KTMT-nin baş katibi “qara siyahı”ya salındı .....                        Beydulla Manafov Baş Prokurorluğa çağırıldı .....                        Yunanıstandan Türkiyəyə hörmətsizlik .....                        Kiyevə hərbi yardımı dayandırın! .....                        Paşinyandan keçmiş liderlərə sərt sözlər .....                        Türkiyədə daha bir təyyarə qəzası – pilot həlak oldu .....                        Azərbaycan millisi məğlub oldu .....                        Kipr məsələsi Türkiyənin milli prioritetidir - Ərdoğan .....                        Sevinc Osmanqızı Baş Prokurorluğa çağırıldı .....                       
6-07-2024, 19:11
MSK-nın iclasında nələr müzakirə edildi...


MSK-nın iclasında nələr müzakirə edildi...

Məzahir Pənahovun sədrliyi ilə iyulun 6-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən bildiriblər ki, əvvəlcə MSK-nın 2024-cü il 29 iyun və 2 iyul tarixli iclas protokolları təsdiq edilib.
Sonra sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası, Azərbaycan Ümid Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası, “Ana Vətən” Partiyası, Müsavat Partiyası və Klassik Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinə hər bir siyasi partiyanın MSK-ya müvafiq müraciəti barədə ayrı-ayrılıqda məlumat verilib və sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınması qərara alınıb.
İclasda daha sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib, həmçinin cari məsələlərə baxılıb.
MSK-nın iclası media subyektlərinin nümayəndələri tərəfindən geniş işıqlandırılıb.
6-07-2024, 18:52
Orbanın ölkəmizə səfəri başa çatdı


Orbanın ölkəmizə səfəri başa çatdı

Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak edən Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycana səfəri iyulun 6-da başa çatıb.
TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Macarıstanın Baş naziri Viktor Orbanı hava limanında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola saldılar.
6-07-2024, 18:43
Mirziyoyev Füzulidən ölkəsinə yola düşdü


Mirziyoyev Füzulidən ölkəsinə yola düşdü

Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak edən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri iyulun 6-da başa çatıb.
TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi hava limanında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola saldılar.
6-07-2024, 18:05
Şuşada İlham Əliyevin adından liderlərə nahar verildi


Şuşada İlham Əliyevin adından liderlərə nahar verildi

İyulun 6-da Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türk Dövlətləri Təşkilatı dövlət və hökumət başçılarının şərəfinə nahar verilib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
6-07-2024, 17:49
Paşinyan sərhədə gəldi - Ermənistan-Gürcüstan körpüsü Azərbaycana verilir


Paşinyan sərhədə gəldi - Ermənistan-Gürcüstan körpüsü Azərbaycana verilir

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinə səfəri zamanı Kirants kəndində çəkilən yolda işlərin gedişi ilə tanış olub.
Baş nazir Paşinyan bu barədə özünün sosial şəbəkə səhifəsində video paylaşıb və yazıb ki, Kirantsa çəkilən yeni yol tezliklə hazır olacaq.
Səfər zamanı baş naziri Tavuş qubernatoru Qalumyan müşayiət edib.
Kirants kəndində yeni yolun çəkilməsi zərurəti Tavuş vilayətinin və Qazax rayonunun bəzi ərazilərində Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşdirilməsi istiqamətində aparılan işlərdən sonra yaranıb.
Məlumata görə, yeni yol ona görə tikilir ki, Ermənistandan Gürcüstana gedən marşrutda yerləşən körpü delimitasiya nəticəsində Azərbaycanın nəzarətinə keçəcək.
Ermənistanın baş naziri Nikol Paşinyan İcevan-Noyemberyan avtomobil yolunun Kirants və Açarkut kəndləri ərazisindəki dolama hissəsinin tikintisi ilə tanış olub, Ermənistan-Azərbaycan sərhədi hissəsinə baş çəkib.
Paşinyan öz Telegram səhifəsində səfərlə bağlı videoreportaj yayıb.
Baş nazir Kirants kəndinə səfəri zamanı Ermənistan və Azərbaycan arasında təchiz olunmuş sərhədin beton dirəklərə tikanlı məftillərin çəkildiyi hissəsinə də baxıb. MTN Sərhəd Qoşunlarının Baş Qərargah rəisi, polkovnik Edqar Hunanyan baş nazirə əməliyyat vəziyyəti barədə məruzə edib.

6-07-2024, 14:06
TDT liderləri Şuşada Qarabağ Bəyannaməsini imzaladılar


TDT liderləri Şuşada Qarabağ Bəyannaməsini imzaladılar

Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi imzalanıb.
Qarabağ Bəyannaməsini sammitdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar imzalayıblar.
6-07-2024, 14:02
Azərbaycan TDT-nin hesabına 2 milyon ABŞ dolları köçürüb


Azərbaycan TDT-nin hesabına 2 milyon ABŞ dolları köçürüb

“Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu bizim birlikdə nəzərdə tutduğumuz hədəflərin reallaşdırılması üçün yetərli deyil”.
Bunu uyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı Azərbaycanın TDT katibliyinin hesabına yardım etdiyini bildirib:
“Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdür.”, - Prezident qeyd edib.
6-07-2024, 13:55
İlham Əliyev onları COP29-a dəvət etdi


İlham Əliyev onları COP29-a dəvət etdi

İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını bu ilin noyabrında Bakıda keçirləcək COP29 konfransına dəvət edib.
“Bildiyiniz kimi, bu il Azərbaycan COP29 konfransına ev sahibliyi edəcək. Fürsətdən istifadə edərək sizin hər birinizi bir daha COP29-a dəvət edirəm. COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir. 200-ə yaxın ölkə bizim namizədliyimizi yekdilliklə dəstəkləmişdir. Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək”, - Prezident qeyd edib.
TDT-nin Şuşadakı qeyri-rəsmi Zirvə görüşünsə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak edirlər.
6-07-2024, 13:48
TDT Xarici İşlər Nazirlərinin Şuşadakı iclasında nələrdən danışıldı?


TDT Xarici İşlər Nazirlərinin Şuşadakı iclasında nələrdən danışıldı?


İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.
İclasda açılış nitqi ilə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Azərbaycanın Qarabağ torpağında baş tutan ilk yüksək səviyyəli Zirvə toplantısı olduğunu bildirib. Deyib ki, Şuşada keçirilən ilk yüksək səviyyəli toplantının doğma ailəmiz Türk Dövlətləri Təşkilatının tədbiri olması təbiidir. Məlum olduğu kimi, Zirvə görüşü Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən sayca üçüncü qeyri-rəsmi fövqəladə Zirvə görüşüdür. O, eyni zamanda, vurğulayıb ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərlə münasibətlər Azərbaycanın xarici siyasətinin ən əsas prioritetidir.
Sonra iclasın gündəliyi qəbul edilib.
Daha sonra iclasda gündəlikdəki məsələlərlə bağlı çıxışlar olub.
Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu çıxışında diqqətə çatdırıb ki, rəsmi Astana üzv ölkələrlə rəqəmsal texnologiyalar, mədəniyyət, infrastruktur, turizm, investisiyalar və bütün digər sahələrdə əlaqələri genişləndirməyi səbirsizliklə gözləyir. “Ailəmiz böyük potensiala, resurslara malikdir və bizim ümumi məqsədlərimiz var. Qazaxıstan beynəlxalq nəqliyyat yolu, Şimal-Cənub Nəqliyyat Dəhlizi və “Bir kəmər, bir yol” Təşəbbüsü arasında sinerjinin qurulmasını yüksək qiymətləndirir və bütün üzv dövlətlərlə sıx əməkdaşlıq edir”, - deyə o əlavə edib.
Murat Nurtleu, eyni zamanda, vurğulayıb ki, Qazaxıstan, Azərbaycan və Özbəkistan gələcəkdə yaşıl enerjinin Avropaya ixrac infrastrukturunun yaradılması istiqamətində mühüm layihələrin həyata keçirilməsində birgə addımlar atır. “Ölkəmizin prioritetlərini və təşəbbüslərini dəstəklədiyiniz üçün Qazaxıstanın sədrliyi adından hamınıza minnətdarlığımı bildirirəm. Üzv dövlətlərin fəal iştirakı ilə biz yüksək səviyyəli tədbirlər təşkil etmişik. Ölkələrimizin daimi nümayəndəliklərinin yaradılması və katibliyin ştatının artırılması birgə işimizin nəticəsidir. Bu yolda TÜRKPA, TÜRKSOY, Türk İnvestisiya Fondu, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Ağsaqqallar Şurası ilə sıx əməkdaşlığımız və koordinasiyamız xalqlarımızın çiçəklənməsinə töhfə verəcək”, - deyə Baş nazirin müavini vurğulayıb.
Yarandığı dövrdən səmərəli inkişaf yolu keçmiş Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyədə önəminin artmaqda olduğunu deyən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qeyd edib: “Bu, eyni zamanda, Təşkilata üzv və müşahidəçi dövlətlərin beynəlxalq arenada nüfuzunun, eləcə də iqtisadi potensialının genişlənməsinə xidmət edir. Zirvə görüşünün nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması mövzusu bugünkü reallığa uyğun seçilib. Məlum olduğu kimi, Azərbaycan bu ilin noyabrında COP29-a ev sahibliyi edəcək. Hesab edirəm ki, bu hadisəni Türk dünyasının uğuru saymaq mümkündür. Belə ki, ilk dəfə olaraq bir Türk dövləti belə mötəbər tədbirə ev sahibliyi edəcək. COP29-un təşkilində ilk olaraq qardaş ölkələrin dəstəyinə ümid edirik”.
Nazir bildirib ki, bu gün dünyada baş verən hadisələr ətraf mühitə təsirsiz ötüşmür. Davamlı gələcək yalnız iqlim fəaliyyəti vasitəsilə sağlam planetimizi qorumaqla mümkün olacaqdır. Bu istiqamətdə də Türk dövlətləri arasında əməkdaşlığa ehtiyac var. TDT-nin ekologiya və ətraf mühit sahəsinə məsul nazirlərinin platformasının yaranmasının zamanı artıq yetişib. Bununla yanaşı, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması və şaxələndirilməsi, nəqliyyat-kommunikasiya dəhlizlərinin keçid prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi istiqamətində təsirli birgə tədbirlərin görülməsi önəm kəsb edir. Bu mənada Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması Orta Dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malikdir.
C.Bayramov, həmçinin Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin faktiki vəziyyəti barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycanın təşəbbüsü ilə Ermənistanla sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında ikitərəfli saziş layihəsinin imzalanması istiqamətində müzakirələr davam edir. “Bu xüsusda 2024-cü il mayın 10-11-də iki ölkənin xarici işlər nazirləri arasında Almatıda keçirilmiş görüşə ev sahibliyi etdiyi üçün bir daha Qazaxıstana təşəkkürümüzü bildiririk. Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt başda Ermənistan və “Dağlıq Qarabağ”ın birləşməsinə çağıran “Ermənistan müstəqillik aktına” açıq şəkildə istinad edən Ermənistan konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı ərazi iddialarına son qoyulmasıdır. Azərbaycan dayanıqlı və davamlı sülhdə ən maraqlı tərəfdir”, - deyə nazir vurğulayıb.
İclas gündəlikdəki məsələlər ətrafında çıxışlarla davam edib.
6-07-2024, 00:30
XİN Başçıları görüşdə nələri müzakirə etdilər


XİN Başçıları görüşdə nələri müzakirə etdilər

İyulun 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə Görüşü, habelə TDT Xarici İşlər Nazirləri Şurasının İclası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında mövcud müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Azərbaycan-Türkiyə müttəfiqliyinin siyasi, təhlükəsizlik, iqtisadi, enerji, bağlantılar, humanitar aspektləri üzrə qarşılıqlı fəaliyyət, birgə layihələr və əldə olunmuş inkişafların regional sabitlik və əməkdaşlığa ciddi töhfələr verdiyi vurğulanıb.
Müttəfiqliyimizin inkişafında iki ölkənin liderləri arasında mövcud yüksək səviyyəli siyasi dialoqun əsas rol oynadığı, habelə müvafiq dövlət qurumları və qanunverici orqanların nümayəndələrinin intensiv səfər və təmaslarının ciddi töhfəsi olduğu bildirilib.
İki ölkə arasında qardaşlıq, dostluq və həmrəyliyə əsaslanan müttəfiqlik münasibətlərini təsbit edən Şuşa Bəyannaməsinin imzalandığı Şuşa şəhərinin TDT-nin qeyri-rəsmi Zirvə Görüşünə ev sahibliyi etdiyi məmnunluqla qeyd olunub.
Nazir Ceyhun Bayramov xarici siyasətimizdə Türk dünyası və TDT istiqamətinin tutduğu əhəmiyyətli yerdən bəhs edərək Zirvə Görüşünün Təşkilat çərçivəsində əməkdaşlığın inkişafı və gücləndirilməsinə töhfə verəcək sənəd və qərarların qəbulu ilə yadda qalacağına ümidvar olduğunu söyləyib.
TDT ilə yanaşı, digər regional və beynəlxalq təşkilatlar, o cümlədən müxtəlif çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın intensivləşməsinin əhəmiyyəti qeyd olunub. Bu istiqamətdə, cari ilin 3 iyul tarixində Azərbaycan-Türkiyə-Pakistan liderlərinin, habelə 15 mart tarixində Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşlərinin regional və qlobal təhlükəsizlik və əməkdaşlıq məsələləri üzrə qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi baxımından faydalı olduğu bildirilib.
Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə mövcud regional vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə fəaliyyəti, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin durumu barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Sülh prosesinin qarşısında duran çağırışların, o cümlədən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən və Ermənistan Konstitusiyasında iddiaların, üçüncü dövlətlər tərəfindən Ermənsitanın hərbiləşməsinə töhfə verərək regional sabitliyə hədə törədən addımların hələ də qalmaqda olduğu diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!