Faciəvi şəkildə ölən azərbaycanlı jurnalist vətəndə dəfn olundu .....                        Bakıda çoxmərtəbəli binada yanğın .....                        Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? .....                        Təxribatçı jurnalist Ermənistana buraxılmadı .....                        Gürcüstanda plastik qab-qacaq qadağan olunur .....                        Ermənistan onu Rusiyaya təhvil verməyəcək .....                        Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi .....                        "ARB TV" fəaliyyətini dayandırır? - RƏSMİ .....                        Paşinyan Ermənistanda 10 yeni məscid tikəcək .....                       
20-08-2024, 21:17
Dənizdən meyit çıxarıldı


Dənizdən meyit çıxarıldı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində dənizdə suyun üzərində bir nəfər kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.
Məlumatla əlaqədar, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
20-08-2024, 20:40
COP29-la bağlı texniki sınaqlara başlandı


COP29-la bağlı texniki sınaqlara başlandı

Cari ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) müxtəlif istiqamətlərdə hazırlıq prosesləri davam edir.
COP29 Azərbaycan Əməliyyat Şirkətindən Modern.az-a verilən məlumata görə, tədbirin UNFCCC-nin protokol və standartlarına uyğun şəkildə təşkili üçün informasiya və kommunikasiya texnologiyaları (İKT) sistemlərinin fasiləsiz və qüsursuz təmin edilməsi məqsədilə texniki sınaq mərhələsinə start verilib.
Texniki Konsepsiyanın Təsdiqi (Proof of Concept – PoC) adlanan bu mərhələ COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC-nin səlahiyyətli nümayəndələrinin iştirakı ilə 19 avqust tarixində tədbir məkanı olan Bakı Stadionunda başlayıb. Sınaqların ilk günü UNFCCC nümayəndələri hazır infrastrukturlarda mövcud sistemlərlə tanış olub, iki mövcud məlumat bazası mərkəzini, eləcə də aqreqasiya və kommunikasiya otaqlarını ziyarət ediblər.
Üç həftə davam edəcək PoC mərhələsi iqlim konfransı zamanı istifadə ediləcək şəbəkə və xidmətlərin təhlükəsizliyi, funksionallığı və effektivliyi müxtəlif sınaqlar vasitəsilə yoxlanışdan keçiriləcək. Bu yoxlamalar İKT və simsiz şəbəkə xidmətlərinin təhlükəsizliyi, akkreditasiya prosesinin simulyasiya sınaqları, eləcə də kibertəhlükəsizlik sınaqları kimi bir sıra mərhələləri əhatə edəcək. Bu yoxlamalar tədbir zamanı baş verə biləcək hər hansı bir problemin qarşısının alınması üçün texniki hazırlıqların təmin edilməsinə imkan yaradaraq mümkün risklərin qiymətləndirilməsinə xidmət edir.
Qeyd edək ki, sentyabrın 8-dək davam edəcək PoC yoxlamalarına həmçinin tədbir məkanında fəaliyyət göstərəcək tərəfdaş və podratçı şirkətlərin müvafiq heyətləri də cəlb olunacaq. PoC sınaq mərhələsinin yekununda COP29 konfransında tətbiq ediləcək İKT infrastrukturunun hazırlıq səviyyəsi qiymətləndirilərək təsdiqlənəcək və sistemlərin tam işlək hala gətirilməsi təmin olunacaq.
20-08-2024, 20:19
Babəkdə "Qaz-53" yandı


Babəkdə "Qaz-53" yandı

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayonunun Şıxmahmud kəndində "Qaz-53" markalı yük avtomobilindəki ot bağlamalarının yanması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal Babək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunublar. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində 6035 kiloqram ot bağlaması və avtomobilin yük hissəsi yanıb, şinləri və digər hissələri, həmçinin vətəndaşa məxsus 1 mərtəbəli fərdi yaşayış evi yanğından mühafizə olunub.
20-08-2024, 20:04
Motosiklet sürücüləri həbs edildi


5]Motosiklet sürücüləri həbs edildi

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüləri həbs olunub.
Bu barədə DİN Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, paytaxt ərazisində motosikletlərin təhlükəli manevrlər etməsini əks etdirən görüntülər araşdırılıb: "Görülən tədbirlərlə həmin motosikletlərin sürücüləri - R.Məmmədzadə və A.Musazadə müəyyən edilərək saxlanılıblar. Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunmaqla aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə onların sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılmaqla R.Məmmədzadə 25, A.Musazadə 15 gün müddətinə inzibati qaydada həbs ediliblər".
20-08-2024, 18:24
Müğənnini təqib edən şəxs saxlanıldı


Müğənnini təqib edən şəxs saxlanıldı

Vətəndaş Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.
Araşdırmanın nəticəsinə əsasən həmin şəxs saxlanılıb. Barəsində protokol tərtib edilib. Baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək.

20-08-2024, 17:36
Bakıda avtomobil işıqfora çırpıldı


Bakıda avtomobil işıqfora çırpıldı

Bu gün günorta saatlarında paytaxtın Binəqədi rayonu, Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, qəza zamanı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə məxsus 1 ədəd yeni quraşdırılmış işıqfor yararsız vəziyyətə düşüb. Mərkəzin əməkdaşları tərəfindən işıqforun bərpa edilməsi işləri görüləcək.
20-08-2024, 17:26
Azərbaycan BRICS-ə qoşulmaq üçün müraciət edib


Azərbaycan BRICS-ə qoşulmaq üçün müraciət edib

Azərbaycan BRICS-ə üzv olmaq üçün rəsmi müraciət edib.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə mətbuata açıqlamasında bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "TASS” agentliyinə müsahibəsində ölkəmizin BRICS-ə qoşulmaq istədiyini bildirib.
"BRICS-ə üzv olmaq istəyənlərin uzun növbəsi var. Azərbaycan doğrudan da belə bir istəyi ifadə edib. Bu barədə rusiyalı həmkarlarımızla danışdıq. Lakin bu da bir prosesdir”, - deyə o bildirib.
BRICS müxtəlif qitələrin dörd dövləti - Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. 2010-cu ildə Cənubi Afrika assosiasiyaya qoşulub, daha dörd ölkə - BƏƏ, İran, Misir və Efiopiya isə bu ilin əvvəlində təşkilata üzvü. Bundan əlavə, dünyanın 20-dən çox ölkəsi assosiasiyaya üzv olmaq üçün müraciət edib.
20-08-2024, 17:10
İmtahanın nəticələri açıqlandı


İmtahanın nəticələri açıqlandı

Peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün iyulun 14-də keçirilmiş imtahanın I mərhələsinin (mühasibat uçotu üzrə) nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, imtahan iştirakçıları DİM-in internet saytında nəticələri ilə tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahan Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS-i almaq istəyən namizədlər üçün keçirilib. İmtahanda 2408 nəfər iştirak edib.
Qeyd edək ki, imtahanda namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Onlardan 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 21 avqust saat 10:00-dan 25 avqust saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Apellyasiya prosesi telefon əlaqəsi vasitəsilə təşkil edilir. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Müvəffəqiyyət şərtləri:
İmtahanın hər bir mərhələsi üzrə test tapşırıqları 100 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanın birinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir. İmtahanın ikinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli test tapşırıqlarının hər biri 10 balla qiymətləndirilir.

I. Aşağıdakı sertifikat növlərini əldə etmək üçün imtahanın birinci və ikinci mərhələsindən ayrı-ayrılıqda 50 və ya daha çox bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər.

1. Kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə hesabatlarının beynəlxalq standartları üzrə PMS;

2. Maliyyə hesabatlarının beynəlxalq standartları üzrə PMS;

3. İctimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartları üzrə – II səviyyə PMS.

II. İmtahanın birinci mərhələsindən 35-dən 50-dək və imtahanın ikinci mərhələsindən 35 və ya daha çox bal toplamış namizədlər və imtahanın birinci mərhələsindən 35 və ya daha çox və imtahanın ikinci mərhələsindən 35-dən 50-dək bal toplamış namizədlər İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə peşəkar mühasib sertifikatı əldə etmək üçün imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər.
20-08-2024, 16:22
Prezidentdən Rəşad Məcidlə bağlı sərəncam


Prezidentdən Rəşad Məcidlə bağlı sərəncam

Rəşad Museyib oğlu Məcidov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, R.Məcidov Azərbaycanda media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə adıçəkilən ordenlə təltif olunub.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid sabah 60 yaşını qeyd edir.
20-08-2024, 16:13
Avtovağzalda parkinq xidmətinin ilk 15 dəqiqəsi pulsuz deyil? – Rəsmi


Avtovağzalda parkinq xidmətinin ilk 15 dəqiqəsi pulsuz deyil? – Rəsmi

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin təqdim etdiyi parkinq xidməti ilə bağlı narazılıq bildirilib.
Avtovağzalın parkinq ərazisində 1 dəqiqə qalmaqla 2 saat qalmaq arasında heç bir fərq yoxdur, hər ikisi üçün qiymət 1 manat təşkil edir.
“Parkinqə daxil olanda kart verilir və çıxış edəndə həmin kartla ödəniş həyata keçirilir. Parkinqin qiyməti 0-2 saat üçün 1 manat təşkil edir. Ancaq avtovağzal ərazisində 5 dəqiqə qaldım və çıxanda yenə 1 manat ödədim. Dəmiryolunda və hava limanında belə deyil, ilk 15 dəqiqə pulsuzdur. Burada da belə olsa, yaxşı olar”, - vətəndaş bildirib.
Məsələ ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqə saxladıq.
Qurumun mətbuat katibi Rövşən Əliyev Modern.az-a bildirib ki, Beynəlxalq Avtovağzal Kompleksinin parkinq ərazisində avtomobillərin ilk 15 dəqiqə dayanması ödənişsizdir, vətəndaşlar 15 dəqiqə ərzində sərnişinləri düşürdə və yüklərini boşalda bilərlər. Sözügedən tarif perron və parkinq üçün keçərlidir.
Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində fəaliyyət göstərən avtomobil dayanacağında xidmət müəyyən limit nəzərə alınmaqla ödənişlidir. 0-2 saat üçün ödəniş 1 manat, 2-6 saat üçün 2 manat, 6-12 saat üçün 3 manat, 12-24 saat üçün 4 manatdır.
Ancaq Avtovağzal Kompleksinin qovşaq ərazisində dayanacaq avtomobilin həmin ərazidə neçə dəqiqə qalmasından asılı olmayaraq ödənişlidir.
“Qovşaq ərazidə dayanacaq ödənişli olmaqla şəhərdaxili, şəhərlərarası avtobuslar və qanuni taksi fəaliyyəti ilə məşğul olanlar üçün nəzərdə tutulub”, - qurumdan bildirilib. Burada da parkinq tarifləri eynidir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!