Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılmışdır - Ərdoğan .....                        Azad edilmiş ərazilərdə yenidənqurmanın inanılmaz sürəti tam fenomenal xarakter daşıyır .....                        İnsansız Sistem Qoşunlarının heyəti hərbi paradda .....                        Türkiyə və Pakistan hərbçiləri Bakıda Hərbi paradda keçid etdi .....                        Ərdoğan paradda Məmməd Arazın şeirini səsləndirdi .....                        Qarabağın azad edilməsi Türk dünyası üçün də böyük qürur mənbəyidir - Ərdoğan .....                        Bu gün burada böyük vətənpərvərlik eşqi ilə güclü Azərbaycan xalqını görürəm .....                        İndi təcridxanada Azərbaycan çayı içirlər - İlham Əliyev .....                        Zəfərimiz mübarək olsun - Ərdoğan .....                       
22-09-2025, 21:27
Qaraxanbəyli kəndinin layihəsi: detallar açıqlandı


Qaraxanbəyli kəndinin layihəsi: detallar açıqlandı

Füzulidə salınacaq Qaraxanbəyli kəndinin layihəsinin detalları açıqlanıb.
Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev X hesabında paylaşım edib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin təməlini qoyduğu Füzuli rayonunun Qaraxanbəyli kəndi 6 000 nəfərə yaxın əhaliyə hesablanıb.
Anar Quliyev qeyd edib ki, gələn il yekunlaşdırılması nəzərdə tutulan 1-ci mərhələdə 87 hektar ərazidə 404 ailənin (1861 nəfərin) köçürülməsi məqsədilə 81 iki, 202 üç, 101 dörd, 20 beşotaqlı olmaqla ümumilikdə 404 fərdi evin inşası planlaşdırılır:
"Kənddə sosial infrastrukturun, o cümlədən inzibati və xidmət binalarının, məktəbin, uşaq bağçasının, tibb məntəqəsinin inşası, 16 kilometrə yaxın daxili yolların, həmçinin elektrik, qaz və su xətlərinin çəkilməsi planlaşdırılır".
O qeyd edib ki, 2027–2030-cu illəri əhatə edəcək 2-ci mərhələ 230 hektara yaxın ərazidə icra olunacaq. Bu mərhələdə 1075 ailənin (4093 nəfərin) köçürülməsi məqəsdilə 771 fərdi evin (iki, üç, dörd və beşotaqlı) və iki-üçmərtəbəli yaşayış binalarının inşası nəzərdə tutulur. Əhalinin və evlərin sayı kəndin 20 illik perspektiv inkişafı nəzərə alınmaqla müəyyən edilib.
22-09-2025, 21:15
Ərdoğan-Tramp görüşü: Rusiya və Çin diqqətlə izləyir


Ərdoğan-Tramp görüşü: Rusiya və Çin diqqətlə izləyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün ABŞ-yə səfər edib. Prezidentin Nyu-Yorkdakı proqramına Türk Evində bir sıra ikitərəfli görüşlər daxildir. Daha sonra o, Vaşinqtona gedəcək və ABŞ Prezidenti Donald Trampla görüşəcək.
Bu görüşün Ankara–Vaşinqton münasibətlərinə və Türkiyənin Rusiya və Çinlə əlaqələrinə necə təsir göstərəcəyi diqqət mərkəzindədir.
Türkiyədən olan təhlükəsizlik eksperti Yücel Karauz açıqlamasında bildirib ki, Türkiyə-ABŞ münasibətləri bir görüşlə tam dəyişəcək mövzular deyil:
“Türkiyənin Çin və Rusiya ilə dialoqu, ŞƏT və BRİCS-lə əlaqələri bir görüşlə formasını dəyişməz. Dövlət Baxçalının irəli sürdüyü ideya da bununla bağlıdır. Türkiyə yalnız bir beynəlxalq güc mərkəzi ilə deyil, bir neçə güc mərkəzi ilə işləməlidir və heç bir güc bizə diktə edə bilməz. Tramp dövründə həm ikitərəfli, həm də NATO çərçivəsində əməkdaşlıq üçün yeni fürsətlər var. Telefon danışıqları artıq olub, indi görüşlə bu dialoq davam etdiriləcək”.
Ekspert həmçinin qeyd edib ki, ABŞ ilə danışıqlarda əsas gündəm iqtisadiyyat və müdafiə sənayesi məsələləridir:
“Tramp tacirdir, mesajlarında həmişə iqtisadiyyatı və ticarəti ön plana çıxarır. Ərdoğan da ABŞ-yə səfəri ərəfəsində həm iqtisadi, həm də regional məsələləri qabardıb. Türkiyənin öz hərbi hava gücünü bərpa etməsi üçün F-16 Blok 70/72-lərin verilməsi, daha əvvəl pulunu ödədiyi F-35-lərin qaytarılması, S-400-lərə görə tətbiq olunan sanksiyaların ləğvi kimi mövzular masadadır. Bundan əlavə, Türk Hava Yolları ilə Boeing arasında yeni mülki təyyarə razılaşması da gözlənilir.”
Rusiya və Çinlə münasibətlərdə kəskin dönüş yoxdur
Karauz hesab edir ki, bu görüşdən sonra Ankaranın Rusiya və Çin siyasətində ciddi dəyişiklik olmayacaq:
“Türkiyənin Suriya və İraqdakı terror təşkilatlarına qarşı mövqeyi də qısamüddətli perspektivdə dəyişməyəcək. Əsas məsələ dialoqu davam etdirməkdir. Ərdoğan və Tramp problemləri birbaşa müzakirə edə bilirlər, bu da artıq müsbət başlanğıcdır. Yaxın vaxtlarda müsbət irəliləyişlər görə bilərik.”
Ekspert əlavə edib ki, Türkiyə hələ də NATO-nun 32 üzvündən biridir və Qərblə uzunmüddətli əməkdaşlıq ənənəsi mövcuddur, buna görə xarici siyasətdə kəskin dönüş gözlənilmir.
22-09-2025, 20:42
Paşinyan və Mirzoyan Bakıda dindirilsin!


Paşinyan və Mirzoyan Bakıda dindirilsin!

Sentyabrın 22-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində təqsirləndirilən şəxslər vəsatətlərlə çıxış ediblər.
Təqsirləndirilən David Manukyan söz alaraq Ermənistan Respublikasının vətəndaşı Nikol Vova oğlu Paşinyanın (Baş nazir Nikol Paşinyan nəzərdə tutulur – red.) şahid qismində çağırılmasını, yaxud videokonfrans vasitəsilə məhkəmə prosesinə qoşulmasını məhkəmədən xahiş edib.
Təqsirləndirilən şəxs David Babayan “ATƏT-in Minsk qrupunun həmsədrləri”nin, xüsusilə də səfir Anjey Kaspşikin, habelə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın məhkəməyə şahid qismində cəlb olunmasını hakimdən xahiş edib.
“O adamlar bizi tanıyırlar və birbaşa əlaqədə olmuşuq. Onlar çox yaxşı şahid olarlar”, - deyə o əlavə edib.
Təqsirləndirilən şəxs Davit İşxanyan vaxtilə Azərbaycan ərazilərində olmuş Rusiya sülhməramlılarının 6 generalının - general Muradov, general Kosabokov, general Anaşkin, general Volkov, general Lentsov və general Kulakovu burada şahid qismində cəlb olunmasını məhkəmədən xahiş edib.
“Mənim onlara bir sıra suallarım var. Onlar burada olan 15 nəfərlə birbaşa və yaxud bilavasitə əlaqədə olublar. Yenidən təkrar edirəm: birbaşa və yaxud bilavasitə. Düşünürəm ki, məhkəmənin də onlara sualları olar. Əgər alınmasa belə, onların burada iştirakını videobağlantı vasitəsilə təmin edəsiniz”, - deyə o əlavə edib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək qeyd edib ki, hazırkı mərhələdə ittiham tərəfinin təqdim etdiyi sənədlər tədqiq olunur.
Bundan başqa, adları qeyd olunan şəxslərlə bağlı isə qeyd edib ki, məhkəməyə dəvət olunması xahiş edilən həmin şəxslərin təqsirləndirilən şəxslərə verilmiş və hazırda məhkəmədə baxılan ittihamlarla əlaqəsi yoxdur.
Odur ki, onların məhkəmədə şahid qismində və ümumiyyətlə hər hansı bir digər şəxs qismində dindirilməsinə zərurətin olmaması vurğulanıb.
Qeyd olunanlara əsasən dövlət ittihamını müdafiə edən prokuror vəsatətin təmin olunmamasını məhkəmədən xahiş edib.
Məhkəmə iclasına sədrlik edən tərəfləri dinləyərək verilmiş vəsatətin rədd olunması haqqında qərar qəbul edib.
Qərarı əsaslandıran zaman sədrlik edən qeyd edib ki, müdafiə tərəfi vəsatətdə hansı halların araşdırılması, bu halların ittihamla bağlılığı və s. əhəmiyyət kəsb edən halları göstərməyib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
22-09-2025, 20:28
Bakının məşhur bazarında söküntü işləri başladı - GÖRÜNTÜLƏR


Bakının məşhur bazarında söküntü işləri başladı - GÖRÜNTÜLƏR

Bakının Dərnəgül Tikinti Bazarında söküntü işlərinə başlanılıb.
Görüntülər AzTV-də yayımlanıb.
Qeyd edək ki, Baş nazir Əli Əsədov Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupun yaradılması barədə sərəncam imzalayıb.
Eyni zamanda ilkin olaraq Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulmasının həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etmək də İşçi qrupuna həvalə edilib. Dərnəgül bazarının da məhz bu proses çərçivəsində söküləcəyi bildirilib.
Həmin görüntüləri təqdim edirik:

22-09-2025, 19:30
Ceyhun Bayramov Kallasla bir arada


Ceyhun Bayramov Kallasla bir arada

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun
Bayramov Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb.
Bu barədə Ceyhun Bayramov "X" hesabında bildirib.
Görüş Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində baş tutub.
Müzakirələr zamanı tərəflər Azərbaycan və Aİ arasında münasibətlərin hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparıb və onun gələcək inkişaf imkanlarını nəzərdən keçiriblər.
Mövzular arasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsi, enerji, nəqliyyat, davamlı inkişaf və humanitar təşəbbüslər kimi əsas sahələrdə birgə səylərin artırılması yer alıb.
Tərəflər həmçinin regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini müzakirə ediblər.
22-09-2025, 19:17
Azərbaycan regiona 144 milyard dollar xarici sərmayə cəlb edib


Azərbaycan regiona 144 milyard dollar xarici sərmayə cəlb edib

Energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Rəqabətqabiliyyətlilik və Dayanıqlılıq: Mərkəzi Asiya və Cənubi Qafqazın Yaşıl Keçiddə Rolu” adlı panel sessiyada çıxış edib.
Mərkəzi Asiya və Cənubi Qafqaz regionları arasında əlaqələrin güclənməsində Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Qafqaza sülh və sabitlik gətirən, Zəngəzur dəhlizinin reallaşması ilə Orta Dəhlizin əhəmiyyətini artıran və Mərkəzi Asiya dövlətləri ilə strateji tərəfdaşlığı gücləndirən uzaqgörən siyasətinin mühüm rolu qeyd olunub. Həmçinin bildirilib ki, Azərbaycan indiyədək təxminən 144 milyard dollar xarici sərmayə cəlb edərək regionda Xəzər dənizini beynəlxalq investorlar üçün açıq elan edən, Xəzərdən Aralıq dənizinə, Qara dənizə və Adriatik dənizə enerji dəhlizləri yaradan ilk ölkə kimi bu prosesə mühüm töhfə verib.
“Bakı-Tbilisi-Ceyhan kəməri indiyə kimi Azərbaycandan 540 milyon ton, Mərkəzi Asiyadan isə 53 milyon ton nefti dünya bazarlarına nəql edib. Hazırda Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq “Trans-Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə birgə fəaliyyətlə yeni dinamika qazanıb. Bu istiqamətdə ötən il COP zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri tərəfindən imzalanan üç ölkə arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Hökumətlərarası Sazişin və Səudiyyə Ərəbistanının “Mərkəzi Asiya - Azərbaycan Yaşıl Enerji Dəhlizi”ndə investor kimi iştirakını təmin edən İcra Proqramından bəhs edilib. Layihə üzrə qərargahı Bakıda olmaqla “Yaşıl Dəhliz Alyansı” adlı Birgə Müəssisə təsis edildiyi və gələn ay layihənin texniki-iqtisadi əsaslandırmasını (TİƏ) həyata keçirəcək məsləhətçi şirkətin seçilməsi üçün tender keçiriləcəyi diqqətə çatdırılıb. Qeyd olunub ki, ilin sonunadək Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının maliyyə dəstəyi ilə TİƏ-nin hazırlanmasına başlanması planlaşdırılır”, - deyə nazir vurğulayıb.
Nazir əlavə edib ki, “Trans-Xəzər Yaşıl Enerji Dəhlizi” digər interkonnektorlarla birlikdə enerji və ekoloji təhlükəsizliklə yanaşı, rəqəmsal və nəqliyyat bağlantılarını da gücləndirərək Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının geostrateji əhəmiyyətini daha da artıracaq.
22-09-2025, 18:18
III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO


III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO

Sentyabrın 21-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti" mövzusunda III Bakı Təhlükəsizlik Forumu keçirilib.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.
Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forumun iştirakçılarına müraciəti oxunmuş, ardınca konfransın mövzusu ilə bağlı videomaterial nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan və ənənəvi olaraq hər il təşkil edilən forumun iştirakçılarını növbəti dəfə Bakı şəhərində salamlamaqdan məmnun olduğunu bildirib, dünyanın müxtəlif bölgələrindən olan ölkələrin təhlükəsizlik orqanlarını dəyirmi masa ətrafında birləşdirən və iştirakçı dövlətlərin sayının ildən-ilə artması ilə müşayiət olunan bu tədbirin beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi, məlumat və qarşılıqlı fikir mübadilələrinin aparılması, qlobal təhlükəsizliyə yönələn müasir çağırışlarla mübarizədə səylərin birləşdirilməsi baxımından önəmli platformaya çevrildiyini vurğulayıb, forumun keçirilməsində göstərdiyi hərtərəfli dəstəyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə edib.
Xidmət rəisi beynəlxalq təhlükəsizlik sisteminə təhdidlər sırasında yer alan terror hücumlarının, silahlı münaqişələrin, texnogen qəzaların və ekoloji fəlakətlərin qarşısının alınmasında xüsusi xidmət orqanlarının vacib rol oynadığını, sadalanan mənfi təzahürlərin nəticəsində yaranan humanitar böhranlar zamanı kompleks yanaşmanın sərgilənməsinin, ölkələrin təhlükəsizlik qurumlarının və aidiyyəti təsisatlarının koordinasiyalı fəaliyyət göstərməsinin zəruriliyini diqqətə çatdırıb.
Daha sonra tədbir müvafiq ölkələrin xüsusi xidmət orqanlarının nümayəndələrinin çıxışları ilə davam edib, budəfəki Bakı Təhlükəsizlik Forumunun da beynəlxalq və regional təhlükəsizliyin təminatı üçün birgə səylərin səfərbər olunmasına, xüsusi xidmət orqanları arasında əməliyyat diplomatiyasının, qarşılıqlı fəaliyyətin, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına mühüm töhfələr verəcəyinə əminlik ifadə olunub.
Tədbir nümayəndə heyətlərinin rəhbərləri tərəfindən Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi və Əsasnaməsinin qəbul edilməsi ilə başa çatıb.


22-09-2025, 18:01
Türkiyədən ABŞ-a böyük JEST


Türkiyədən ABŞ-a böyük JEST

Türkiyə hökuməti ABŞ-dan idxal edilən bəzi məhsullar üçün 2018-ci ildən qüvvədə olan əlavə rüsumları ləğv edib.
Prezident Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı sentyabrın 22-də Türkiyə hökumətinin rəsmi qəzeti olan «Resmi Gazete”də dərc olunub.
Qərar Amerika istehsalı olan spirtli içkilər, avtomobillər, kosmetika və yarpaqlı tütün məhsullarına da şamil edilir.
Türkiyənin Ticarət Nazirliyi ABŞ mallarına tətbiq edilən əlavə rüsumların ləğvi qərarının Türkiyə-ABŞ danışıqlarının müsbət nəticəsi olduğunu bildirib.
Ankara 2018-ci ildə ABŞ hökumətinin Türkiyənin polad və alüminiumuna tarifləri artırmasına cavab olaraq qarşı tərəfdən malların idxalına əlavə rüsumlar tətbiq etmək qərarına gəlmişdi.
Türkiyə hökuməti daha əvvəl ABŞ ilə ticarət dövriyyəsini ildə 100 milyard dollara çatdırmaq öhdəliyini vurğulamışdı.
22-09-2025, 17:40
Bakı aeroportunda həyəcanlı anlar - Rəsmi açıqlama verildi


Bakı aeroportunda həyəcanlı anlar - Rəsmi açıqlama

Bu gün Ankara-Bakı müntəzəm reysini həyata keçirən Türkiyənin "Ajet" aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunun aidiyyəti qurumlarına göyərtədə həyəcan siqnalı barədə sorğu göndərib.
Məlumata görə, təyyarə yerli vaxtla saat 15:55-da Bakı hava limanına təhlükəsiz eniş edib.
Beynəlxalq təhlükəsizlik protokollarına uyğun prosedurlar dərhal icra olunub. Araşdırma nəticəsində müəyyən olunub ki, siqnal əsassız olub və hər hansı təhlükə qeydə alınmayıb.
"Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi hər zaman prioritetdir. Hadisə aeroportun əməliyyat proseslərinə təsir göstərməyib. Bütün uçuşlar qrafikə uyğun şəkildə davam edir", - deyə məlumatda qeyd olunub.
22-09-2025, 17:30
TƏBİB məktəbdə bıçaqlanan şagirdin son durumunu AÇIQLADI


TƏBİB məktəbdə bıçaqlanan şagirdin son durumunu AÇIQLADI

22.09.2025-ci il saat 11:00 radələrində 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, ona döş qəfəsinin ön səthinin, bel və sağ sağrı nahiyyəsinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları, bədənin çoxsaylı sıyrılmış yaraları diaqnozu təyin olunub.
"Xəsarət alan şəxsin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir",- deyə əlavə edilib.
Qeyd edək ki, Xaçmazda tələbələr arasında yaranan mübahisə nəticəsində rayonun Yalama kənd sakini 2008-ci il təvəllüdlü E.Ş. kesilmiş-deşilmiş yaralar alıb. O, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Tələbəyə qayçı ilə xəsarət yetirildiyi bildirilir. Hadisəni törədən E.M. polis tərəfindən saxlanılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!