KTMT-nin baş katibi “qara siyahı”ya salındı .....                        Beydulla Manafov Baş Prokurorluğa çağırıldı .....                        Yunanıstandan Türkiyəyə hörmətsizlik .....                        Kiyevə hərbi yardımı dayandırın! .....                        Paşinyandan keçmiş liderlərə sərt sözlər .....                        Türkiyədə daha bir təyyarə qəzası – pilot həlak oldu .....                        Azərbaycan millisi məğlub oldu .....                        Kipr məsələsi Türkiyənin milli prioritetidir - Ərdoğan .....                        Sevinc Osmanqızı Baş Prokurorluğa çağırıldı .....                       
1-07-2024, 17:27
Qayıdış hüququ Qərbi azərbaycanlılara şamil edilməlidir - Prezident


Qayıdış hüququ Qərbi azərbaycanlılara şamil edilməlidir - Prezident

Qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi Azərbaycan İcmasının nümayəndələrinə şamil edilməlidir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən onun qayıdış hüququ ilə əlaqədar şərhinə cavabında deyib.
Azərbaycan Prezidenti keçən yüzillikdə, sonuncusu 1988-ci ildə olmaqla müxtəlif mərhələlərdə köklü Azərbaycan əhalisinin indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qaldığını və onlara aid maddi-mədəni irsin tamamilə dağıdıldığını qeyd edib.
1-07-2024, 17:22
Sülh müqaviləsini bir neçə aya yekunlaşdıra bilərik - Prezident


Sülh müqaviləsini bir neçə aya yekunlaşdıra bilərik - Prezident

Zənnimcə sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi:
“Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin”.
Prezident İlham Əliyev qeyd etdi ki, bu, onların konstitusiyaya dəyişiklik edəcəkləri təqdirdə baş tutacaq.
1-07-2024, 16:35
Bakı-Qazax yolunda ağır qəza: 1 nəfər ölüb, 3 uşaq yaralanıb


Bakı-Qazax yolunda ağır qəza: 1 nəfər ölüb, 3 uşaq yaralanıb

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
APA-nın yməlumatına görə, hadisə bu gün günorta saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
"KİA" markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Daha sonra yolun əks istiqamətinə keçərək aşıb. Nəticədə sürücünün həyat yoldaşı Rişarə Həsənova hadisə yerində həyatını itirib. R.Həsənovanın sıxılmış halda qalan meyitinin çıxarılması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Meyit maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə nəticəsində Şəmkir rayon sakinləri - 2017-ci il təvəllüdlü Ayxan Ravin oğlu Hüseynov, 2013-cü il təvəllüdlü Nuray Ravin qızı Hüseynli və 2015-ci il təvəllüdlü Aylin Ravin qızı Hüseynli ağır xəsarət alıblar.
Xəsarət alan uşaqlar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Fakt araşdırılır.
1-07-2024, 16:27
Prezident əmək pensiyaları ilə bağlı qanunu təsdiqlədi


Prezident əmək pensiyaları ilə bağlı qanunu təsdiqlədi

Əmək pensiyalarının ödənilməsi xərcləri 25 milyon manat artırılıb.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
Qanuna əsasən, əhaliyə ödənişlər üzrə xərclər 6 681 580 000,0 manatdan 6 706 580 000,0 manata qaldırılıb. Bu çərçivədə əmək pensiyalarının ödənilməsi xərcləri 6 500 000 000,0 manatdan 6 525 000 000,0 manata çatıb.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərcləri 78 500 000,0 manatdan 78 530 000,0 manata, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin saxlanılması xərcləri 130 110 000,0 manatdan 135 080 000,0 manata qaldırılıb.
1-07-2024, 15:59
Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı


Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı

Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan edilib.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, nəticələr qurumun rəsmi saytına yerləşdirilib.
İştirakçılar imtahan nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
1-07-2024, 15:54
Kəlbəcərə Prezidentin xüsusi nümayəndəsi təyin edildi


Kəlbəcərə Prezidentin xüsusi nümayəndəsi təyin edildi

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bəşir Qüdrət oğlu Hacıyev Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
1-07-2024, 15:16
Şəhərlərarası avtobuslarda da qiymətlər artdı


Şəhərlərarası avtobuslarda da qiymətlər artdı

Azərbaycanda şəhərlərarası (rayonlararası) sərnişindaşıma üzrə tariflər yeni məsafələrə uyğun hesablanmağa başlanılıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
"Son illər ölkədə avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində şəhər və rayonları əlaqələndirən yollarda müəyyən dəyişikliklər olub. Nəticədə müvafiq avtobus marşrutlarının gediş məsafələrində azalma və artımlar müşahidə edilib. Şəhərlərarası daşımalar üzrə tariflər məsafələrə uyğun hesablandığından, baş vermiş dəyişikliklərə əsasən, marşrutlara yenidən baxılmasına və tariflərin yenidən hesablanmasına zərurət yaranıb", - məlumatda deyilir.
AYNA bildirir ki, əvvəllər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhər və rayonlara fəaliyyət göstərən şəhərlərarası müntəzəm marşrutların başlanğıc gediş məsafəsi Mərkəzi poçtdan hesablanırdı. Marşrutun gediş tarifi bu hesablamaya uyğun olaraq müəyyən edilirdi. Yeni dəyişikliklərə əsasən, rayonlararası sərnişindaşıma zamanı yoladüşmə məntəqəsi “avtovağzaldan avtovağzala” prinsipinə uyğun avtovağzallardan başlamaqla yeni inşa olunan yollarla gediş məsafəsi əsasında tarif müəyyən edilir.
Hesablamalara əsasən, ölkənin 85 şəhər və rayonundan 41-i üzrə məsafələrdə orta hesabla 6,6 % qısalma, qalan 41-i üzrə məsafələrdə 3,1 % artım qeydə alınıb, 3-ü üzrə məsafələrdə isə dəyişiklik olmayıb.
"Müsbət haldır ki, optimallaşdırma işləri çərçivəsində əsasən səyahət məsafələrində daha çox qısalmaların qeydə alınması əvvəlki hesablamalarla müqayisədə sərnişinlər tərəfindən bilet üzrə ödənişlərin azalması ilə nəticələnir", - məlumatda qeyd olunur.
Qeyd edək ki, yeni məsafələrə uyğun tariflərin hesablanmasına bu gündən başlanılıb. Belə ki, iyulun 1-dən şəhərlərarası marşrutlarda sərnişindaşıma tarifinin yuxarı həddi 3,7 qəpik/km həddində müəyyən edilib.
1-07-2024, 12:23
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

İyulun 2-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-65 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-32° isti, dağlarda gecə 9-14° isti, gündüz 14-18° isti olacaq.
1-07-2024, 10:29
"Qərbi Azərbaycan Kuboku" uğrunda yarış davam edir

"Qərbi Azərbaycan Kuboku" uğrunda yarış davam edir

26 iyun - 06 iyul tarixlərində Qərbi Azərbaycana qayıdış ətrafında icma üzvlərinin sıx birləşməsi, gənclər arasında kommunikasiyanın möhkəmləndirilməsi, eyni zamanda sağlam həyat tərzinin təbliği, icmanın fəaliyyətində kütləviliyin artırılması və sağlam cəmiyyətin formalaşdırılmasına dəstək məqsədilə rayon icmalarının təşəbbüsü və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə mini futbol üzrə Qərbi Azərbaycan Kuboku keçirilir.
Mini futbol turnirində Qərbi Azərbaycanın rayon İcmalarını təmsil edən gənclərdən ibarət 20 komanda iştirak edir.

30 iyun 2024-cu il tarixdə, saat 20:00-da Bakı Tennis Akademiyasının zalında Meğri-Amasiya mini-futbol komandaları ilk görüşü kecirildi. Megri komandası əzmlə oynayaraq 4-3 hesabı ilə qalib gəldi .
Oyunu izləməyə Meğri İcmasının sədri akademik Fikrət Əliyev, megrili ziyalılar, iş adamları, Gənclər surası üzvləri,Kənd İcma sədrləri, icma üzvləri, sakinləri və ata-baba yurdrları Zəngəzurdan olan balaca azarkeşlərdə oyunu izləməyə gəlmişdilər. Gücümüz BİRLİYİMİZDİR !











30-06-2024, 17:11
Yasamalda ağaclar kəsilib - Akt tərtib olunub


Yasamalda ağaclar kəsilib - Akt tərtib olunub

Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 145 ünvanında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən ünvanda, yaşayış binalarının tikintisi məqsədilə "İbrahim-Q" MTK-ya ayrılmış ərazidə 3 ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib.
Faktla bağlı akt tərtib olunub.
Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!