Qaçdığı deyilirdi, ölkəsinə qayıtdı .....                        Azərbaycanda bu avtobuslarda gedişhaqqı 60 qəpik oldu - YENİ SİYAHI .....                        “Azərbaycanla Ermənistan bir-birini gücləndirə bilər” .....                        Ərdoğandan əhali ilə bağlı XƏBƏRDARLIQ .....                        Şuşada 37 milyon manata yeni yaşayış binaları tikiləcək .....                        Tofiq Xanəliyevə şərti cəza verildi .....                        DÇ-2026-da pley-off mərhələsinin püşkü atıldı - Türkiyənin rəqibi müəyyənləşdi .....                        Köhnə avtomobil nömrələrində də defis silinəcək? - RƏSMİ CAVAB .....                        34 il əvvəl Qarakənddə kimlər həlak olmuşdu... - SİYAHI .....                       
10-12-2021, 11:30
"Qarabağ" qol vurdu, hakim görməzdən gəldi - VİDEO

Xəbər verdiyimiz kimi, UEFA Konfrans Liqasının qrup oyununda "Qarabağ" "Bazel" ilə üzləşib.

Bütöv.az xəbər verir ki, 0:3 hesabı ilə məğlub olan "Qarabağ" haqsızlıqla üzləşib. Belə ki, matçın 2-ci dəqiqəsində Abdullah Zubir qol vursa da, hakim bunu görməzdən gəlib.

Oyunu idarə edən xorvatiyalı baş hakim Fran Yoviçin bu qərarı azarkeşlərdə ciddi narazılıq yaradıb.

10-12-2021, 11:22
Hande Harmancı: “Vaksinlərin hamısı “Omikron” ştammına qarşı effektivdir”

“Azərbaycanda ən son “Delta” ştammı aşkarlanıb. Bütün dünyada olduğu kimi, burada da insanlar həmin ştammdan əziyyət çəkir. Hələlik Azərbaycanda “Omikron” ştammına rast gəlinməyib”.

“Report”un Qərb bürosu xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı deyib.
Gəncədə səfərdə olan ÜST rəsmisi xatırladıb ki, yeni ştamm Azərbaycanda hələ aşkarlanmasa da, “Omikron” variantının burada olmayacağı anlamına gəlməməlidir:

“Çünki dünyanın hər yerində “Delta” ştammı aşkarlananda bunun Azərbaycanda yayılıb-yayılmayacağı soruşulanda təbii ki, yayılacağını demişdim. Bu fikrim “Omikron” ştammına da aiddir. Çünki yeni ştamm bütün ölkələrdə aşkarlanır. Bunun üçün təlaşa düşməyə ehtiyac yoxdur. İndiyədək istifadə olunan vaksinlərin hamısı yeni ştamma qarşı effektivdir. Tələb olunan qoruyucu tədbirlərin hamısı “Omikron”dan qoruyur. Sadəcə özümüzü və sevdiklərimizi qorumaq üçün qoruyucu tədbirlərə ciddi əməl etmək mütləqdir”.

Bütöv.az
10-12-2021, 10:58
Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətlərində azalma müşahidə olunur.

WTI markalı neftin yanvar fyuçersləri 0,08 % ucuzlaşaraq, bir bareli 70,88 ABŞ dolları olub.

“Brent” markalı neftin fevral fyuçersləri 0,15 % ucuzlaşaraq, bir bareli 74,31 ABŞ dolları təşkil edib.

Mənbə: Bloomberg


Bütöv.az
10-12-2021, 10:44
Bakıda Zəfər paradının keçirilməsindən bir il ötür - VİDEO

Bu gün Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradının keçirilməsindən bir il keçir.

Bütöv.az xatırladır ki, paradda Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər.

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi olub.
Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunub.

Paradda Türkiyə hərbçiləri də iştirak edib.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. İşğaldan azad olunan şəhər və kəndlərimizə, qəsəbələrimizə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki verərək ilə geri çəkiliblər. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci il noyabrın 10-da bəyanat imzalayıb.

9-12-2021, 22:03
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 060 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 733, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 358, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 969 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 806 373, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 110 938, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 605 616, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 089 819 təşkil edir.

Bütöv.az
9-12-2021, 21:55
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 060 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 733, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 358, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 969 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 806 373, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 110 938, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 605 616, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 089 819 təşkil edir.

Bütöv.az
9-12-2021, 21:49
"Telegram"da müxtəlif şəxslərin görüntülərini yayaraq silmək müqabilində pul tələb edən adminlər saxlanılıb - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən aparılan araşdırma zamanı şantaj video və fotolarının “telegram” kanallarının adminləri tərəfindən müxtəlif yollarla ələ keçirildiyi məlum olub.

Bu barədə Bütöv.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-texniki tədbirləri nəticəsində “telegram” sosial şəbəkəsində qeyd edilən kanalların adminləri paytaxt sakinləri Pərviz Qurbanov, Faiq Səfərəliyev və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb. Onlar ifadələrində idarə etdikləri “telegram” kanallarında paylaşdıqları şəkillərlə insanları şantaj etdiklərini və pul müqabilində həmin məlumatları sildiklərini etiraf ediblər.

Bu şəxslər barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Faiq Səfərəliyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Digər iki nəfər barəsində isə araşdırmalar davam etdirilir.

Göstərilən faktların hərtərəfli araşdırılması, həmçinin “telegram” sosial şəbəkəsində Azərbaycan seqmentində şəxsi həyatla bağlı foto və videolarla insanları şantaj edən digər kanalların adminlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-texniki tədbirləri davam etdirilir.

Bütün bunları nəzərə alaraq Daxili İşlər Nazirliyi ümumən vətəndaşları, o cümlədən sosial şəbəkə istifadəçilərini diqqətli olmağa şəxsi fotolarını və məlumatlarını mümkün qədər sosial şəbəkələrdə paylaşmamağı və tanımadıqları şəxslərə göndərməməyi tövsiyyə edir.

9-12-2021, 21:09
Daha bir ölkə Olimpiya Oyunlarını boykot etdi

Slovakiya Prezidenti Zuzana Çaputova Çində keçiriləcək Qış Olimpiya Oyunlarının diplomatik boykot edilməsi məsələsində ABŞ-ı dəstəkləyir və Pekinə getməyəcək.

Bütöv.az xəbər verir ki, bu barədə Slovakiya radiosu məlumat yayıb.

Qeyd edək ki, ABŞ və onun üç müttəfiqi - Avstraliya, Böyük Britaniya və Kanada 2022-ci il Oyunlarını diplomatik boykot elan ediblər.

2022-ci il Olimpiadasına getməkdən imtinanın rəsmi səbəbi Çində insan haqlarının pozulmasıdır.
9-12-2021, 21:07
Üç hakim fəxri ada layiq görüldü

Üç azərbaycanlı hakim fəxri ada layiq görülüb.

Bütöv.az xəbər verir ki, bunlar bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü Natalya Bulanova, kişi idman gimnastikası üzrə beynəlxalq dərəcəli hakim Rza Əliyev və tamblinq üzrə beynəlxalq dərəcəli hakim Adil Hüseynzadədir.
Hər üç şəxs Avropa Gimnastikasının fəxri hakimi adına layiq görülüb.

Qeyd edək ki, fəxri hakim mükafatı ideyasını Avropa Gimnastikası ötən il irəli sürüb. Bu mükafat ən azı üç Olimpiya dövrü ərzində Avropa Gimnastikasının yarışlarında uğur qazanılmasına töhfə vermiş hakimlər üçün nəzərdə tutulub.
9-12-2021, 20:57
Üzən məzənnə manatı "batıracaq"?

“Bir müddət sonra ölkədə yoxsulluq səviyyəsi kəskin artacaq”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədrinin I müavini Alim Quliyevin milli valyutanın məzənnəsinin 2022-ci ildə də sabit saxlanılması üçün bütün imkanların olması ilə bağlı fikrinə münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyib.

İqtisadçı hesab edir ki, məzənnə sadəcə iqtisadi göstəricilərdən biridir, məzənnə siyasəti ölkənin iqtisadi siyasətinin tərkib hissəsində olmalıdır və ayrıca bir simvol kimi dəyərləndirilə bilməz:

“Eyni səhv 2005-2015-ci illərdə edildi, sabit məzənnə rejimi ilə 10 il ölkə yaşadı. Daha sonra öncəliklə sabit məzənnəni qorumaq üçün bir ildə 12 milyard dollar xərcləndi. Vəziyyəti qorumaq mümkün olmadıqda isə üç addımlı devalvasiyaya gedildi. Manat dollara qarşı əvvəl 1.05 AZN, sonradan 1.55 AZN və ən sonda isə 1.70 AZN təyin edildi. Artıq 4 ildən çoxdur ki, sabit məzənnə rejiminə görə məzənnə dəyişmir, amma manatın alıcılıq qabiliyyəti ölür. Bu isə ən azı devalvasiya qədər təhlükəli prosesdir.

Azərbaycanda manatın məzənnəsini siyasi sabitlik simvoluna çevirməklə, yenə eyni səhvi edirlər. Amma indiki proses daha təhlükəlidir. Bir müddət sonra manatın məzənnəsi düşəcək və bu zaman ölkədə yoxsulluq səviyyəsi kəskin artacaq.

İndiki primitiv “boru iqtisadiyyatı” modeli üzən məzənnəyə keçmək üçün yararlı deyil. Çünki üzən məzənnə normal bazar iqtisadiyyatı institutları olan ölkədə mümkündür. Ölkəmizdə isə manat ancaq bir amildən asılıdır. Hökumətin iqtisadi modelinin olmaması məzənnəni sabitlik simvoluna çevirib və buna sitayiş edilir”.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!