Faciəvi şəkildə ölən azərbaycanlı jurnalist vətəndə dəfn olundu .....                        Bakıda çoxmərtəbəli binada yanğın .....                        Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? .....                        Təxribatçı jurnalist Ermənistana buraxılmadı .....                        Gürcüstanda plastik qab-qacaq qadağan olunur .....                        Ermənistan onu Rusiyaya təhvil verməyəcək .....                        Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi .....                        "ARB TV" fəaliyyətini dayandırır? - RƏSMİ .....                        Paşinyan Ermənistanda 10 yeni məscid tikəcək .....                       
23-08-2024, 12:51
COP29-da iştiraka ciddi hazırlaşırıq - Mirziyoyev

COP29-da iştiraka ciddi hazırlaşırıq - Mirziyoyev

Özbəkistan bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştiraka ciddi hazırlaşır.
Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında çıxışı zamanı deyib.
Özbəkistan dövlət başçısı vurğulayıb ki, bu il Azərbaycan dünyada ən böyük beynəlxalq tədbirlərdən biri olan COP29 qlobal iqlim sammitinə ev sahibliyi edəcək: “Geniş regionumuzda ilk dəfədir ki, belə sammit keçirilir. Bu da Azərbaycanın xarici siyasət kursunun effektivliyinin tanınmasını bir daha təsdiqləyir. Özbəkistan da COP29-da iştiraka ciddi hazırlaşır. Uğurlar arzulayıram. Biz həmişə yanınızda olacağıq”.
23-08-2024, 12:33
Sabahın havası

Sabahın havası

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda zəif duman olacaq. Şərq küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 22-27° isti olacaq.
23-08-2024, 10:41
İlham Əliyev Mirziyoyevlə görüşdü

İlham Əliyev Mirziyoyevlə görüşdü

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə məhdud tərkibdə görüşü olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
23-08-2024, 10:32
Hər üç abituriyentdən biri universitetə qəbul ola bilməyib

[b]Hər üç abituriyentdən biri universitetə qəbul ola bilməyib[/b]

Ali təhsil müəssisələrinin müsabiqəsində 82 883 nəfər iştirak edib.
Müsabiqə şərtlərini ödəyən 27 227 abituriyent tələbə adını qazana bilməyib
Bu da təxminən ixtisas seçimində iştirak edən hər 3 abituriyentdən 1-nin müsabiqədən keçmədiyini göstərir.
Boş qalan yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək elektron formada aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

23-08-2024, 10:17
Özbəkistanda İlham Əliyevin rəsmi qarşılanma mərasimi - FOTO

Özbəkistanda İlham Əliyevin rəsmi qarşılanma mərasimi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi keçirilib.
Azərbaycanın və Özbəkistanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan əsgərlərini salamlayıb.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Özbəkistanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Şavkat Mirziyoyevə təqdim edilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.
Dövlət başçıları birgə foto çəkdiriblər.

22-08-2024, 22:05
Bakı-Quba yolunda gənc oğlanı maşın vurub öldürdü

Bakı-Quba yolunda gənc oğlanı maşın vurub öldürdü

Bakı-Quba yolunda avtomobil piyadanı vurub.
Hadisə Bakı Quba yolunun 15-ci kilometrliyində qeydə alınıb.
1991-ci il təvəllüdlü sürücü Quliyev Qurban Əhməd oğlunun idarə etdiyi “Hyundai Accent” marakalı avtomobil yolu keçmək istəyən gənc oğlanı vurub.
Piyada hadisə yerində ölüb. Avtomobilin piyadanı piyadalar üçün nəzərdə tutulmayan ərazidə vurduğu bildirilir.
Fakt araşdırılır.
22-08-2024, 21:14
Səttar Möhbalıyev istefa verdi

Səttar Möhbalıyev istefa verdi

Avqustun 22-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ Respublika Komitəsi) II Məclisi keçirilib.
ATİAHİ-nin sədri Səttar Möhbalıyevin sədrliyi ilə keçirilən iclasda Məclisin gündəliyi təsdiq edilib.
İclasda təşkilati məsələyə baxılıb.
Məclisdə çıxış edən S.Möhbalıyev ATİAHİ-yə rəhbərlik etdiyi müddətdə görülmüş işlərdən, əldə olunmuş uğurlardan danışıb. Çıxışının sonunda o, işinin çoxluğunu nəzərə alaraq ATİAHİ Respublika Komitəsinin Məclis, Rəyasət Heyəti üzvlüyündən, Respublika Komitəsinin sədrliyindən istefa verdiyini açıqlayıb. S.Möhbalıyevin istefası Məclis üzvləri tərəfindən qəbul edilib.
Sonra ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyəti üzvləri arasında qismən dəyişiklik edilib və təşkilata yeni sədr seçkisi həyata keçirilib. Məclis üzvlərinin açıq səsverməsi yolu ilə keçirilən seçkidə Araz Nadir oğlu Paşayev ATİAHİ-nin sədri seçilib.
ATİAHİ-nin yeni sədri A.Paşayev ona etimad göstərən Məclis üzvlərinə təşəkkür edib, rəhbərlik etdiyi qurumun səmərəli fəaliyyəti, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı səylə çalışacağını vurğulayıb.
22-08-2024, 20:07
Azərbaycanın xarici dövlət borcu

Azərbaycanın xarici dövlət borcu

Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 361,3 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 86,8 %-i elə dollarda olub.
Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, borcun tərkibində avro 6 %, yapon yeni 3 %, digər valyutalar 0,6 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) isə 3,6 % paya malik olub.
Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 48,4 %-ni, sabit dərəcə ilə olanlar isə 51,6 %-ni təşkil edib.
Xarici dövlət borcunun 42,1 %-i 5 ilə qədər olan müddətdə, 49,1 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 8,7 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Xarici dövlət borcunun 64,2 %-i çoxtərəfli maliyyə institutları üzrə, 25,9 %-i xarici bazarda yerləşdirilmiş istiqrazlar üzrə, 9,9 %-i isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşüb.
Xarici dövlət borcunun 25,9 %-i avrobondlar üzrə, 35 %-i Asiya İnkişaf Bankı üzrə, 16,7 %-i Dünya Bankı üzrə, 22,4 %-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklər olub.
Xarici dövlət borcunun 40,6 %-i büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 59,4 %-i isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklər olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!