İran-Türkiyə sərhədində məhdudiyyət .....                        ABŞ İrana qarşı əməliyyatları dərinləşdirir .....                        Samir Nuriyev nazirləri topladı - Məruzələri dinlədi .....                        Daha bir icra hakimiyyətində ixtisarlar - 36 əməkdaş .....                        Nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edildi .....                        Sumqayıtda silahlı insdent - 64 yaşlı kişi güllələndi .....                        İranı əslində o idarə edir .....                        Bir gecədə dörd evdən oğurluq edən şəxs saxlanıldı .....                        Hakan Fidan Abbas Əraqçıyə etiraz etdi .....                       
23-07-2022, 19:20
Hərbçimiz Kəlbəcərdə İTKİN DÜŞDÜ


Hərbçimiz Kəlbəcərdə İTKİN DÜŞDÜ

İyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb. Bu barədə Butov.az-a Müdafiə Nazirliyindən bildirilib. Hərbi qulluqçumuzun axtarışı istiqamətində müvafiq tədbirlər görülür. Hazırda faktla bağlı araşdırma aparılır.
23-07-2022, 18:59
Yoluxanların sayı açıqlandı - 2 nəfər ÖLDÜ


Yoluxanların sayı açıqlandı - 2 nəfər ÖLDÜ

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 309 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 796 141 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 784 653 nəfər müalicə olunaraq sağalıb, 9 735 nəfər vəfat edib, aktiv xəstə sayı 1 753 nəfərdir. Ölkədə son sutka ərzində 3026, hazırkı dövrədək isə 7 021 193 test aparılıb.

23-07-2022, 18:19
İmişlidə ər arvadını BIÇAQLADI


İmişlidə ər arvadını BIÇAQLADI

İyulun 21-i saat 6 radələrində İmişli rayon sakini Günel Abdullayevanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. İmişli rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1983-cü il təvəllüdlü Xanoğlan Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Günel Abdullayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Xanoğlan Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İş üzrə istintaq davam edir.
23-07-2022, 18:16
Generalı qətlə yetirən şəxs edam olundu


Generalı qətlə yetirən şəxs edam olundu

İranda polis generalını qətlə yetirən şəxs edam olunub. Butov.az xəbər verir ki, Şiraz şəhərində polis generalı Əli Əkbər Rəncbəri qətlə yetirən şəxs bu gün səhər edam edilib. Fars əyalətinin prokuroru seyid Kazim Musəvi deyib ki, edam cinayətin törədildiyi yerdə baş tutub.
23-07-2022, 18:13
Ağdaş sakinini cərəyan vurub öldürdü


Ağdaş sakinini cərəyan vurub öldürdü

Ağdaşda kişini elektrik cərəyanı vurub. Butov.az xəbər verir ki, hadisə rayonun Nehrəxəlil kəndində olub. 1978-ci il təvəllüdlü T.Hüseynov özünə məxsus traktorda qaynaq cihazı ilə təmir apararkən onu elektrik cərəyanı vurub. Nəticədə o, hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
23-07-2022, 18:04
Şəkidə Vito camışları vurdu


Şəkidə Vito camışları vurdu

Şəkidə sərnişin daşıyan "Vito" markalı mikroavtobus qəzaya düşüb. Hadisə bu gün səhər saatlarında Şəki-Qax avtomobil yolunun Şəkinin Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Vito" markalı sərnişin daşıyan mikroavtobus yolla hərəkət edən 3 baş camışı vurub. Qəzadan sonra Vito yoldan çıxaraq ağaca dəyib. Üç baş camış tələf olub. Faktla bağlı araşdırma aparılır.
23-07-2022, 17:45
Dağlara qar yağıb


Dağlara qar yağıb

Azərbaycanın yüksək dağlıq ərazilərinə qar yağıb. Bu barədə Butov.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, 3500 metrdən yüksəkdə yerləşən dağlıq ərazilərə (Şahdağ) qar yağıb.
23-07-2022, 17:36
COVID-lə bağlı rəqəmlər düzgün deyil - Həkimdən qalmaqallı AÇIQLAMA


COVID-lə bağlı rəqəmlər düzgün deyil - Həkimdən qalmaqallı AÇIQLAMA

“Koronavirusla bağlı gündəlik ölüm statistikası çıxır ki, filan qədər koronavirus xəstəsi ölüb. Bu yanlış statistikadır”. Bunu Butov.az-a açıqlamasında tanınmış həkim Aydın Əliyev bildirib. Həkim qeyd edib ki, dünyasını dəyişən şəxsin konkret olaraq hansı xəstəlikdən dünyasını dəyişdiyini sübut etmək üçün patoloji anatomik müayinə olunmalıdır:

23-07-2022, 17:23
Postmüharibə dövründə 94 min şəxsə sosial ödənişlər edilib


Postmüharibə dövründə 94 min şəxsə sosial ödənişlər edilib

Postmüharibə dövründə 94 min şəxsə 104 min sosial ödəniş təyinatı aparılıb. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Nazirin sözlərinə görə, bu ödənişlərin əksəriyyəti proaktiv qaydada həyata keçirilib: "Şəhid ailələri və müharibə əlilləri heç bir yerə müraciət etmədən, sənəd toplamadan bu ödənişlər elektron qaydada təyin edilib. Yalnız xüsusi müayinə tələb edilən hallarda, məsələn əlilliyin təyinatı ilə bağlı vətəndaşlar müvafiq qurumlara dəvət olunublar". Nazir qeyd edib ki, paralel olaraq ötən ilin yanvar ayında təqaüdlər, bu ilin yanvar ayında isə şəhid ailələrinə və müharibə əlillərinə ödənilən müavinətlər 60% artırılıb.
23-07-2022, 17:17
Rəfiqə Hüseynzadəyə "Şöhrət" ordeni verildi


Rəfiqə Hüseynzadəyə "Şöhrət" ordeni verildi

Azərbaycan Respublikasında neft sənayesinin inkişafında xidmətlərinə görə Rəfiqə Abdul Ağa qızı Hüseynzadə “Şöhrət” ordeni ilə təltif edilib. Butov.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!