Faciəvi şəkildə ölən azərbaycanlı jurnalist vətəndə dəfn olundu .....                        Bakıda çoxmərtəbəli binada yanğın .....                        Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? .....                        Təxribatçı jurnalist Ermənistana buraxılmadı .....                        Gürcüstanda plastik qab-qacaq qadağan olunur .....                        Ermənistan onu Rusiyaya təhvil verməyəcək .....                        Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi .....                        "ARB TV" fəaliyyətini dayandırır? - RƏSMİ .....                        Paşinyan Ermənistanda 10 yeni məscid tikəcək .....                       
21-08-2024, 20:26
İlham Əliyev Özbəkistana gedir


İlham Əliyev Özbəkistana gedir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-23-də Özbəkistana dövlət səfəri edəcək.
Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səfər Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə baş tutacaq.
Daşkənd şəhərində Özbəkistan və Azərbaycan liderlərinin sədrliyi ilə Ali Dövlətlərarası Şuranın birinci iclası və yüksək səviyyəli danışıqların keçirilməsi planlaşdırılır.
Sammitin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi və genişləndirilməsi məsələləri daxil edilib.
Diqqət mərkəzində qarşılıqlı dövriyyənin artırılması, kooperativ layihələrinin yeni portfelinin yaradılması, işgüzar əlaqələrin inkişafı, o cümlədən bölgələrarası birja, nəqliyyat-kommunikasiya potensialının açılması, mədəni-humanitar əlaqələrin intensivləşdirilməsi və digər məsələlər olacaq.
Prezidentlərin iki ölkənin biznes nümayəndələri ilə birgə görüşü, bir sıra işgüzar və mədəni tədbirlərdə iştirakı da nəzərdə tutulub.
21-08-2024, 19:37
Azərbaycan yığmalarının heyəti bəlli oldu


Azərbaycan yığmalarının heyəti bəlli oldu

Basketbolun 3x3 növü üzrə Avropa kubokunda mübarizə aparacaq Azərbaycan millilərinin heyəti bəlli olub.
Kişilərdən ibarət yığmamızın formasını Amil Həmzəyev, Cəbrayıl Əkbərov, Ender Poladxanlı və Cordan Devis geyinəcək.
Qadınlardan ibarət komandada isə Tatyana Deniskina, Aleksandra Mollenhauer, Dina Ulyanova və Mersedes Uolker yer alacaq. Avqustun 22-də start götürəcək Avropa kuboku ayın 25-dək davam edəcək.
Qeyd edək ki, turnirin oyunları Avstriyada keçiriləcək.
21-08-2024, 19:20
İrandakı səfirimiz İƏT-in yeni baş katibi ilə görüşdü


İrandakı səfirimiz İƏT-in yeni baş katibi ilə görüşdü

Azərbaycanın İrandakı səfiri və ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatındakı (İƏT) daimi nümayəndəsi Əli Əlizadə Tehranda təşkilatın yeni baş katibi Əsəd Məcid Xan ilə görüşüb.
Bu barədə diplomat “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“İƏT-nin yeni baş katibi Əsəd M. Xan ilə görüşməkdən şadam. Biz İƏT-nin rolunun daha da gücləndirilməsi, eləcə də Azərbaycanla fəal əməkdaşlığın davam etdirilməsi ilə bağlı fikir mübadiləsi apardıq”, - Ə.Əlizadə yazıb.
Səfir həmçinin yeni baş katibə gələcək fəaliyyətində uğurlar arzulayıb.
21-08-2024, 18:56
MİQ üzrə müsahibə mərhələsində 816 nəfər iştirak edib


MİQ üzrə müsahibə mərhələsində 816 nəfər iştirak edib

Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi çərçivəsində avqustun 21-də Azərbaycan dili (rus bölməsi), biologiya, fiziki tərbiyə, ingilis dili, təsviri incəsənət, fizika və coğrafiya fənləri üzrə müsahibələr təşkil edilib. Müsahibələrə 872 nəfər dəvət olunub. Onlardan 816 nəfər müsahibə mərhələsində iştirak edib.
Bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.
Xatırladaq ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.
21-08-2024, 18:25
Ombudsman Almaniya səfirini məlumatlandırdı


Ombudsman Almaniya səfirini məlumatlandırdı

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemanla görüşüb.
Ombudsman Aparatından bildirilib ki, görüş zamanı ombudsman qonağa Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən fəaliyyət barədə geniş məlumat verib.
İnsan hüquqları sahəsində müsbət təcrübələrin öyrənilməsinin əhəmiyyətini vurğulayan S.Əliyeva bununla bağlı xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları, həmçinin bu təsisatları birləşdirən regional, beynəlxalq assosiasiyalar ilə qurulan səmərəli əməkdaşlıq əlaqələrindən danışıb.
Diqqətə çatdırılıb ki, müasir çağırışlar fonunda insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən təsisatlar arasında əməkdaşlıq əlaqələrin güclənməsi hüquq mədəniyyətinin inkişafı ilə yanaşı, dünyada sülhün təmin olunmasında da mühüm rol oynayır.
Eyni zamanda, ombudsman “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklərdən bəhs edib, əlilliyi olan şəxslərin və uşaq hüquqlarının müdafiəsi, ayrı-seçkiliyin qarşısının alınması və digər sahələrdə mandatının genişləndiyini qeyd edib.
Görüş zamanı Müvəkkilin Milli Preventiv Mexanizm mandatı çərçivəsində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə həyata keçirilən başçəkmələr, ombudsmana müraciət üsulları, eləcə də ombudsmanın məhkumların və onların ailə üzvlərinin çağırışları əsasında ölkə Prezidentinə əfv təklifləri ilə müraciət etdiyi diqqətə çatdırılıb.
S.Əliyeva ölkəmizin cari ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcəyini, tədbirin yüksək səviyyədə təşkili istiqamətində hazırlıq işlərinin həyata keçirildiyini bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub və qonağı maraqlandıran suallar cavablandırılıb.
21-08-2024, 18:16
Restoranda dizaynerin boğazı kəsildi


Restoranda dizaynerin boğazı kəsildi

Bakıda restoranda dizaynerin boğazı kəsilib.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, ötən gün Ərzurum restoranında Fuad Əliyev adlı dizaynerin boğazı kəsilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunub. Onların saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
21-08-2024, 17:03
Prezidentdən hərbi çağırışla bağlı sərəncam


Prezidentdən hərbi çağırışla bağlı sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev hərbi xidmətə çağırış və ehtiyata buraxılma haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989–2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2024-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2024-cü il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılırlar.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidir.
20-08-2024, 22:55
Evdən kişi meyiti tapıldı


Evdən kişi meyiti tapıldı

Avqustun 20-də saat 16 radələrində Göyçay rayonunun Qaraməryəm kənd ərazisində hərəkətsiz vəziyyətdə olan avtomobildə üzərində xəsarətlər olan meyit aşkar edilib.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, həmin şəxsin 1987-ci il təvəllüdlü Ramin Malxasov olduğu müəyyən edilib.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırmalar aparılır. Əlavə məlumat veriləcək.
20-08-2024, 22:43
Bulvarda dənizdə batan azyaşlı qız xilas edildi


Bulvarda dənizdə batan azyaşlı qız xilas edildi

Dənizkənarı Milli Park ərazisində batma təhlükəsində olan daha 1 nəfərin həyatı xilas edilib.
Dənizkənarı Bulvar İdarəsinin Mühafizə xidmətinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində dənizdə batma təhlükəsində olan 2008-ci il təvəllüdlü Səlimova Elnurə Elnur qızı xilas edilib və aidiyyəti üzrə təhvil verilib.
20-08-2024, 21:32
Xəzər dənizində zəlzələ


Xəzər dənizində zəlzələ

Lənkəran stansiyasından 78 km şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə AMEA nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 21.03-də baş verən zəlzələnin maqnitudası 3,8, zəlzələ ocağının dərinliyi 38 km olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!