Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “CBC TV Azerbaijan” telekanalına müsahibə verib.
Bütöv.az-ın məlumatına görə, nazir müsahibəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə Cənubi Qafqazda yaranan nəqliyyat və logistika imkanlarından, eləcə də bunun ölkəmiz və region ölkələri üçün iqtisadi faydasından bəhs edib.
Mikayıl Cabbarov Azərbaycanda ümumi iqtisadi mənzərədən danışarkən bildirib ki, ölkəmizin qeyri-neft sektoru sürətlə inkişaf edir və son üç ildə qeyri-neft sektorunda artımın ikirəqəmli olunduğunu vurğulayıb.
Nazir həmçinin Azərbaycanın qeyri-neft ixracında da əhəmiyyətli artımın əldə edildiyini qeyd edib.
Ölkədə nəqliyyat və logistika sahəsində görülən işlərdən danışan nazir əlavə edib ki, Azərbaycan son 20 il ərzində bu sahəyə böyük yatırımlar edib.
Mikayıl Cabbarov vurğulayıb ki, növbəti dövrdə şərq-qərb və şimal-cənub istiqamətlərində yeni kommunikasiya və nəqliyyat bağlantılarının formalaşması baxımından Zəngəzur dəhlizi böyük əhəmiyyət kəsb edəcək. O, bunun həm Azərbaycan iqtisadiyyatına, həm də region ölkələri arasında ticarət əlaqələrinin inkişafına töhfə verəcəyini deyib.
“Ankara Türkiyə və Ermənistan aviaşirkətlərinin İstanbul-İrəvan reysləri üçün müraciətləri nəzərdən keçirir, yaxın günlərdə qərar verilə bilər”.
Bütöv.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
“Hava şirkətlərinin müraciətlərinə Türkiyənin Nəqliyyat Nazirliyi və Mülki Aviasiya Baş İdarəsi tərəfindən baxılır. Prinsipcə, Türkiyə tərəfinin məsələyə münasibəti müsbətdir. Yaxın günlərdə şirkətlərdən hansının bu marşrutla uça biləcəyi müəyyənləşəcək”.
Brüsseldə keçirilən Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının VI sammiti öz işini başa çatdırıb.
Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, eləcə də Aİ ölkələri dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən tədbirin yekununda birgə bəyannamə qəbul edilib.
Sənəddə Avropa İttifaqı tərəfindən “Şərq Tərəfdaşlığı”nın bütün ölkələrinin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə dəstək ifadə olunub.
Həmçinin “Şərq Tərəfdaşlığı” regionunda mehriban qonşuluq münasibətlərinin, etimad quruculuğu tədbirlərinin, regional əməkdaşlığın, nəqliyyat əlaqələrinin gücləndirilməsi də burada öz əksini tapıb.
Eləcə də münaqişədən əziyyət çəkmiş əhaliyə yardımın vacibliyi qeyd olunub.
Birgə bəyannamədə Azərbaycanla Avropa İttifaqı arasında yeni ikitərəfli müfəssəl sazişlə bağlı aparılan danışıqlarda əldə edilmiş tərəqqi alqışlanıb.
Bununla yanaşı, sənəddə Avropa İttifaqı Azərbaycanın dəstəyi ilə ərsəyə gəlmiş qlobal layihəyə öz dəstəyini ifadə edib. Belə ki, bəyənnamədə Cənub Qaz Dəhlizi layihəsinin başa çatması alqışlanıb və vurğulanıb ki, Cənub Qaz Dəhlizi Avropaya qaz mənbələrinin və marşrutunun şaxələndirilməsinə böyük töhfə verib.
Bəyannamədə koronavirusa qarşı vaksinasiya məsələlərinə də toxunularaq bütün ölkələrin peyvəndlərdən bərabər səviyyədə istifadə etməsinin vacibliyi qeyd olunub. Bununla da Aİ faktiki olaraq Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin “peyvənd millətçiliyi”nə qarşı mövqeyinə öz dəstəyini ifadə edib.
Onu da bildirək ki, Azərbaycan bəyannamənin Belarusun daxili işlərinə aid olan bəndinə qoşulmayıb. Bununla da, Azərbaycan digər ölkələrin suverenliyinə hörmət, daxili işlərinə müdaxilə edilməməsi prinsipinin onun üçün vacib olmasını, insan hüquqları, humanitar məsələlərlə bağlı siyasiləşdirilmiş yanaşmanı, ikili standartları qəbul etməməsini və öz dostlarını heç vaxt darda qoymamasını bir daha sübut edib.
İclasda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel rəsmi şəkildə bəyan edib ki, Azərbaycan Belarusdakı vəziyyətlə bağlı 11-ci bəndlə razılaşmadığını bildirib və fərqli rəyini təqdim edib.
Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammiti keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.
Dövlətimizin başçısı Sammitdə çıxış edib.
Prezident İlham Əliyev çıxışında Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlığı qeyd edib, bu münasibətlərin də strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib.
3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizin XXI əsrin ən böyük infrastruktur layihələrindən biri olduğunu vurğulayan Prezident İlham Əliyev bu layihənin son komponenti olan Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazının Avropa məkanına çatdırıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan qazı artıq Avropa İttifaqının üç ölkəsinə - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycanın istehsal etdiyi qazın ixrac coğrafiyasını Avropa İttifaqının digər üzv ölkələrinə genişləndirmək niyyətindədir.
Dövlətimizin başçısı Azərbaycan qazının etibarlı və yeni mənbə olaraq Avropa İttifaqı bazarına çatdırıldığını vurğulayaraq, bildirib ki, baş verən son hadisələr də enerji təhlükəsizliyi baxımından şaxələndirmənin vacibliyini göstərir.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 356 vaksin vurulub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 520, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 286 nəfər təşkil edib.
Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 23 550 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 960 235, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 128 454, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 626 667 nəfər təşkil edir.
Dekabrın 15-də Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib.
Bütöv.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb və nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Sonra Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat verib. Ardınca federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan Atıcılıq Federasiyanın yeni prezidenti seçilib.
Konfransda həmçinin, İsmət Əliyev və Zemfira Meftahəddinova federasiyanın vitse-prezidentləri, Ruslan Lunyov, Aynur Cəfərova, Əli Hüseynli və Rəsul Məmmədov isə İdarə Heyətinə üzv seçiliblər.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.
Sonda Vilayət Eyvazov çıxış edərək göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini, bunun üçün mütəxəsisslərin rəy və təkliflərinin xüsusilə diqqətə alınacağını bildirib.
Azərbaycanlı ikiqat Olimpiya çempionu İlqar Məmmədov Rusiya Qılıncoynatma Federasiyasının (FFR) prezidenti seçilib.
Bütöv.az xəbər verir ki, 56 yaşlı mütəxəssis bu posta yeganə namizəd olaraq qalib gəlib.
O, yeni vəzifədə Aleksandr Mixaylovu əvəzləyib. I vitse-prezident isə Nijni Novqorod şəhər dumasının sədri Oleq Lavriçyov seçilib.
Qeyd edək ki, İlqar Məmmədov Seul-1988 və Atalanta-1996 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Veteran rapiraçı 2012-ci ildən Rusiya millisinin baş məşqçisi idi. İ.Məmmədov Azərbaycan Qılıncoynatma Federasiyasının sabiq prezidenti Yaşar Məmmədovun oğludur.
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Mingəçevir Şəhidinə film çəkəcək.
Bu barədə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov məlumat verib. Onun sözlərinə görə son 1 ildə ASGA tərəfindən bir neçə Şəhidimizə filmlər çəkilərək geniş ictimaiyyətə təqdim edilib: "Hüseyn Adil oğlu Abbasəliyev 22 oktyabr 2000-ci ildə Mingəçevirdə anadan olub. 23 oktyabr 2018-ci ildən 29 mart 2020-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. Hüseyn Abbasəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
O, 2020-ci il sentyabrın 29-da qəhrəmancasına Şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli və 26.09.2020-ci il tarixli Sərəncamlarına əsasən Hüseyn Abbasəliyev ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Bundan başqa Hüseyn Abbasəliyev Azərbaycan Respublikasının Prezidenti 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə "Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Hüseyn olduqca savadlı, sağlam düşüncəyə malik vətənpərvər gənc idi. 44 günlük savaşda isə könüllü olaraq ordu sıralarına qoşulmuş və ermənilərə qan uddurmuşdu. Belə bir gənc Şəhidimizi ölkə ictimaiyyətinə və dünya azərbaycanlılarına tanıtmağı özümüzə borc bilirik. Layihəmizi dəstəklədiyinə görə Gənclər və İdman Nazirliyinə dərin təşəkkürümüzü bildiririk. Film yaxın 2 ay ərzində hazırlanacaq və Mingəçevir şəhərində geniş təqdimatı reallaşacaqdır. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə tezliklə şəfa versin”
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının dəstəyi ilə ərsəyə gələn bəzi filmləri təqdim edirik:
Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşü olub.
“Caliber”in növbəti təhlili məhz müddət baxımından Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə bütün keçmiş görüşlərini geridə qoyaraq beş saata yaxın davam edən görüşə həsr olunub.
Görüşdən sonra Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair bəyanatla çıxış edib.
“Bəyanat Avropa diplomatiyasının ən yaxşı ənənələrinə uyğun kifayət qədər əhatəli, təmkinli, maksimum korrekt tərtib edilib.