Müdafiə Nazirliyi vətəndaşlara daha bir müraciət etdi .....                        Xırdalanda yanğın oldu .....                        Boşandığı arvadının evini "sənə sürpriz edəcəyəm" deyib, yandırdı .....                        Nuri Şahin baş məşqçi təyin olundu .....                        Xalq artistinin ölümü ilə bağlı nekroloq .....                        Bakıda 20 avtobusun istiqaməti dəyişdirilir - Formula 1-ə görə .....                        Rusiyaya sanksiya tətbiq etməyə hazıram - Tramp .....                        Sulutəpə və Sumqayıta gedənlərə şad xəbər! - Avtobuslar bərpa edilir .....                        Polşada Baş nazirin maşınını oğurladılar .....                       
14-09-2022, 15:29
Fransa Prezidenti İlham Əliyevə zəng etdi


Fransa Prezidenti İlham Əliyevə zəng etdi

Fransa Respublikasının Prezidenti Emmanuel Makron sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Butov.az xəbər verir ki, telefon danışığı zamanı Fransa Prezidenti Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlə əlaqədar narahatlığını ifadə edib. Dövlətimizin başçısı bu genişmiqyaslı təxribatlara görə məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü və Azərbaycan tərəfindən cavab tədbirlərinin görüldüyünü diqqətə çatdırıb. Həmçinin telefon danışığı əsnasında regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, sülh gündəliyinin davam etdirilməsinin vacibliyi vurğulanıb. Dövlətimizin başçısı Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının gündəliyinə Ermənistanla Azərbaycan arasında sərhəddə yaranmış gərginlik məsələsinin çıxarılacağına toxunaraq, bu müstəvidə müzakirələrin obyektiv əsaslarla aparılmasının vacibliyini bir daha diqqətə çatdırıb.
14-09-2022, 15:09
Azərbaycan - Türk Xalqları Qardaşlığı İctimai Birliyi xalqa başsağlığı verdi


Azərbaycan - Türk Xalqları Qardaşlığı İctimai Birliyi xalqa başsağlığı verdi

Son günlər erməni işğalçı və separatçı qüvvələrinin cəbhəboyu bölgələrdə törətdiyi təxribatlar nəticəsində cavab əməliyyatlarına məcbur olan Azərbaycan Ordusu düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etsə də, hərbi qulluqçularımız və əsgərlərimiz arasında çox sayda şəhidimiz var. Azərbaycan xalqı ayaq üstündədir, ailələrimizdə gərginlik və narahatçılıq hökm sürməkdədir. Hər kəs şəhidlərə rəhmət, qazilərimizə şəfa, Ordumuza güc-qüvvət diləyir.
Artıq Azərbaycanın haqq işini dəstəkləyən qardaş və müttəfiq dövlətlər, o cümlədən bir sıra beynəlxalq təşkilatlar ermənilərin terrorçu əməllərini pisləmiş, öz torpaqlarının azadlığı uğrunda mübarizə aparan Azərbaycanın yanında olduqlarını bəyan etmişlər.
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyi olaraq bizlər də bu ağır günlərdə xalqımıza başsağlığı verir, şəhidlərimizin ailə üzvlərinə və yaxınlarına səbir, yaralılarımıza şəfa diləyir, hər zaman dövlətimizin, Ali Baş Komandanımızın və Milli Ordumuzun yanında olduğumuzu bəyan edirik. Allah oğullarımızı qorusun!
Bu haqq savaşında Azərbaycan xalqının bütün nümayəndələri kimi biz də mübarizəyə hazırıq. İnşallah, zəfər bizim olacaq!
Yaşasın Azərbaycanın müzəffər Ordusu!
Yaşasın Ali Baş Komandanımız!
Allah şəhidlərimizə rəhmət eləsin, nur içində uyusunlar!
Azərbaycanın və Türk dünyasının başı sağ olsun!



Rasafil Bayramov - ATXQ İB-nin Mətbuat xidmətinin rəhbəri, ATA TV və İctimai Xəbər Agentliyinin təsisçisi və baş direktoru
14-09-2022, 01:55
Güləş millimiz dünya ikincisi oldu


Güləş millimiz dünya ikincisi oldu

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında növbəti uğura imza atıb. Butov.az xəbər verir ki, yarışda 9 idmançı ilə təmsil olunan yığmamız yekunda 118 xalla komanda hesabında ikinci yeri tutub. Milli üzvlərindən Eldəniz Əzizli (55 kiloqram) qızıl, Ülvi Qənizadə (72 kiloqram) gümüş, Taleh Məmmədov (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) və Arif Niftullayev (97 kiloqram) bürünc medal qazanıblar. Qeyd edək ki, Türkiyə millisi 125 xalla bütün rəqiblərini qabaqlayıb. Meydan sahibləri isə 110 xalla üçüncü olublar.
14-09-2022, 01:51
Ərdoğan İlham Əliyevə zəng etdi


Ərdoğan İlham Əliyevə zəng etdi

Sentyabrın 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar Prezident İlham Əliyevə, onların yaxınlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib. Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirib. Rəcəb Tayyib Ərdoğan qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib və ölkələrimizin həmrəy olduqlarını vurğulayıb. Prezident İlham Əliyev qardaş Türkiyənin hər zamankı kimi, Azərbaycanın yanında olduğunu, ölkəmizin də hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olduğunu qeyd edib. Ermənistanın genişmiqyaslı hərbi təxribatının qarşısının Silahlı Qüvvələrimiz tərəfindən şücaətlə və yüksək peşəkarlıqla alındığını, şəhidlərimizin qanının yerdə qalmadığını, onların intiqamının alındığını deyən Prezident İlham Əliyev bu genişmiqyaslı hərbi təxribatların məsuliyyətinin bilavasitə Ermənistanın üzərinə düşdüyünü bildirib. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha vurğulanıb. Dövlət başçıları gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.
14-09-2022, 01:49
Ermənistanın sərhəddəki bütün hərbi obyektləri darmadağın edilib


Ermənistanın sərhəddəki bütün hərbi obyektləri darmadağın edilib

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı təxribatı növbəti dəfə bu ölkənin gözlənilən hərbi uğursuzluğu ilə nəticələnib. Butov.az xəbər verir ki, Ermənistanın ölkəmizlə sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektlər darmadağın edilib. Çünki bu obyektlər Azərbaycanın təhlükəsizliyinə təhdid yaradırdı. Sərhəddəki son hadisələr də bunu bir daha sübut etdi. Lakin eyni zamanda bu obyektləri bərpa etmək üçün Ermənistana bir neçə il vaxt lazımdır. Azərbaycan təhlükəsizlik tədbirləri çərçivəsində həmin ərazidəki bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürüb. Beləliklə Ermənistan daha nə indi, nə də gələcəkdə Azərbaycana hər hansı təhlükə törədə biləcək. Bütün bunlar onu göstərir ki, Azərbaycan Ermənistanın son vaxtlar dəfələrlə törətdiyi təxribatlara cavab olaraq özünün təhlükəsizliyini təmin edib. Bu isə həm olduqca zəruridir, eyni zamanda beynəlxalq hüquq normalarına uyğundur. Qeyd etdiyimiz kimi son təxribatlar Ermənistana baha başa gəldi, eyni zamanda İrəvanın təcavüzkar planları iflasa uğradı. Ermənistanın xeyli sayda hərbi texnikası, milyard dollarlıq qiyməti olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edilib. Eyni zamanda yüzlərlə hərbçisi yaralanıb. Təxribatçı ölkənin itkiləri bütün parametrlərə görə Azərbaycandan qat-qat çoxdur. Ermənistanın bundan sonra hərbi potensialını qurması üçün bir neçə il lazımdır. Bütün bunlar Azərbaycan Ordusunun qüdrətini ortaya qoydu və Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha sübuta yetirdi. Müşahidələr göstərirdi ki, son zamanlar Ermənistan cidd-cəhdlə revanşa, yeni hərbi əməliyyatlara, hücuma hazırlaşırdı. Həm Qarabağda, həm də sərhəddə təxribatların sayı artmışdı. Azərbaycan Ordusu məhz cəmi 7 saat davam edən unikal əməliyyat bu gerçəkləşdirməklə bütün bu planları alt-üst etdi. Rəsmi İrəvan başa düşdü ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz. Bu, ona baha başa gəlib və gələcəkdə də belə olacaq.
14-09-2022, 01:47
Hər zaman Can Azərbaycanın yanındayıq - Çavuşoğlu


Hər zaman Can Azərbaycanın yanındayıq - Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqına başsağlığı verib. XİN başçısı bu barədə tviter hesabında yazıb. “Azərbaycan-Ermənistan dövlət sərhəd xəttində meydana gələn qarşıdurmalarda həyatını itirən Azərbaycan Ordusunun qəhrəman şəhidlərinə rəhmət, yaxınlarına səbr və qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm. Türkiyə hər zaman Can Azərbaycanın yanında olacaq”, - XİN başçısı qeyd edib.

14-09-2022, 01:34
Nazirin məktubu Baş Assambleyanın sənədi kimi yayıldı


Nazirin məktubu Baş Assambleyanın sənədi kimi yayıldı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun cari ilin 23 avqust tarixində BMT-nin Baş katibi Antonio Quterreşə ünvanlandığı Ermənistanın Azərbaycan ərazilərinin minalanması və davam edən digər qanunsuz hərbi faəliyətlərinə dair məktubu BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məktubda, Azərbaycanın Laçın rayonu ərazisində 2021-ci ildə Ermənistan Respublikasında istehsal olunmuş külli miqdarda piyada əleyhinə minaların aşkar edilməsi faktı diqqətə çatdırılır. Bu faktın Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bir daha kobud şəkildə pozulduğunu göstərdiyi vurğulanır. Ermənistanın sözügedən üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq Azərbaycan ərazilərindən qanunsuz hərbi birləşmələrini çıxarmadığı və hərbi fəaliyyətlərini dayandırmadığı məktubda qeyd olunub. Məktubda, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə əhalinin təhlükəsiz yaşayışı naminə genişmiqyaslı bərpa və yenidənqurma işləri apardığı bir dövrdə Ermənistanın qanunsuz hərbi fəaliyyətinin, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması prosesinə, o cümlədən regionda sülh və təhlükəsizliyə ciddi zərbə vurduğu ifadə olunub. Üçtərəfli bəyanatın imzalanmasından keçən müddətdə 232 nəfərin mina partlayışının qurbanı olduğu barədə faktlar məktubda təqdim edilir.
14-09-2022, 01:31
50 hərbçimiz şəhid olub


50 hərbçimiz şəhid olub

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. "Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik. Şəhidlərimizin qanı yerdə qalmadı. Bildiririk ki, şəhid olmuş hərbi qulluqçularımızın adlı siyahısı ictimaiyyətə əlavə təqdim olunacaq", - nazirliyin yaydığı məlumatda qeyd olunub.
13-09-2022, 19:53
Hikmət Hacıyev və Ceyhun Bayramov brifinq keçirdi


Hikmət Hacıyev və Ceyhun Bayramov brifinq keçirdi

13 sentyabr 2022-ci il tarixində Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin iştirakı ilə Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri üçün brifinq keçirilib. XİN-dən verilən xəbərə görə, brifinq zamanı, Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatları nəticəsində yaranmış gərginlik və hərbi təcavüzün qarşısının alınması məqsədilə görülmüş təxirəsalınmaz və adekvat tədbirlər barədə iştirakçılara müfəssəl məlumat verilib. Azərbaycan tərəfindən cavab addımlarının məhdud xarakterli olduğu, legitim hərbi hədəflərə yönəldiyi və mülki əhalinin hədəf alınmadığı bildirilib. Şərti dövlət sərhədində baş vermiş bu təcavüz aktının son günlər ərzində Ermənistan tərəfindən törədilən hərbi və siyasi təxribatlar zəncirinin bir elementi olduğu qeyd edilib. Belə təxribatlar sırasında Azərbaycan, Ermənistan, Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının Ermənistan tərəfindən kobud şəkildə pozularaq erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən tam çıxarılmaması, Azərbaycanın ərazilərinin minalanması işinin davam etdirilməsi və şərti sərhədboyu bölgədə hərbiləşmənin artması, nəqliyyat kommunikasiyalarının açılmasına maneçilik törətməsi və sülh prosesinə qarşı destruktiv addımlar atması, sülh müqaviləsi üzrə konkret danışıqların başlanmasına dair Azərbaycan tərəfinin təkliflərinə qarşılıq verməməsi və s. pozuntular diqqətə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən yenidənqurma işləri aparılan və külli miqdarda sərmayələr qoyulan bir zamanda, hərbi gərginlik zonasına yaxın əraziyə - Zəngilan rayonunun Ağalı kəndinə bir qrup məcburi köçkün ailəsinin geri qayıtması şəraitində regionda hərbi gərginliyin Azərbaycan tərəfinin marağında olmadığı vurğulanıb. Brifinqin yekununda iştirakçıların mövqeyi dinlənilib və verilən suallar cavablandırılıb.
13-09-2022, 19:52
Məsuliyyət Ermənistanın üzərinə düşür - Prezident


Məsuliyyət Ermənistanın üzərinə düşür - Prezident

Azərbaycan Ermənistanın təxribatlarına cavab tədbirləri həyata keçirib. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edən zaman deyib. Dövlət başçısı baş vermiş təxribatlara görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!