 18:08
Malatyada təhsil alan tələbələrimiz hələ də tapılmayıb


Malatyada təhsil alan tələbələrimiz hələ də tapılmayıb

Malatyada təhsil alan dörd tələbəmiz dağılmış binanın altında qalıb. Bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib. "Onların axtarışı davam etdirilir. Təəssüf ki, tələbələrlə bağlı hələlik məlumat yoxdur. Bundan başqa, xəstəxanalarla da əlaqə saxlayırıq, onların arasında azərbaycanlı yoxdur", - deyə səfir vurğulayıb. Qeyd edək ki, Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ nəticəsində 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə dağıntılar altında qalıb. Onlar Malatyada yerləşən İnönü Universitetinin tələbələridir. Ötən gün sosial şəbəkələrdə tələbələrin xilas edilməsi barədə məlumat yayılsa da, XİN informasiyabı təsdiqləməyib. Hazırda onların axtarışının davam etdirildiyi bildirilib.
7-02-2023, 18:00
Zəlzələ bölgəsindəki Azərbaycan vətəndaşları siyahıya alınır


Zəlzələ bölgəsindəki Azərbaycan vətəndaşları siyahıya alınır

Türkiyənin zəlzələ bölgəsindəki Azərbaycan vətəndaşları siyahıya alınır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Məlumata görə, 24 saat fəaliyyət göstərən və əməkdaşlar tərəfindən cavablandırılan qaynar xətlərə daxil olmuş vətəndaş müraciətlərinə və əldə edilmiş məlumatlara əsasən, Türkiyənin zəlzələ nəticəsində dağıntılara məruz qalmış vilayətlərində (Kahramanmaraş, Hatay, Adana, Malatya, Qaziantep, Adıyaman, Şanlıurfa, Kilis, Osmaniye, Diyarbakır, Elazığ və Mərsin) məskunlaşan və ya müvəqqəti burada olan Azərbaycan vətəndaşları siyahıya alınır. "Azərbaycana təxliyyə edilmək arzusunda olan vətəndaşların bu məqsədlə ayrılmış avtobuslara yerləşdirilməsi təmin edilir. Əlverişsiz hava şərati ilə bağlı məhdudiyyətlərin təxliyyə prosesinə maneə yaratmaması üçün Türkiyə dövlət qurumları ilə bu məhdudiyyətlərin aradan qaldırılması istiqamətində danışıqlar aparılır", - açıqlamada deyilir.
7-02-2023, 17:57
Xarici diplomların tanınması üçün keçiriləcək imtahanın qiyməti açıqlandı


Xarici diplomların tanınması üçün keçiriləcək imtahanın qiyməti açıqlandı

Xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üçün keçiriləcək imtahanlarda iştirak qiyməti açıqlanıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova məlumat verib. Onun sözlərinə görə, xaricdə təhsil almış müraciətçilər üçün qiymətləndirmə imtahanlarının keçirilmə qrafikini Dövlət İmtahan Mərkəzi tənzimləyəcək: "İmtahanlar ildə bir və iki dəfə yox, mütəmadi keçiriləcək, ödəniş 250 manat təşkil edəcək".
7-02-2023, 17:51
Əvvəlki müddətdə xaricdə təhsil almış şəxslərin diplomları tanınacaq


Əvvəlki müddətdə xaricdə təhsil almış şəxslərin diplomları tanınacaq

Əvvəlki müddətdə xaricdə təhsil almış və mənfi qərar verilən şəxslər diplomlarının tanınması üçün təkrar müraciət edə bilər. Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova deyib. Sədr bildirib ki, kredit sayları qalan şəxslərə də imtina qərarı verilmişdi: "Bundan sonra həmin şəxslər istəklərinə uyğun şəkildə yerli universitetlərə müraciət edə bilərlər". Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə yeni “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” təsdiq edilib. Həmin qaydalarda xarici dövlətlərdə ali təhsil sahəsində diplom sahibi olmuş şəxslərin kvalifikasiyalarının tanınması ilə bağlı bir sıra yeniliklər də yer alıb. Həmin yeniliklər aşağıdakılardır:
1. Bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə xaricdə əldə edilmiş kvalifikasiyalarla yanaşı, həmçinin ali təhsil pilləsinə qəbul olmaq hüququ verən, yəni xarici dövlətdə tam orta təhsil və ya orta ixtisas təhsili almış şəxslərin kvalifikasiyalarının tanınması da həyata keçiriləcək;
2. Tədris dili üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə mərhələsi ləğv olunub. Bununla belə, qaydalara əlavədə nəzərdə tutulmuş tənzimlənən peşə ixtisasları üzrə xarici dövlətlərdə təhsil almış şəxslər Dövlət İmtahan Mərkəzi tərəfindən həmin peşə ixtisasları üzrə təşkil olunan qiymətləndirmə imtahanlarında iştirak etməlidirlər. Əlavə olaraq, səhiyyə və tibb peşə sahələri üzrə ixtisasların qiymətləndirilməsi zamanı Səhiyyə Nazirliyinin rəyinin alınması da nəzərdə tutulub;
3. Orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb) və magistratura səviyyələri üzrə xarici ixtisasların tanınması zamanı təhsilalanın hər bir tədris ili ərzində müvafiq ixtisas üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yalnız yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınma haqqında müsbət rəy üçün kifayət hesab ediləcək;
4. Bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri ilə yanaşı, xarici dövlətlərdə tam orta və orta ixtisas təhsili üzrə əldə edilmiş sənədlərə də apostil verilməsi (leqallaşma) tələb olunacaq;
5. Xarici ali təhsil müəssisələrinin rus, ingilis və türk dillərində təqdim etdikləri təhsil sənədlərinin notarial qaydada tərcümə olunmuş təsdiqinə ehtiyac olmayacaq;
6. Müvafiq ali təhsil səviyyəsi üçün müəyyən edilmiş minimal kredit sayını toplamayan və (ya) dissertasiya işi yazmayan (magistratura pilləsi üzrə) şəxslərin ali təhsil kvalifikasiyalarının şərti tanınması həyata keçiriləcək. Belə ki, həmin şəxslər yerli ali təhsil müəssisələrinin birində çatışmayan kreditləri toplamalı (praktik dərslərdə) və (ya) magistr dissertasiyası hazırlayaraq müdafiə etməli olacaqlar. Şərtlər yerinə yetirildikdə həmin şəxslərin ali təhsil kvalifikasiyalarının tam tanınması mümkün hesab ediləcək;
7. Xarici dövlətdə natamam ali təhsil almış şəxslərin ali təhsil kvalifikasiyalarının qismən tanınması həyata keçiriləcək. Başqa sözlə, həmin şəxslərin ali təhsil kvalifikasiyaları üzrə xaricdə toplanmış kreditlərinin tanınması həyata keçiriləcək və onlara qismən tanınma haqqında müvafiq sənəd təqdim olunacaq. Nəticə etibarilə, vətəndaşlar təhsillərinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün müraciət etmək hüququna malik olacaqlar;
8. Tanınma haqqında şəhadətnamələrin tamamilə elektron formada (gücləndirilmiş e-imzalı) verilməsinə başlanılacaq. Beləliklə, xüsusi zərurət olmadığı halda vətəndaşların agentliyə gəlmələrinə ehtiyac olmayacaq;
9. Elm və Təhsil Nazirliyinin tabeliyində Apellyasiya Komissiyası fəaliyyət göstərməyə başlayacaq ki, xarici diplomlarının tanınmaması haqqında verilmiş qərardan narazı olan şəxslər birbaşa komissiyaya müraciət etmək hüququ əldə edəcəklər.
Yeni qaydalar martın 1-dən qüvvəyə minir.
7-02-2023, 17:47
BMT Qarabağın bərpasına yardım etməyə hazır olduğunu bildirdi


BMT Qarabağın bərpasına yardım etməyə hazır olduğunu bildirdi

“Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) hökumətin prioritetlərinə uyğun olaraq münaqişədən zərər çəkmiş ərazilərdə bərpa və yenidənqurma ehtiyaclarını həll etmək üçün hökumətə öz dəstəyini göstərməyə hazırdır”. Bunu BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi səlahiyyətlərini icra edən Nuno Queiros fevralın 7-də Şuşada BMTİP və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə keçirilən konfransda deyib. “Dayanıqlı iqtisadi artım, keyfiyyətli ictimai və sosial xidmətlərin göstərilməsi, ətraf mühitin mühafizəsi və yaşıl transformasiyanın təmin edilməsində təcrübəmizə arxalana bilərsiniz”, - deyə o qeyd edib.
7-02-2023, 17:33
Minatəmizləmə əməliyyatlarını həyata keçirən qadın qrupları yaradılır


Minatəmizləmə əməliyyatlarını həyata keçirən qadın qrupları yaradılır

"Minatəmizləmə əməliyyatlarını həyata keçirəcək ilk qadın qrupları yaradılacaq. Biz bu layihəyə “Heç kəs kənarda qalmasın" prinsipinə sadiqliyimizi nümayiş etdirmək məqsədilə başlayırıq". Bunu BMT-nin İnkişaf Proqramının (BMT İP) Azərbaycan üzrə rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queiros deyib. O bildirib ki, bu layihə BMTİP üçün vacibdir: "Çünki o, məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtmasını təmin etməklə yanaşı, həm də Azərbaycanda minatəmizləmə əməliyyatlarını həyata keçirəcək ilk qadın qruplarının yaradılmasına töhfə verəcək. Bu, həmçinin qadınların humanitar minatəmizləmə kimi mühüm fəaliyyətlərə cəlb olunmalarını təmin edəcək”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!