Futbol azarkeşlərini daşıyan avtobus yandı .....                        ABŞ Mərkəzi Komandanlığ: F-15 qırıcısı vurulmayıb .....                        Pezeşkian "İranı yox etmək fikri sadəcə boş xəyaldır" .....                        İstanbulda bina çökdü - Ölən var-YENİLƏNİB .....                        Bakı sakini Kürdəmirdə avtomobillə 7 yaşlı uşağı öldürdü .....                        Kansler Trampla nə danışdı? .....                        Neftin qiyməti uzun müddət yüksək qalacaq - Qalibaf .....                        Qətərdə hərbi helikopter qəzası - 6 nəfərin meyiti tapıldı .....                        İstanbulda bina çökdü .....                       
25-11-2024, 12:14
Qarabağın bərpasına 4 milyard manat ayrılacaq


Qarabağın bərpasına 4 milyard manat ayrılacaq

Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri əsas prioritetlərdəndir.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib.
Onun sözlərinə görə, növbəti ilin dövlət büdcəsi layihəsində Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri üçün 4 milyard manat vəsait nəzərdə tutulub: “Bu vəsait orta müddətli dövrdə iqtisadi artıma, qeyri-neft iqtisadiyyatının inkişafına və məşğulluğa töhfə verəcək. Xüsusi olaraq vurğulamaq lazımdır ki, gələn ilin dövlət büdcəsi artım dinamikasına malik olan büdcədir”.
25-11-2024, 12:03
Azərbaycan-İran birgə hərbi təlimindən görüntülər


Azərbaycan-İran birgə hərbi təlimindən görüntülər

İran İslam Respublikasının Ərdəbil vilayətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Kopusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə "Araz - 2024" birgə taktiki təlimi keçirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimdən əvvəl hər iki ölkənin nümayəndə heyətlərinin yüksək səviyyəli üzvlərinin iştirak etdiyi komanda-qərargah iclasında təlimin mərhələləri və epizodlarının icra olunması üzrə ardıcıllıq müəyyənləşdirilib, təhlükəsizlik qaydaları çatdırılıb.
Daha sonra "Araz - 2024" birgə taktiki təliminin açılış mərasimi keçirilib. Mərasim başa çatdıqdan sonra hərbi qulluqçular təlimin keçiriləcəyi ərazi ilə tanış olublar.




24-11-2024, 22:53
"Beşiktaş" doğma meydanında məğlub oldu


"Beşiktaş" doğma meydanında məğlub oldu

Türkiyə Superliqasında XIII turun növbəti oyunu keçirilib.
“Beşiktaş” doğma meydanda “Göztəpə” ilə qarşılaşıb. Görüş qonaq komandanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 21-ə çatdıran “Göztəpə” 5-ci pilləyə yüksəlib. Eyni xala malik “Beşiktaş” isə 6-cı yerdədir.
24-11-2024, 22:40
Şirvanda 4 nəfəri maşın vurdu


Şirvanda 4 nəfəri maşın vurdu

Şirvan şəhərində avtomobil dörd piyadanı vurub.
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili anidən idarəetməni itirərək yolun kənarında dayanan avtomobillərə çırpılıb, sonra dörd nəfər piyadanı vurub.
Qəza nəticəsində Qaradağ rayon sakini 1989-cu il təvəllüdlü Sadıqov Xətai Elman oğlu, Sabirabad rayon sakini 1993-cü il təvəllüdlü Nəsirov Cavidan Nizami oğlu, Şirvan şəhər sakini 1971-ci il təvəllüdlü Nəzərov Bəxtiyar Əliş oğlu və Hacıqabul rayon sakini 1987-ci il təvəllüdlü İsrafilov Seymur Nüsrətddin oğlu müxtəlif dərəcəli xəsarət alıblar.
Piyadalar müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına çatdırılıblar.
Xəsarət alan piyadalar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
24-11-2024, 21:48
Şair Vidadi Loğmanoğlunun doğum günü qeyd olunub


Şair Vidadi Loğmanoğlunun doğum günü qeyd olunub

“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin nəzdində Yaradılmış Şahmat Klubunda iki kitab müəllifi şair Vidadi Loğmanoğlunun doğum günü qeyd olunub. Hərbi Jurnalistlər Birliyi İdarə Heyətinin üzvü, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı, yazıçı-publisist Elman Rüstəmov şairin şərəfinə süfrə açıb, klub üzvlərini, şahmat həvəskarlarını şairin başına yığaraq onu təbrik edib. Yeni yaradıcılıq uğurları arzulayıb.
Qeyd olunub ki, Vidadi müəllim 23 dekabr 1952-ci ildə Şahbuz rayonunun Kükü kəndində anadan olub. 1979-cu ildə Naxçıvan DPİ-nun dil-ədəbiyyat ixtisasını bitirib."Hələ bu dünyaya sözüm var mənim" və “Məni oxumağa vaxt tapılarmı?” kitablarının müəllifidir.

Şahbaz həkim, Teyyub müəllim, klubumuzun ən gənc oyunçusu Rəsul Dünyamalıyev Vidadi Loğmanoğlunu təbrik edərək ona ən xoş arzularını bildiriblər.
Qısa müddətdə hamının sevimlisinə çevrilən Vidadi Loğmanoğlu ona göstərilən diqqət və ehtiramdan mütəəsir olduğunu və hər kəsə minnətdarlığını bildirib.
“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyi İdarə Heyətinin sədri Tamxil Ziyəddinoğlu Elman Rüstəmova bu nəcib təşəbbüsünə görə təşəkkür edib. Sonda xatirə şəkli çəkdirilib.


Hərbi Jurnalistlər birliyinin mətbuat xidməti

24-11-2024, 20:39
Sürücülərə xəbərdarlıq! - 4 bal, 100 manat cərimə


Sürücülərə xəbərdarlıq! - 4 bal, 100 manat cərimə

Cərimələnməmək üçün bəzi sürücülər qanundan kənar əməllərə əl atırlar.
Onlar dövlət qeydiyyat nişanlarına müdaxilə etməklə cərimələrdən yayınmağa çalışırlar.
Eyni zamanda, digər sürücülərə də təhlükə yaradırlar.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, bu kimi qaydanı pozan sürücülər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7 -ci maddəsinə uyğun olaraq, 4 cərimə balı və 100 manat məbləğində cərimə nəzərdə tutulub.
Ətraflı İTV-nin süjetində:

24-11-2024, 19:06
Naxçıvanda 5 maşın toqquşdu - Hadisə yerindən FOTOLAR


Naxçıvanda 5 maşın toqquşdu - Hadisə yerindən FOTOLAR

Naxçıvan şəhərində zəncirvari qəza olub.
Hadisə şəhərin İstiqlal küçəsində qeydə alınıb. Qəza zamanı “BMW”, “Mercedes”, KIA və 2 “Hyundai” markalı avtomobil toqquşub. Zəncirvari qəzada Naxçıvan şəhərinin Tumbul kənd sakini, 2008-ci il təvəllüdlü Abdullayeva Çinarə Elçin qızı xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır.


24-11-2024, 18:09
Yenidən dünya çempionu oldu


Yenidən dünya çempionu oldu

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen ardıcıl 4-cü dəfə "Formula 1" üzrə dünya çempionu olub.
Maks Ferstappen buna Las Veqas Qran-prisini beşinci sırada - ən yaxın rəqibi Lando Norrisdən öndə başa vurmaqla nail olub.
Las Veqas Qran-prisini "Mercedes" sürücüsü Corc Rassel birinci, komanda yoldaşı Lyuis Hemilton ikinci, "Ferrari" pilotu Karlos Sayns üçüncü yerdə tamamlayıb.
24-11-2024, 17:56
Azərbaycan NATO sessiyasında iştirak edir


Azərbaycan NATO sessiyasında iştirak edir

Kanadanın Montreal şəhərində NATO Parlament Assambleyasının (PA) 70-ci illik sessiyası öz işinə başlayıb.
Noyabrın 22-dən 25-nə qədər keçirilən sessiyada Alyansa üzv olan 32 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edirlər.
Sessiyanın komitə iclasları çərçivəsində Ukraynadakı müharibə, Alyansın Vaşinqton Zirvə görüşündən irəli gələn nəticələr və qəbul olunan qərarlar, Alyansın müdafiəsinin gücləndirilməsi, NATO-nun tərəfdaşlıqlarının gələcəyi, eləcə də Qlobal Cənub və Hind-Sakit okeanı regionu ilə tərəfdaşlıq perspektivləri, Qara dəniz regionu təhlükəsizliyi, Çindən irəli gələn təhdidlər, NATO-nun üzləşdiyi təhlükəsizlik çağırışları, iqlim dəyişikliyi, yüksək texnologiyaların və süni intellektin tətbiqi və digər mövzular ətrafında müzakirələr aparılacaq.
Tədbirdə Milli Məclisin nümayəndə heyəti və Azərbaycanın NATO yanında nümayəndəliyinin üzvləri iştirak edirlər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin NATO PA-nın Baş katibi Ruxandra Popa və Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlüd Çavuşoğlu ilə də görüş keçirib.
24-11-2024, 15:45
Bakıdan Çinə dəmiryolu ilə ilk ixrac qatarı


Bakıdan Çinə dəmiryolu ilə ilk ixrac qatarı

Azərbaycan - Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryolu nəqliyyatı ilə Çinə yola salınıb.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
İlk ixrac qatarının yola salınma mərasimində Azərbaycan və Qazaxıstan dəmir yollarının yüksək nümayəndə heyəti, TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu katibliyinin rəhbərliyi ilə yanaşı Çinin Sian Çanba Beynəlxalq Limanının idarəetmə Komitəsinin rəhbər şəxsləri də iştirak edib.
Qeyd edək ki, yola salınmış "Bakı-Sian" ilk ixrac blok qatarı 62 ədəd 40 futluq konteynerdən ibarətdir. Bu yük multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Sian Limanına çatdırılacaq. Layihə çərçivəsində ilkin olaraq bu ilin sonunadək ümumilikdə 15 min ton, yəni 600 konteyner ixrac yükünün qeyd olunan marşrut ilə Çinə göndərilməsi planlaşdırılır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Arif Ağayev mərasimdə çıxış edərək sözügedən əlamətdar hadisənin əhəmiyyətini vurğulayıb: "Bu təşəbbüs Azərbaycanın ixrac potensialını yeni səviyyəyə çıxarmaqla yanaşı ölkəmizin dünya ticarət sistemində strateji mövqeyini daha da gücləndirəcək. Qərb-Şərq marşrutu üzrə hər iki istiqamətə yüklərin daşınması baxımından bugünkü tədbirin böyük əhəmiyyəti var. Artıq yerli sahibkarlar öz yüklərini Orta Dəhliz vasitəsilə birbaşa Çinə göndərə biləcəklər. ADY olaraq ölkəmizin beynəlxalq nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində bir sıra önəmli layihələr üzərində çalışırıq".
Tədbirdə iştirak edən Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev isə qeyd edib ki, bu hadisə Azərbaycanın tranzit ölkə statusunu gücləndirəcək və yerli istehsalçıların yeni bazarlara çıxışına şərait yaradacaq: "Bu gün ilk dəfə olaraq Orta Dəhliz vasitəsilə Azərbaycan mənşəli yüklərin ixracını blok konteynerlər şəklində həyata keçiririk. Bu layihə həm yerli iqtisadiyyatın inkişafına töhfə verəcək, həm də xarici investorların ölkəmizə olan marağını artıracaq. Azərbaycanın beynəlxalq ticarət şəbəkəsinə inteqrasiyası artıq sürətlə irəliləyir".
Qeyd edək ki, ixrac yüklərinin müntəzəm olaraq Çinə göndərilməsi ADY ilə yanaşı, Abşeron Logistika Mərkəzi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin də yükdaşıma və yükaşırma həcm və gəlirlərinin artımı üçün yeni imkanlar açır. Bu əməkdaşlıq dövlət - özəl tərəfdaşlığının bariz nümunəsi olaraq Orta Dəhlizin Azərbaycan seqmenti üzrə əsas operatorlarının səmərəli və koordinasiyalı şəkildə birgə çalışmalarının göstəricisidir.
Belə ki, sözügedən ixrac məhsulları daha öncə Gürcüstanın Qara dəniz limanları vasitəsilə dünya bazarına çıxırdısa, hazırda bu əməliyyatlara paralel olaraq ADY, Abşeron Logistika Mərkəzi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycanın öz liman və imkanlarından istifadə edərək yeni logistik həllərin yaradılması ilə bu prosesi birbaşa həyata keçirəcəklər.
Xatırladaq ki, 2024-cü ilin əvvəlindən Çin Xalq Respublikasından Azərbaycan istiqamətinə 280 konteyner blok qatarı yola salınıb. Bu ilin sonuna kimi Çindən müvafiq marşrut üzrə 300-dən çox konteyner blok-qatarının Azərbaycana qəbul edilməsi nəzərdə tutulub. 2025-ci il üçün blok qatar sayının 3 dəfədən çox artırılaraq 1000-ə çatdırılması planlaşdırılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!