Qasırğaya görə fövqəladə vəziyyət elan edildi .....                        İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində - FOTO .....                        Faciəvi şəkildə ölən azərbaycanlı jurnalist vətəndə dəfn olundu .....                        Bakıda çoxmərtəbəli binada yanğın .....                        Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? .....                        Təxribatçı jurnalist Ermənistana buraxılmadı .....                        Gürcüstanda plastik qab-qacaq qadağan olunur .....                        Ermənistan onu Rusiyaya təhvil verməyəcək .....                        Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi .....                       
28-08-2024, 23:25
DİN-dən vətəndaşlara çağırış


DİN-dən vətəndaşlara çağırış

Kibercinayətkarlar yeni üsullarla oğurluqlara başlayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev deyib.
"Necə təşkil olunur? Saxta sosial şəbəkə səhifə və profillərin storilərində forex vasitəsilə yüksək məbləğlərdə — 10000, 20000, 40000, 50000 min manat uduş əldə etdiklərinə görə hansısa naməlum şəxslərə təşəkkür mətnləri yazılır.
Guya həmin şəxs ona pul qazanmağa yardım edib. Bunu görən bir başqa vətəndaş dərhal həmin şəxsdən kömək istəyir, ona da qazanmaq üçün fürsət yaradılmasını xahiş edir. Beləliklə, naməlum adam israrlı xahişlərdən sonra ondan şəxsi bank kart məlumatlarını alır, ilkin yatırım üçün kartda bəlli bir vəsaitin olacağı təqdirdə ona kömək edəcəyini vəd edir.

Elşad Hacıyev

İlkin olaraq xırda məbləğlər köçürüldükdən sonra daha böyük məbləğlər tələb olunur. Xırda məbləğləri könüllü olaraq köçürən vətəndaşımıza bildirilir ki, pul azdır, faiz ödənişləri artıb, sizi oyuna daxil edə bilmirik, əlavə vəsait köçürülməlidir. Vətəndaşımız həmin hesaba pulun köçürülməsi üçün naməlum şəxsə bank kartı məlumatlarını, göndərilən məxfi şifrəni verdikdən sonra kartında olan bütün vəsaiti oğurlanır.
Bir daha vətəndaşlarımıza çağırış edirik, sosial şəbəkə səhifələrində cəlbedici qazanc təklifləri ilə bağlı paylaşımlara həssas yanaşın, heç bir halda şəxsi məlumatları naməlum şəxslərə verməyin, verməyin, verməyin. Təhlükə var, sən də tələyə düşə bilərsən, Diqqətli ol!"- deyə DİN-nin sözcüsü qeyd edib.
28-08-2024, 22:43
"Qarabağ" mübarizəni dayandırdı


"Qarabağ" mübarizəni dayandırdı

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” klubları arasındakı görüş başa çatıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk görüşdə də 3:0 hesabı ilə qalib gələn xorvatiyalılar turnirin liqa mərhələsinə vəsiqə qazanıblar. “Qarabağ” isə yoluna Avropa Liqasının liqa mərhələsində davam edəcək.
28-08-2024, 21:44
Zaxarovadan Zəngəzur dəhlizi barədə mühüm açıqlama


Zaxarovadan Zəngəzur dəhlizi barədə mühüm açıqlama

“Şimal-Cənub” nəqliyyat dəhlizinə gəldikdə, əsas iş Azərbaycan və İranla təmasda qərb istiqamətində, Rusiyadan Xəzər dənizi boyunca Azərbaycan ərazisindən keçməklə, daha sonra İran istiqamətində aparılır.
Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Azərbaycanın qərb bölgələrini Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan marşrut Rusiya, Azərbaycan və Ermənistan baş nazirləri müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə edilir. Üçtərəfli işçi qrupunda iş üçtərəfli razılaşmalar çərçivəsində ən yüksək səviyyədə aparılır”, - deyə o bildirib.
Zaxarova əlavə edib ki, Moskvanın Bakı ilə İrəvan arasında kommunikasiyaların açılması ilə bağlı mövqeyi açıq-aydın və hamıya məlumdur. “Biz müvafiq razılaşmaların tərəflərin qarşılıqlı razılığı əsasında və qarşılıqlı məqbul şərtlər əsasında əldə ediləcəyindən çıxış edirik ki, bu, həm Azərbaycanın, həm Ermənistanın, həm də regiondakı qonşuların maraqlarına cavab versin”, - deyə diplomat qeyd edib.
28-08-2024, 20:58
Naxçıvan yenidən atəşə tutuldu


Naxçıvan yenidən atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 28-i saat 18:30-da Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunan istiqamətdə Azərbaycan ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
28-08-2024, 20:20
Olimpiya mükafatçısı Azərbaycan Prezidenti və xalqından üzr istədi


Olimpiya mükafatçısı Azərbaycan Prezidenti və xalqından üzr istədi

Fransada keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalını qazanan Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Rusiya KİV-lərinə verdiyi müsahibədə səsləndirdiyi bəzi ifadələrə görə Prezident İlham Əliyev və Azərbaycan xalqından üzr istəyib.
М.Maqomedov bildirib ki, Azərbaycan Prezidentinin verdiyi orden çox dəyərlidir.
“Mən 2022-ci ildən Azərbaycanı təmsil edirəm. Mənə bu şəraiti yaratdığı üçün Azərbaycan Respublikasının prezidentinə, o cümlədən Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə və bu imkanı yaradan hər kəsə təşəkkürümü bildirirəm. Azərbaycanı sevirəm və bu ölkəni təmsil etdiyim üçün fəxr edirəm. Məhz Azərbaycan bayrağı altında Avropa çempionu, dünya və Olimpiya mükafatçısı olmuşam. Rusiya mətbuatına verdiyi müsahibədə səsləndirdiyim fikirlər yanlış anlaşılmanın nəticəsidir. Azərbaycan Respublikası Prezidentinin mənə verdiyi orden mənim üçün çox dəyərlidir və heç bir hörmətsizlikdən söhbət gedə bilməz. Baş verənlərlə əlaqədar mən Azərbaycan Respublikasının Prezidentindən və bütün Azərbaycan xalqından üzr istəmək istəyirəm", - deyə Olimpiya mükafatçısı bildirib.
Qeyd edək ki, Maqomedxan Maqomedov 97 kq çəki dərəcəsində Paris-2024 Yay Olimpiadasının bürünc medalını qazanıb.
Prezident İlham Əliyevin sərəncamı ilə M.Maqomedov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
28-08-2024, 19:02
MSK-nın bugünkü iclasında müzakirə olunan məsələlər


MSK-nın bugünkü iclasında müzakirə olunan məsələlər

Avqustun 28-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Əvvəlcə Komissiyanın avqustun 27-də keçirilən iclasının protokolu təsdiq edilib.
Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Seçki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər beynəlxalq müşahidə missiyası təmsilçiləri, media mənsubları və maraqlı subyektlərin də iştirakı ilə Komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.
İclasın sonunda, həmçinin cari məsələlərə baxılıb.
28-08-2024, 17:43
Culfada maşın yoldan çıxaraq dərəyə aşdı


Culfada maşın yoldan çıxaraq dərəyə aşdı

Culfa rayonu ərazisində avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Hadisə rayonun Ərəzin kəndi ərazisində qeydə alınıb. 72-BF-803 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin aşması nəticəsində Culfa rayon Qazancı kənd sakini, 2001-ci il təvəllüdlü Aslanov Ağayar Mehman oğlu xəsarət alıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən gəncin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qəzanın baş verməsinə səbəb isə sürücünün idarəetməni itirməsi olub.
Faktla bağlı araşdırma aparılır.
28-08-2024, 17:34
Milli Məclisdə təmir işlərinə başlanılır


Milli Məclisdə təmir işlərinə başlanılır

Milli Məclisdə təmir işlərinə başlanılır.
Bununla bağlı dəyəri 186 min manatdan çox olan iki tender keçirib.
Milli Məclisin inzibati binalarında, həyətyanı sahəsində və avtoparkında cari təmir işləri, santexnika mal-materiallarının, fəvvarələr üçün avadanlığın ehtiyat hissələrinin, hovuz üçün kimyəvi məhlulların, sənaye kondisionerləri və ventilyasiya sistemləri üçün ötürücü kəmərlərin, fankoyllar üçün ehtiyat hissələrinin, qazanxana və nasosxanalarda istifadə olunacaq avadanlıqların və ehtiyat hissələrinin satın alınması üzrə hər iki tenderin qalibi “Atlantis Construction Group” MMC olub.
Avqustun 27-də sözügedən şirkətlə 121,6 min manat və 64,5 min manat olmaqla, ümumilikdə 186,1 min manat dəyərində satınalma müqaviləsi imzalanıb.
28-08-2024, 16:51
Saatlıda qazi və qardaşı xəstəxanada həkimə xəsarət yetirdi


Saatlıda qazi və qardaşı xəstəxanada həkimə xəsarət yetirdi

"Saatlı rayon sakini, veteran, l qrup əlil Həsən Mehtiyevin təzyiqə məruz qalması iddiaları əsassızdır, barəsində olan ittihamlardan yayınmaq məqsədindən irəli gəlir".
Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib. Qeyd olunub ki, H.Mehtiyev avqustun 25-də saat 21:30 radələrində qardaşı Elgün Mehtiyevlə birlikdə Mərkəzi Rayon Xəstəxanasının Təcili Yardım şöbəsində uca səslə qurumun əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib və ona qanunsuz olaraq əlavə pereparat verilməsini tələb edib: "Həmin gün xidmətdə olan qadın növbətçi həkim ona tələb etdiyi xüsusi pereparatın normadan artıq olduğunu və onun həyatı üçün təhlükə yarada biləcəyini qeyd edib. Bununla razılaşmayan H.Mehtiyev təkrarən təhqirlər səsləndirib, əlində olan mobil telefonla həkimin sifətinə, qardaşı isə baş nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi vuraraq xəsarət yetiriblər.
Daha sonra H.Mehtiyevin valideynləri də oraya gələrək xəstəxananın əməkdaşlarına qarşı nalayiq ifadələr səsləndirərək onları təhqir ediblər".
Məlumata görə, H.Mehtiyevin törətdiyi xuliqanlıq hərəkətlərinə görə barəsində başlanan cinayət işi üzrə araşdırmalar aparılır, ailə üzvləri barəsində isə qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Törədilən xuliqanlıq hərəkətlərinin əks olunduğu görüntülər və digər maddi sübutlar istintaqa təqdim edilib.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
28-08-2024, 16:18
Polisdən əməliyyat: Narkotik satan dəstənin üzvləri həbs edildi


Polisdən əməliyyat: Narkotik satan dəstənin üzvləri həbs edildi

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının paytaxt ərazisində keçirdikləri növbəti tədbirlər nəticəsində narkotiklərin satışı və qanunsuz dövriyyəsini təşkil edən dəstə üzvləri - əvvəllər məhkum olunmuşlar Sənan Cəfərov, İlkin Əhmədov və Səfiyar Allahyarov saxlanılıblar. Onların üzərindən, ev və avtomobillərindən 22 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və 297 ədəd metadon həbi aşkarlanıb.
DİN-dən bildirilib ki, hər üç şəxs ifadələrində maddi qazanc əldə etmək məqsədi ilə narkotiklərin satışını həyata keçirdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
S.Cəfərov, İ.Əhmədov və S.Allahyarovun daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!