Faciəvi şəkildə ölən azərbaycanlı jurnalist vətəndə dəfn olundu .....                        Bakıda çoxmərtəbəli binada yanğın .....                        Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? .....                        Təxribatçı jurnalist Ermənistana buraxılmadı .....                        Gürcüstanda plastik qab-qacaq qadağan olunur .....                        Ermənistan onu Rusiyaya təhvil verməyəcək .....                        KTMT-nin baş katibi “qara siyahı”ya salındı .....                        Beydulla Manafov Baş Prokurorluğa çağırıldı .....                        Yunanıstandan Türkiyəyə hörmətsizlik .....                       
28-07-2024, 19:17
"Əlimizdə olan heyətlə hər oyuna hazırlıqlı olmalıyıq"


"Əlimizdə olan heyətlə hər oyuna hazırlıqlı olmalıyıq"

Bu qarşılaşma bizim üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Oyuna pis hazırlaşmamışıq.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubuna qarşı keçirəcəkləri cavab matçından öncə təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis çox yaxşı müdafiə olunmağı bacaran komandaya qarşı mübarizə aparacaqlarını bildirib: “Doğma meydanda ilk oyunumuzu keçirəcəyik. İlk görüşdə qələbə qazandıq. Bu bizim üçün olduqca vacib oyundur. Qalib gəlsək, UEFA Konfrans Liqasının qrup mərhələsini özümüz üçün təmin edəcəyik. Əlimizdə olan heyətlə hər oyuna hazırlıqlı olmalıyıq”.
Baş məşqçi yarımmüdafiə və hücum xəttinə yeni futbolçular transfer etmək istədiklərini söyləyib: “Mövsümün gedişində futbolçularımızın bəziləri zədələnə bilər. Amma hazırda komandamızda zədə ilə bağlı problem yoxdur. Bildiyimiz kimi, sadəcə Musa Qurbanlı əməliyyat olunub. Başqa itkimiz yoxdur”.
O, yeni qapıçı axtarışında olduqlarını da deyib: “Sonuncu dəfə Şahrudin Məhəmmədəliyevi heyətimizə qatdıq. Amma o, hazır vəziyyətdə deyil. Ümid edirəm ki, qısa zamanda hər şey yaxşılaşacaq. Biz daha bir qapıçı transfer etmək niyyətindəyik. Hətta iki gün öncə bir qapıçını heyətimizə qatmaq üzrə idik, lakin müəyyən səbəblərdən alınmadı”.
Q. Qurbanov avrokuboklarda mübarizə aparan digər Azərbaycan təmsilçilərinə də uğur arzulayıb.
Qeyd edək ki, iyulun 30-da komandalar arasında oynanılacaq cavab qarşılaşması Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Matç saat 20:00-da start götürəcək. Cəbəllütariqdə keçirilən ilk görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu cütün qalibi III təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) duelinin güclüsü ilə üz-üzə gələcək.
28-07-2024, 15:37
Dövlət qulluğu imtahanında 22 nəfər uğur qazandı


Dövlət qulluğu imtahanında 22 nəfər uğur qazandı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.
İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahanda 111 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB3 altqrupu üzrə 2 nəfər, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 3 nəfər, AC2 altqrupu üzrə 3 nəfər, AC3 altqrupu üzrə 6 nəfər, AC4 altqrupu üzrə 6 nəfər olmaqla, ümumilikdə 22 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün iyulun 29-dan avqustun 9-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

ali təhsil haqqında sənədin surəti;

əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 29-31 iyul tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.
28-07-2024, 14:59
1000-dən artıq abituriyent imtahan verib


1000-dən artıq abituriyent imtahan verib

İyunun 28-də Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqaməti üzrə ixtisasların harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə test imtahanı keçirilib.
Bu barədə DİM-dən məlumat verilib.
İmtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunub.
İxtisas imtahanlarında uğur qazanan 1133 abituriyent nəzəriyyə fənləri üzrə test imtahanında iştirak etmək hüququ qazanıb. Harmoniya və solfecio fənni üzrə 110, musiqi nəzəriyyəsi və solfecio fənni üzrə 892, həm harmoniya və solfecio, həm də musiqi nəzəriyyəsi və solfecio fənnləri üzrə 131 abituriyentin imtahanda iştirakı nəzərdə tutulurdu.
İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.
28-07-2024, 14:36
Azərbaycana qarşı təxribatla bağlı birgə bəyanat


Azərbaycana qarşı təxribatla bağlı birgə bəyanat

İyulun 26-da Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində Fransanın dövlətə məxsus milli televiziyası olan "France2" telekanalının müxbiri Azərbaycan və Ermənistan idmançılarının paraddan keçidi zamanı ayrı-seçkilik nümayiş etdirərək Azərbaycanı Ermənistanla toqquşmalarda ittiham edib.
Eyni zamanda Ermənistanı Fransanın dostu adlandırıb və qeyd edib ki, bu il erməni xalqı üçün “Dağlıq Qarabağ”ın Azərbaycan ordusu tərəfindən süqutu kimi yadda qalıb.
Bu, faktiki olaraq Olimpiya Xartiyasının Əsas Prinsiplərinin pozulmasıdır. Həmin prinsiplər son illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının bir neçə qətnaməsi ilə, o cümlədən açıq şəkildə “Olimpiya Xartiyasının əsas prinsiplərinin etirafı” (A/RES/78/10) ilə tanınıb və dəstəklənib. Xartiyada açıq şəkildə qeyd edilib ki, “BOK-un missiyası olimpizmi bütün dünyada təbliğ etmək, Olimpiya Hərəkatına rəhbərlik etmək, idmana və idmançılara qarşı hər hansı siyasi və ya kommersiya istismarına qarşı çıxmaqdır”.
Baş vermiş halla bağlı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə rəsmi olaraq etiraz məktubu göndərilib. Məktubda qeyd olunub ki, dövlət telekanalının Azərbaycana qarşı bu cür hörmətsiz münasibəti Olimpiya Xartiyasının açıq-aşkar pozulmasıdır. Bu cür təbliğat oyunların ruhuna zidd olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında sülh səylərini pozmağa xidmət edir. Buna görə də BOK-dan Paris-2024 Olimpiadası zamanı idmanın siyasiləşdirilməsinə qarşı qəti mövqe göstərilməsi, açıq bəyanat verməklə Fransa Hökumətinə, Fransa Milli Olimpiya və İdman Komitəsinə, eləcə də adıçəkilən telekanala etiraz bildirilməsi xahiş edilib.
28-07-2024, 13:36
Bir universitetin iki tələbəsi vəfat etdi


Bir universitetin iki tələbəsi vəfat etdi

Xəzər Universitetinin 2 tələbəsi dünyasını dəyişib.
Bu barədə "Azərbaycan Universitetləri" məlumat yayıb.
Məlumata görə, Zəhra Hacıyeva uzun sürən ağır xəstəlikdən sonra, Zaur Abbasov isə qəfil ürəktutmasından bu gün vəfat edib.
Allah rəhmət eləsin!
28-07-2024, 13:10
Sabahın hava proqnozu - Yağış, külək


Sabahın hava proqnozu - Yağış, külək

Sabah, iyulun 29-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-23° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman.
Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.
28-07-2024, 12:32
Azərbaycanda on çaydan sel keçdi


Azərbaycanda on çaydan sel keçdi

İyulun 28-i saat 11:30-a olan məlumata əsasən bölgələrdə qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlərdə leysan xarakterli güclü yağış yağır.
Bu barədə ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, yağan leysan xarakterli yağışlar nəticəsində isə Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan, Şəki rayonu ərazisindən axan Kişçaydan, Zaqatala rayonu ərazisindən axan Talaçaydan, Qax rayonu ərazisindən axan Kürmükçaydan, Quba rayonu ərazisindən axan Xınalıqçaydan, Samux rayonu ərazisindən axan Qabırrıçaydan, Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan, Gəncəçaydan, Astara rayonu ərazisindən axan Təngərüdçaydan, Tovuz rayonu ərazisindən axan Zəyəmçaydan sel keçib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 27, Aran rayonlarında 28, dağlıq rayonlarda isə 16 dərəcəyədək isti qeydə alınıb.
28-07-2024, 10:15
Fəzail Ağamalının qızının deputatlığa namizədliyi təsdiqləndi - FOTO


Fəzail Ağamalının qızının deputatlığa namizədliyi təsdiqləndi - FOTO

Növbədənkənar parlament seçkilərində namizəd olmaq üçün müraciət edənlərdən daha biri təsdiqlənib.
Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya Məsələləri üzrə müşaviri, deputat Fəzail Ağamalının qızı Günay Ağamalı bu il sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürüb.
“Qarşıdan gələn növbədənkənar Parlament seçkilərində iştrak etmək üçün 65 saylı Salyan-Biləsuvar-Neftçala Dairə Seçki Komissiyası tərəfindən rəsmi şəkildə qeydiyyata alındım. Öz imzaları ilə mənə etimad göstərib, belə bir şansı verən dəyərli seçicilərimə dərin təşəkkürümü bildirirəm”, - Günay Ağamalı bildirib.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsi səsvermə gününə ən çox 50, ən azı isə 30 günə qalmışa qədər 18:00-dək davam edəcək.

27-07-2024, 21:42
Millimiz Avropa çempionatının finalında


Millimiz Avropa çempionatının finalında

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştina şəhərində keçirilən Avropa çempionatının C divizionunun finalına vəsiqə qazanıb.
Yarımfinalda Kiprlə üz-üzə gələn yığmamız rəqibinə 66:49 hesabı ilə qalib gələrək həlledici mərhələyə yüksəlib.
Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (26 xal, 4 ribaund) olub.
Azərbaycan seçməsinin iyulun 28-də baş tutacaq final oyunundakı rəqibi Kosovo-Albaniya görüşünün qalibi olacaq.
27-07-2024, 16:26
Paris Olimpiadasında Azərbaycana qarşı təxribat


Paris Olimpiadasında Azərbaycana qarşı təxribat

Ötən gecə Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarının açılış mərasimi Azərbaycana qarşı təxribatla yadda qalıb.
Təxribata səbəb "France 2" telekanalının aparıcısı Loran Delausun olimpiya komandalarının paradının keçidi zamanı səsləndirdiyi fikirlər olub.
Şərhçinin Sena boyunca bərələrlə üzən komandaların paradı zamanı dediyi sözlər Azərbaycan tərəfində etiraz doğurub.
Belə ki, Ermənistan komandası səhnəyə çıxanda fransız aparıcı deyib:
“Və təbii ki, bizim dostlarımız ermənilərdir. Ermənistan tarixən fransızların qəlbinə yaxın bir ölkədir. Ötən il Ermənistan üçün matəm ili olub və Qarabağın Azərbaycan ordusunun əlinə keçməsi və itirlməsilə nəticələnib”.
“Fransa-2” telekanalının bu təxribatından sonra Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Olimpiya Komitəsinə şikayət edəcəyi gözlənilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!