Faciəvi şəkildə ölən azərbaycanlı jurnalist vətəndə dəfn olundu .....                        Bakıda çoxmərtəbəli binada yanğın .....                        Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? .....                        Təxribatçı jurnalist Ermənistana buraxılmadı .....                        Gürcüstanda plastik qab-qacaq qadağan olunur .....                        Ermənistan onu Rusiyaya təhvil verməyəcək .....                        Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi .....                        "ARB TV" fəaliyyətini dayandırır? - RƏSMİ .....                        Paşinyan Ermənistanda 10 yeni məscid tikəcək .....                       
14-08-2024, 16:00
Qəbulun nəticələri açıqlandı


Qəbulun nəticələri açıqlandı

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 2024/2025-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.
Namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 599 namizəddən (hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) 564 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.
Qəbul olunanların siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu “Rezidentura” jurnalının 4-cü nömrəsini avqustun 15-i günün ikinci yarısından etibarən abiturient.az saytından “PDF” formatda əldə etmək mümkün olacaq.
Rezidenturaya qəbul olunanlar 20 - 26 avqust (saat 18:00-dək) tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.
Rezidenturaya qəbul olunanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək və onlar qəbul olunanlar siyahısından çıxarılacaqdır. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmayacaqlar.
Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər də göstərilən müddətdə portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumat Naxçıvan Dövlət Universitetinin rəsmi internet saytında veriləcək.
14-08-2024, 15:21
“Fəxr edirəm ki, Olimpiya çempionu oldum” - Hidayət Heydərov


“Fəxr edirəm ki, Olimpiya çempionu oldum” - Hidayət Heydərov

Xəbər verdiyimiz kimi, Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib.
Görüşdə Olimpiadanın qızıl medalçısı Hidayət Heydərov çıxış edib:
“Cənab Prezident, bu gün bizi buraya dəvət etdiyiniz üçün çox sağ olun. Mən çox xoşbəxtəm ki, dünya çempionu olanda Siz məni təbrik etdiniz, mənə dəstək oldunuz. Olimpiya çempionluğunda ilk olaraq Siz mənə zəng edib təbrik etdiniz. Düzdür, özü burada olmasa da, mən bizim Olimpiya çempionumuz Elnur Məmmədliyə “Çox sağ ol” demək istəyirəm. Biz bir-birimizə söz vermişdik ki, Avropa, dünya və Olimpiya çempionu olacağıq və olduq. İnşallah, bundan sonra da Los-Anceles Olimpiadasına birlikdə hazırlaşıb orada da öz qələbəmi göstərəcəyəm. Mən fəxr edirəm ki, Fransanın Paris şəhərində Olimpiya çempionu oldum, bizim Bayrağımız qalxdı və Himnimiz səsləndirildi. Mən bununla çox fəxr edirəm, çox sağ olun, minnətdaram Sizə”.
14-08-2024, 00:30
"Qarabağ"dan möhtəşəm qələbə - Rəqib darmadağın edildi


"Qarabağ"dan möhtəşəm qələbə - Rəqib darmadağın edildi

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında oyun başa çatıb.
Görüş Ağdam təmsilçisinin 7:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamızın heyətində qolları Olavio Juninyo, Yassin Benzia (2 qol), Toral Bayramov, Redon Cica və Patrik Andrade (2 qol) vurublar.
Bununla da təmsilçimiz adını UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yazdırıb.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo”(Zaqreb) komandası ilə üz-üzə gələcək.
13-08-2024, 22:10
Dələduzluqda şübhəli bilinən sayt rəhbəri tutuldu


Dələduzluqda şübhəli bilinən sayt rəhbəri tutuldu

Bakıda polis əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə etməklə dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, "Az24saat.org" xəbər portalının təsisçisi Vüqar Qurdqanlı ayrı-ayrı vətəndaşlara müxtəlif vədlər verərək onların etibarından sui-istifadə etməklə yüz min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.
Faktlarla bağlı onun barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
13-08-2024, 21:08
Müdafiə nazirinin müavini Haluk Görgünlə görüşdü


Müdafiə nazirinin müavini Haluk Görgünlə görüşdü

Azərbaycanın müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov ölkəmizdə səfərdə olan Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Türkiyəli qonaqları salamlayan Baş direktor onları ölkəmizdə görməkdən məmnun olduğunu qeyd edib, bu cür görüşlərin qardaş ölkə ilə birgə əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb.
H.Görgün isə öz növbəsində göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən birgə istehsalat layihələrinin ordularımızın müdafiə qüdrətinin artırılması baxımından faydalı olacağını əminliklə qeyd edib.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və bu ölkənin aparıcı hərbi sənaye şirkətlərinin rəhbər heyətinin də iştirak etdiyi görüşdə, həmçinin ölkələr arasında hərbi, hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perpektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Türkiyə nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə ilə görüşüb. Qonaqlara Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsinin yaranma tarixi, icra olunan fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.
13-08-2024, 20:16
İran Azərbaycanla sərhəddə təlimə başlayır


İran Azərbaycanla sərhəddə təlimə başlayır

İranın Hərbi Dəniz Qüvvələri ölkənin şimalında, Xəzər dənizində hərbi təlim keçirir.
Bu barədə Mehr agentliyi məlumat yayıb.
Bildirilib ki, bu axşam Astarada hərbi dəniz bazası ərazisində İran İslam Respublikası Ordusunun dəniz müdafiə təlimi keçiriləcək.
“Təlimlə bağlı Astara şəhərinin bəzi yerlərində partlayış səsləri eşidiləcək, əhali üçün narahatlığa heç bir əsas yoxdur”.
13-08-2024, 20:03
Küçədə iti baltalayan şəxs tutuldu


Küçədə iti baltalayan şəxs tutuldu

Heyvanla rəhmsiz davranan şəxsin əməlləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis tərəfindən araşdırılıb.
Paytaxtın Binəqədi rayonunda əməli törədən, əvvəllər iki dəfə məhkum edilmiş, 1982-ci il təvəllüdlü X.Muradov saxlanılaraq polis idarəsinə gətirilib.
Onun əməlinə hüquqi qiymət verilməsi üçün qanunvericiliyə uyğun tədbir görülür.
Qeyd edək ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Dsk yolu” adlanan ərazidə bir nəfərin balta ilə itə ağır zərbələr endirməsi barədə görüntülər yayılıb.
13-08-2024, 19:32
Azərbaycan və Türkiyə arasında müzakirələr


Azərbaycan və Türkiyə arasında müzakirələr

Azərbaycan və Türkiyə arasında İKT, kosmik sənaye, süni zəka və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir vurğulayıb ki, bu gün ölkədə səfərdə olan Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüş keçirilib:
“Görüşdə Azərbaycanda qeyd edilən sahələrdə təlim proqramlarının həyata keçirilməsini və iki ölkə mütəxəssislərinin təcrübə mübadiləsinin təşkili istiqamətində tədbirlərin görülməsini qərarlaşdırdıq”.
13-08-2024, 15:40
Nazirlikdəki yeyintiyə görə daha bir zabit həbs edildi


Nazirlikdəki yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda yeyintiyə görə daha bir zabit həbs edilib
MN-in N saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra edən Namiq Mirzəyev barəsində Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Belə ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri zamanı Namiq Mirzəyevin Müdafiə Nazirliyində məlum maliyyə araşdırmaları və həbslərdən sonra da 2023-2024-cü illərdə eyni üsullarla xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsəmə əməllərini davam etdirdiyi məlum olub.
Qeyd edək ki, N.Mirzəyev bir müddət əvvəl Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda mənimsəməyə görə həbs edilmiş Maliyyə-Büdcə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov və digərlərinin barəsində olan cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə vermişdi.
Hazırda DTX-də istintaqı aparılan cinayət işi üzrə Namiq Mirzəyev Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur.
13-08-2024, 15:05
Qaşım və Alfonsoya 300 min manat veriləcək


Qaşım və Alfonsoya 300 min manat veriləcək

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan idmançıları mükafatlandırıb. Sərəncama əsasən, Olimpiadada birinci yeri tutan idmançılar 400 min manat, ikinci yeri tutan idmançılar 200 min manat, üçüncü yeri tutan idmançılar isə 100 min manat mükafat alacaq.
Milli Olimpiya Komitəsi də uğur qazanan idmançılara mükafat ayırıb. Belə ki, qızıl medalçılar 200 min, gümüş medalçılar 100 min, bürünc medalçılar isə 50 min manat əldə edəcək.
Taekvondoçu Qaşım Maqomedova və boksçu Alfonso Domingezə 300 min (200 min manat Azərbaycan Prezidenti, 100 min manat isə Milli Olimpiya Komitəsinin Prezidenti tərəfindən) manat veriləcək. Onların məşqçilərinə isə 150 min manat veriləcək.
Qaşım Maqomedov və Alfonso Domingez, həmçinin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!