Lazımi miqdarda nizamlı olaraq istifadə edildiyi təqdirində itburnu təbii ağrıkəsicidir. Mütəmadi olaraq qrip və onun kimi yuxarı tənəffüs yolları infeksiyalarından əziyyət çəkənlər də bu bitkidən istifadə edə bilərlər.
Bütöv.az “Sağlam Yaşam” youtube kanalının itburnun bir çox yerdə rast gəlinməyən faydalarından bəhs edən məlumatını təqdim edir:
Layihənin “Youtube” kanalında yayımlanan videomaterialda ermənilərin Basarkeçər istiqamətində törətdikləri son təxribatdan bəhs olunur.
Bildirilir ki, Ermənistan baş naziri Nikol Paşinyan bu cür təxribata əl atmaqla məsələyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etməyə cəhd göstərir.
Həmçinin “Caliber”in təhlilində ermənilərin törətdiyi son təxribatla bağlı maraqlı detallara toxunulub, erməni tərəfinin itkiləri ilə bağlı daha dəqiq məlumatlara yer verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib.
Bütöv.az xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.
Gözlərimiz Günəşin aydınlatdığı bu dünyaya açılan pəncərə, dünyaya gəldiyimiz gündən köçəcəyimiz günə kimi bizim yolyoldaşımızdır. Onların köməyi ilə dünyanın gözəlliklərini doyunca seyr edir, həyatdan zövq alırıq.Amma Gəncə Tibb Mərkəzinin Hippokrat andına sadiq olmayan həkimi Kərimi Sevinc Samil qızının gözləri ömürlük dünya işığından məhrum edib.
Bütöv.az xəbər verir ki, bu haqda Dünyanınsəsi.Az saytına xəstənin valideyinləri videoşikayət göndəriblər. Şikayətçilər mətbuat vasitəsi ilə Yeni Gəncə Tibb Mərkəzinin Neyrocərrah Dr.Zaur Ramixanovun uğursuz əməliyatından övladının ömürlük dünya işığından məhrum edilməsindən Baş prokuror Kamran Əliyev cənablarına səsləniblər. Belə ki, Neyrocərrah Dr. Zaur Ramixanov xəstənin valideyinlərinə söz verib ki, lazım olan məbləği ödəyin əməliyat edib övladınız sap-sağlam sizə verəcəm.lazım olan məbləği ödəyən gəncə sakinləri sonda övladının gözünün dünya işığından məhrum edilmiş halda təhvil alıblar. Gəncəli sakinlər qeyd edirlər ki, 10 min manata yaxın pul dilənib övladlarının sağalması üçün Zaur Ramixanova veriblər.Hazırda ailə üzvülərinə məxsus olan qızıl-ziynət əşyaları hamısı girovdadır.Bu gün 11.01.2022-ci il tarixdə Kərimi Sevinc Samil qızının ailə üzvüləri yeni Gəncə masivində yerləşən Tibb Mərkəzinə gedib həkimlə görüşmək istəkləri böyük səs-küyə səbəb olub.Rəhbərlik işə qarışdıqdan sonra onlar Zaur Ramixanovla birtəhər görüşə biliblər.Həkim xəstənin valideyinlərinə bildirib ki, mən əməliyyat zamanı beyində damarın zədələnməsindən xəbərsiz olmuşam.Onun üçündə siz mütləq xəstənizi paytaxt Bakıya aparmalısınız. Xəstə sahibləri isə tibb mərkəzinə ödəmiş olduqları vəsaitin geri qaytarılması üçün ümidlərini Baş prokuror Kamran Əliyev cənablarına bağlayıblar.Bəklkə hörmətli prokurorumuz bu özəl tibb müəsisəsində baş verən qalmaqala son qoymaqla gənc xanımı təkrar müalicə etdirməklə işıqlı həyata qaytara. Redaksiya olaraq Gəncə Tibb Mərkəzi ilə bağlı səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Gəncəli şakinlərin videoşikayətlərini təqdim edirik:
Azərbaycan Televiziyası (AzTV) Prezident İlham Əliyevin Zuğulbadakı iqamətgahından reportaj hazırlayıb.
Bildirilib ki, bu iqamətgah əsasən dövlət və hökumət başçılarının qarşılanması, nümayəndə heyətlərinin, səfir etimadnamələrinin qəbulu, ziyafətlər zamanı protokolun ünvanına daxil olur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün yerli televiziya kanallarına müsahibə verib.
Prezident İlham Əliyev Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin müəllimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Ukrayna arasında təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin aşağıdakı müəllimləri təltif ediliblər:
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, narkotik vasitələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinə nəzarət edən əsas şəxslərdən biri - Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Tosov saxlanılıb.
Onun üzərində olan çantaya baxış zamanı yeddi büküm ümumi çəkisi 26 kiloqram olan yüksək təsiredici narkotik maddə heroin aşkar edilib. Elşad Tosov narkotik vasitələri satmaq məqsədi ilə ölkə ərazisinə gətirdiyini bildirib.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Sübhan Aslanov qanunsuz olaraq odlu silah-sursat saxlanmaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərində şəxsi axtarış zamanı bir ədəd “Makarov” markalı tapança və altı ədəd patron aşkar olunub.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı da qanunsuz olaraq odlu silah-sursat gizlətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Daxil olmuş əməliyyat məlumatı zamanı əvvəlcə paytaxt sakini Elvin Mərdanov saxlanılıb. Onun Buzovna qəsəbəsindəki evinə baxış zamanı bir ədəd AKS-74 markalı avtomat, bir ədəd pulemyot patron darağı, 233 ədəd müxtəlif çaplı patron, bir ədəd F-1, eləcə də bir ədəd RDQ-5 qumbaraları və partlayıcı aşkar edilib.
Aparılan araşdırma zamanı ona silah-sursat vermiş tanışı Hüseyn Səfərov də tutularaq Baş İdarəyə gətirilib. Onun paytaxt ərazisində yerləşən evindən isə bir ədəd “Makarov” markalı tapança, 16 ədəd patron və iki ədəd patron darağı aşkar edilib.
Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 735 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 396, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 124 nəfərdir, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 215 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 531 165, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 187 462, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 699 487, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 644 216 təşkil edir.