Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
1-02-2022, 16:43
İlham Əliyevdən Zərifə Salahova ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Zərifə Teymur qızı Salahovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, Z.Salahova Azərbaycan Respublikasının ictimai və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Bütöv.az
1-02-2022, 11:26
“Marsel”-“Qarabağ” oyunu üçün əngəllər aradan qaldırıldı

“Qarabağ” və “Marsel” komandaları arasında keçiriləcək oyun fransız klubunun öz stadionunda baş tutacaq.

Belə ki, artıq “Qarabağ” klubunun Fransada çıxış etməsi üçün vaksinlə bağlı problem aradan qalxıb.

Fransanın İdman naziri Roksana Marasinyanunun sözlərinə görə, ölkə artıq Çin və Rusiya peyvəndindən istifadə edən idmançıları qəbul edəcək.

Lakin bununla belə futbolçular sərt sağlamlıq protokoluna riayət etməli və start fitindən 24 saat əvvəl test verməlidlər.

Bundan əlavə, idmançılar qarşılaşmanın startından 24 saat əvvəl test verməlidirlər.

Qeyd edək ki, buna qədər Fransada Rusiya və Çin istehsalı peyvəndlər qəbul edilmədiyi üçün qarşılaşmanın başqa məkanda keçirilməsi gündəmə gəlmişdi.

Komandaların UEFA Konfrans Liqasının pley-off mərhələsindəki dueli fevralın 17-də start götürəcək. İlk oyunu səfərdə keçirən “Qarabağ”, fevralın 24-də doğma meydanda Fransa kollektivini qonaq edəcək.

Mənbə: foot-national.com

Bütöv.az
1-02-2022, 11:15
Qripdən 1 günə xilas edən təbii içki - RESEPT

Soyuq keçən havalar insanın immun sistemini zəiflədir. Bu qarışımla qripdən bir gündə qurtulmaq mümkündür.

Bu içkinin tərkibi bədənin qüvvətini artırır və antioksidant təsir edir.
Bütöv.az medicina.az-a istinadən həmin qarışımın reseptini təqdim edir:
1 ədəd portağal

1 ədəd limon

1 zəncəfil

1 çubuq darçın

1 alma

Hamısı bir iri çaydana əlavə edilib, üzərinə qaynaq su alınıb, dəmlənilir.

1 litr su
Nanə
Hazırlanma qaydası:

Bir litr suyun içərisinə qeyd edilən inqreyentlər əlavə edilib qarışdırılaraq qaynadılır. Daha sonra soyuması üçün kənara qoyulur. Bu içkidən yemək araları istifadə edə bilərsiniz.
1-02-2022, 11:05
Zabitimizin nəşi ailəsinə təhvil verildi

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən itkin düşəndən üç gün sonra meyiti tapılan baş leytenant Fuad Bağırovun nəşi Şirvan şəhərinə gətirilib.

Bütöv.az Report-a istinadən xəbər verir ki, zabitin üçrəngli bayrağa bükülmüş tabutu bu gün səhər saatlarında ailəsinə təhvil verilib.

Qeyd edək ki, F.Bağırov ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayıb. Ailəli idi, bir oğlan və bir qız yadigarı qalıb.

Xatırladaq ki, baş leytenant Fuad Bağırov 3 noyabr 1991-ci ildə Şirvan şəhərində doğulub. 2009-2013-cü illərdə H. Əliyev adına Ali Hərbi məktəbdə təhsil alib. Rabitəçi ixtisasına yiyələnib.

Yanvarın 29-da 3 hərbçi yoldaşı ilə birlikdə Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun olması səbəbindən ərazidə istiqaməti itirərək azıb. Aparılan axtarışlar zamanı həmin gün kiçik çavuş Hüseynov Cavid Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu sağ tapılıb, hərbi hospitala yerləşdirilib. Dvam edən axtarışlar zamanı baş leytenant F.Bağırovun nəşi isə ötən gün aşkar edilib.

Allah rəhmət etsin!

1-02-2022, 11:03
“Ağalı dünən və bu gün”: Zəngilanda tikilən müasir qəsəbədən yeni görüntülər - VİDEO

“Ağalı dünən və bu gün” adlanan videoçarxda ötən bir il ərzində Zəngilan rayonun Ağalı qəsəbəsində qeydə alınan dəyişikliklərin kadrları əks olunub.

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin yaradıcı qrupu 2021-ci ilin 25 yanvar tarixində qəsəbədə çəkilişlər aparıb. 1 il sonra eyni vaxtda - 2022-ci ilin 25 yanvar tarixində bir daha qəsəbədə çəkilişlər edən yaradıcı heyət tam fərqli bir vəziyyəti lentə alıb.

1 il ərzində qəsəbədə ciddi quruculuq işləri görülüb. İşğal zamanı dağıdılan və yerlə bir edilən evlərin yerində müasir yaşayış evləri və ictimai obyektlər tikilib. Qəsəbə sakinlərinin tezliklə öz doğma yurdlarına köçə bilməsi üçün zəruri infrastruktur tamamilə yenidən qurulub və hazır vəziyyətə gətirilib.



Bütöv.az
1-02-2022, 10:17
Deputat İqbal Məmmədovun 10 milyon vergi borcu var

Milli Məclisin deputatı İqbal Məmmədova məxsus “Kaspi Yıldız” şirkətinin 10 milyon manata yaxın vergi borcu var.

Bütöv.az xəbər verir ki, bu barədə məlumat İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında öz əksini tapıb. Belə ki, şirkətin 1600019501 nömrəli VÖİN-i üzrə sorğu verən zaman “Kaspi Yıldız”ın 9 666 469.63 AZN borcu olduğu üzə çıxır.
Əldə etdiyimiz digər məlumata görə, şirkətin təsisçilərindən biri Rafet Ekmekçioğlu özünə məxsus 50% payı digər təsisçi Məmmədov İqbal Nəriman oğluna verib. Bununla da “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100% pay ilə Məmmədov İqbal Nəriman oğlu olub.
Maraqlı məqam ondan ibarətdir ki, Lerikin deputatı bir müddət əvvəl mətbuata açıqlamasında “Kaspi Yıldız”la bağlı danışarkən şirkətin onun adına olması barədə iddiaları təkzib etmişdi:
“Mən deputat olana qədər “Kaspi Yıldız” öz adıma idi. Parlament üzvü olduqdan sonra bütün biznesimi ailə üzvlərimin adına keçirdim. Deputatam deyə biznesimi yad adama bağışlayası deyildim ki...”
Xatırladaq ki, İqbal Məmmədova məxsus olan “Relax” istirahət mərkəzində də vergi yoxlamalarına görə qalmaqal yaşanmışdı. Belə ki, 2019-cu ilin avqustunda istirahət mərkəzini işlədən deputatın oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz Vergilər Nazirliyinin əməkdaşlarına hücum çəkərək onları döymüşdü. (Qafqazinfo.az)
1-02-2022, 10:13
Xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb.

Bütöv.az xəbər verir ki, 1 ABŞ dolları dəyişmərək 1.7000 manat, avro 1.9113-ə qalxıb, 1 rus rublu isə 0.0220 manat təşkil edib. Türkiyə lirsəinə gəlincə, 1 türk lirəsi bu gün 0.1276 manata qalxıb.
1-02-2022, 10:08
Deputatlar “yaz”ın ilk iclasına toplanır

Bu gün Milli Məclisin 2022-ci il yaz sessiyasının ilk plenar iclası keçiriləcək.

Bütöv.az-ın məlumatına əsasən, ali qanunverici orqanın iclasının gündəliyinə 12 məsələ daxil edilib.

Qeyd edək ki, yaz sessiyası mayın 31-də bitir.
31-01-2022, 19:33
Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 18 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiyadan keçənlər olmayıb, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, buster doza üzrə vaksinasiya olunanların sayı isə 13 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 000 767, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 230 388, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 742 174, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 028 205 təşkil edir.

Bütöv.az
31-01-2022, 19:30
Bakıdakı özəl klinikalarda oğurluq faktları aşkarlanıb - ANBAAN VİDEO

Nərimanov rayonunda yerləşən özəl tibb müəssisəsində çalışan zərərçəkən otağında nəzarətsiz qalan çantasından 370 manat, qızıl-zinət əşyaları, bank kartlar və sənədləri olan pul kisəsinin oğurlandığını bildirib.

Bu barədə Bütöv.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş Kamran Quliyev saxlanılıb.

O, ifadəsində oğurluğu etiraf edib. Ətrafında aparılan araşdrımalar zamanı Kamran Quliyevin ötən ilin avqust ayında daha bir özəl klinikada çalışan həkimin çantasından 600 manat oğurladığı məlum olub.

Qeyd edək ki, saxlanılan şəxsin etdiyi oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. Faktlarla bağlı saxlanılan şəxs barəsində 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun digər analoji cinayətlər törətməsi istisna edilmir.

Kamran Quliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!