Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                       
6-12-2024, 18:00
Prezident Ursula fon der Lyayeni təbrik etdi


Prezident Ursula fon der Lyayeni təbrik etdi

Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
“Hörmətli xanım Prezident,
Avropa Komissiyasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi-ticari, nəqliyyat-kommunikasiya, təhlükəsizlik, xüsusilə də strateji xarakter daşıyan və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayan enerji sahəsində səmərəli tərəfdaşlıq əlaqələri mövcuddur.
Əminəm ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın qarşılıqlı hörmət və bərabər hüquqlar əsasında hərtərəfli inkişafı istiqamətində bundan sonra birgə səylər göstərəcəyik.
Sizə ən xoş arzularımı çatdırır, Avropa Komissiyasının yeni tərkibdə qarşıdakı fəaliyyətinə uğurlar diləyirəm”.
6-12-2024, 17:49
Liftlərdə uşaqlara zorakılıq edən manyak kameraya düşdü - Həbs edildi


Liftlərdə uşaqlara zorakılıq edən manyak kameraya düşdü - Həbs edildi

Bakının Yasamal rayonunda yaşayış binalarının liftlərində uşaqlara qarşı qeyri-etik hərəkətlər edən manyak saxlanılıb.
Əsasən azyaşlı qız uşaqlarına qarşı liftlərdə seksual hərəkətlər edən şəxs barədə valideynlər polisə müraciət ediblər.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən Rəfail Məmmədov saxlanılıb.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq R.Məmmədov həbs edilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.
Şübhəli şəxsin əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə məlumat vermələri xahiş olunur.

6-12-2024, 17:22
Şəki məktəbində bədbəxt hadisə: müəllim və şagirdlər yaralandı


Şəki məktəbində bədbəxt hadisə: müəllim və şagirdlər yaralandı

Bu gün Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin kimya kabinetində 11-ci sinifdə keçirilən dərs zamanı sınaq şüşəsi çatlayaraq sınıb.
Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə məlumat verilib.
Bildirilib ki, buna səbəb təcrübə aparılarkən kimyəvi reaksiya ilə əlaqədar olaraq yaranan qızma olub.
Bu zaman fənn müəllimi və 4 şagird yüngül xəsarət alıb.
Dərhal təcili tibbi yardıma müraciət olunub, müəllim və şagirdlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
6-12-2024, 17:20
Bakıda Qərbi Azərbaycan parkı yaradılır


Bakıda Qərbi Azərbaycan parkı yaradılır

Zirədəki Ekoparkda Qərbi Azərbaycan parkı yaradılacaq.
Bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli jurnalistlərə müsahibəsində deyib.
Ə.Ələkbərli bildirib ki, “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın ikinci günündə keçirilən ağacəkmə aksiyasında hər bir qonağın adına ağac əkilib:
"Bu ənənə növbəti illərdə də davam etdiriləcək. Bu ərazidə böyük Qərbi Azərbaycan parkı yaradılacaq".
6-12-2024, 17:18
Bakıda bu küçəsindəki avtobus zolağı ilə bağlı YENİLİK


Bakıda bu küçəsindəki avtobus zolağı ilə bağlı YENİLİK

Bakının Azadlıq və Bülbül prospektlərində, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrində təşkil edilən avtobus zolağının saat 07:00–22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verir.
Beləliklə, sözügedən prospektdə və küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir.
Avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 bal müəyyən edilib.
"İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırırıq. Mərhələli şəkildə digər küçə və prospeklərdə də avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanları quraşdırılacaq", - deyə agentlik bəyan edib.
6-12-2024, 17:10
Baydenin Qafqaz üzrə baş müşaviri Bakıya gəldi


Baydenin Qafqaz üzrə baş müşaviri Bakıya gəldi

ABŞ Dövlət Katibinin köməkçisinin müavini Coşua Hak və Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono həmkarları ilə yüksək səviyyəli görüşlər keçirmək, səfir Libby və onun komanda üzvləri ilə məsləhətləşmələr aparmaq üçün bu gün Bakıya səfər ediblər.
Bu barədə ABŞ Səfirliyinin "X" hesabında paylaşım edilib.
"Azərbaycan rəsmiləri ilə apardıqları müzakirələrdə Dövlət Katibinin köməkçisinin müavini Hak və baş məsləhətçi Bono Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhə nail olmaq üçün növbəti addımları, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, və COP29-un uğurundan sonra iqlim məsələləri üzrə əməkdaşlığı müzakirə ediblər", - paylaşımda deyilir.
6-12-2024, 16:42
Sumqayıtdakı partlayışda yaralananların son vəziyyəti AÇIQLANDI


Sumqayıtdakı partlayışda yaralananların son vəziyyəti AÇIQLANDI

Dekabrın 3-ü Sumqayıt şəhərində baş verən partlayış zamanı xəsarət alan ata və oğulun son vəziyyəti açıqlanıb.
Sumqayıt Tibb Mərkəzindən sorğusuna bildirilib ki, 1977-ci il və 2007-ci il (kişi cinsli) şəxslər 04.12.2024-cü il tarixində saat 20:00 radələrində Bakıda fəaliyyət göstərən özəl tibb müəssisəsindən Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasına təxliyə olunublar.
"Başın, boyunun, gövdənin hər iki yuxarı və aşağı ətrafın I-II-III A dərəcəli termiki yanığı (70-75%), döş qəfəsinin sağ yarısının küt travması, sağtərəfli pnevmatoraks, yanıq şoku III dərəcə diaqnozları təyin edilən 1977-ci il təvəllüdlü şəxs və başın, boyunun, gövdənin hər iki yuxarı və aşağı ətrafın I-II-III A dərəcəli termiki yanığı (60-65%), yanıq şoku III dərəcə diaqnozları təyin edilən 2007-ci il təvəllüdlü şəxs xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Ağırlıq dərəcəsinə əsasən xəstələr xüsusi boksdadır. Tibbi personal tərəfindən bütün zəruri tibbi yardımlar göstərilir, vəziyyətləri ağır olaraq qalır", - açıqlamada qeyd olunur.
Xatırladaq ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib. Partlayış nəticəsində 6 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib.
6-12-2024, 15:45
Üç gün leysan olacaq - XƏBƏRDARLIQ


Üç gün leysan olacaq - XƏBƏRDARLIQ

Bu gün axşamdan dekabrın 9-u axşamadək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Azərbaycanın rayonlarında dekabrın 7-si axşam Şərq rayonlarından başlayaraq 9-u axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yağıntıların Mərkəzi Aran, Lənkəran-Astara, Dağlıq-Şirvan , Quba-Qusarda leysan xarakterli olacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.
6-12-2024, 15:39
Bakıdakı separatçılar ailələri ilə danışdılar


Bakıdakı separatçılar ailələri ilə danışdılar

Dekabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş çəkiblər.
Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
Məlumata görə, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.
"Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir", məlumatda deyilir.
6-12-2024, 15:33
Ceyhunun ölümünə görə rəis də məsuliyyətə cəlb edildi


Ceyhunun ölümünə görə rəis də məsuliyyətə cəlb edildi

Naxçıvanda itkin düşdükdən sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı həbs edilən komandirinin ibtidai istintaqı tamamlanıb.
İstintaqın gedişində komandir polkovnik Samir Həziyevdən əlavə, hərbi-hissənin tibb xidməti rəisi Aydın Quliyev də cinayət məsuliyyətinə cəlb edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma-bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham verilib.
Cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Qeyd edək ki, C. Hüseynov 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib və 627 bal toplayaraq ADA Universitetinə qəbul olunub. Bu ilin iyunun 9-da naməlum şəraitdə itkin düşmüş hərbi qulluqçumuzun nəşi 2 gün sonra səhər saatlarında tapılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!