Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
11-12-2024, 16:38
Qadının ölümünə görə həkimə cinayət işi açıldı


Qadının ölümünə görə həkimə cinayət işi açıldı

Bakıda qadının ölümünə səbəb olmaqda təqsirləndirilən həkim-anestezioloq Babək Mahmudova cinayət işi başlanılıb.
29 yaşlı Aybəniz Almuradova bu ilin iyunun 11-də qadın liposaksiya əməliyyatı üçün “Reo-Med” klinikasına müraciət edib və iyulun 2-də ölüb.
Onun ölümü ilə bağlı Binəqədi rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində həkim-anestezioloq Babək Mahmudova Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham verilib.
Babək Mahmudov barəsində aparılan cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.
11-12-2024, 16:04
Ceyhun Bayramovla Hakan Fidan Suriyanı müzakirə etdi


Ceyhun Bayramovla Hakan Fidan Suriyanı müzakirə etdi

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, post-münaqişə dövründə bölgədə vəziyyət, Yaxın Şərqdə, xüsusilə Suriyada mövcud vəziyyət, habelə digər regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Tərəflər ATƏT-in Nazirlər Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində aparılan danışıqlar və müzakirələr ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov təcrübəli türk diplomatı olan Feridun Sinirlioğlunun ATƏT Nazirlər Şurasının 31-ci iclası çərçivəsində Təşkilatın baş katibi vəzifəsinə təyinatı münasibətilə Türkiyə tərəfini təbrik edib, bu böyük nailiyyətin tərəfimizdən böyük sevinclə qarşılandığını diqqətə çatdırıb. ATƏT-in baş katibi Sinirlioğluna məsuliyyətli fəaliyyətində uğurlar arzulanıb.
Telefon danışığı çərçivəsində tərəflər, həmçinin regional məsələlər, Suriyada son vəziyyəti ətraflı müzakirə ediblər.
Azərbaycanın Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi, habelə yaranmış böhranlı vəziyyətin tezliklə Suriya xalqının maraq və iradəsinə əsaslanan həllini tapmasına dair ümidvarlıq ifadə olunub.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
10-12-2024, 19:43
İlham Əliyev Babuşkinlə nələri müzakirə etdi...


İlham Əliyev Babuşkinlə nələri müzakirə etdi...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.
Dövlətimizin başçısı Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətinin Qubadlı rayonuna səfərinin əhəmiyyətinə toxundu, orada Həştərxan vilayəti tərəfindən hədiyyə olaraq uşaq bağçasının inşasının önəmini vurğuladı, buna görə bir daha minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev bunu Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin, o cümlədən ölkəmizlə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında uğurlu əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi.
Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza səfəri zamanı İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətinin həmin ərazilərdə törədilən dağıntıları, eyni zamanda, keçmiş məcbur köçkünlərin oraya tezliklə köçürülməsinin təmin edilməsi üçün Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərini öz gözləri ilə görməsinin əhəmiyyətinə toxundu. Azərbaycan Prezidenti bir daha qeyd etdi ki, Həştərxan nümayəndə heyətinin orada gördüyü dağıntılar bütün Qarabağ və Şərqi Zəngəzurda - böyük bir ərazidə də var.
Dövlət başçısı vurğuladı ki, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında yenidənqurma və bərpa işlərinə, o cümlədən sosial-infrastrukturun yaradılmasına verilən hər cür dəstək, xüsusilə dost ölkələr tərəfindən göstərilən dəstək çox mühüm əhəmiyyət və böyük rəmzi xarakter daşıyır.
Görüşdə Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdiyi, eləcə də ölkəmizin Rusiyanın ayrı-ayrı bölgələri, o cümlədən Həştərxan vilayəti ilə uğurlu əməkdaşlıq həyata keçirdiyi vurğulandı.
Prezident İlham Əliyev bu il Rusiya Prezidentinin Azərbaycana dövlət səfərinin əlaqələrimizin inkişafında çox əlamətdar bir hadisə olduğunu dedi, bu səfərin həm forma, həm də məzmun cəhətdən çox səmərəli və dolğun olduğunu vurğuladı. Dövlətimizin başçısı Rusiya Federasiyası Hökumətinin Sədrinin ölkəmizə səfərinin də əməkdaşlığımızın genişlənməsi işinə töhfə verdiyini qeyd etdi.
Qəbula görə minnətdarlığını bildirən Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bu gün Qubadlı rayonuna səfərinin həmin əraziləri və orada həyata keçirilən işləri öz gözləri ilə görmələri üçün yaxşı imkan yaratdığını dedi, orada uşaq bağçasının inşasının önəmini qeyd etdi.
İqor Babuşkin Azərbaycanla iqtisadi-ticari əməkdaşlığın genişlənməsi üçün konkret tədbirlərin həyata keçirildiyini bildirdi.
Söhbət zamanı nəqliyyat, tranzit yükdaşımalar, kənd təsərrüfatı, ticarət, turizm və humanitar sahələrdə əməkdaşlığın perspektivləri barədə məsələlər müzakirə olundu.
Qubernator İqor Babuşkin dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.
10-12-2024, 19:12
Bulvarı idarə edən şirkət ləğv edildi


Bulvarı idarə edən şirkət ləğv edildi

Dənizkənarı Bulvar İdarəsinə məxsus "Dənizkənarı Milli Park" MMC ləğv olunduğunu elan edib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 2A ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Dənizkənari Milli Park" 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə İlqar Cəbrayıl oğlu Sadıqovdur.
10-12-2024, 18:13
Komandoların təlimindən yeni GÖRÜNTÜLƏR


Komandoların təlimindən yeni GÖRÜNTÜLƏR

2024-cü ilin hazırlıq planına əsasən, komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq, şərti düşmən mövqelərinə qəfil hücum və mövqelərin tutulması üzrə tapşırıqlar yerinə yetirilib:
"Ələ keçiriləcək mövqelərin əraziləri taktiki və vizual olaraq qiymətləndirilib, daha sonra minaatanların atəş dəstəyi ilə qəfil hücum icra edilib. Keçirilən taktiki-xüsusi təlimdə yüksək peşəkarlıq nümayiş etdirən komandolar atəş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər".

9-12-2024, 19:20
Azər Qasımlı barədə qərar verildi


Azər Qasımlı barədə qərar verildi

Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlı ilə bağlı 4 ay həbs qətimkan tədbiri seçilib.
Yasamal Rayon Məhkəməsi təqsirləndirilən şəxsin istintaq müddətində həbsdə qalması təqdimatını əsaslı hesab edib.
A.Qasımlı CM-nin 182.2.3 maddəsi ilə (zor tətbiq etməklə hədə-qorxu gəlmək) təqsirli bilinib.
9-12-2024, 18:57
Hikmət Hacıyev İsrailin XİN başçısı ilə görüşdü


Hikmət Hacıyev İsrailin XİN başçısı ilə görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin xarici işlər naziri Gideon Saar ilə regional gündəliyi müzakirə edib.
Bu barədə İsrail XİN-in Avrasiya və Qərbi Balkan şöbəsinin rəhbəri Liat Vekselman "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.
L.Vekselman qeyd edib ki, tərəflər Yaxın Şərq və Qafqaz regionunda cərəyan edən son hadisələri, regional təhlükəsizliyi və İsraillə Azərbaycan arasında ikitərəfli möhkəm münasibətləri müzakirə ediblər.
9-12-2024, 18:49
MEDİA açıqlama yaydı


MEDİA açıqlama yaydı

“Bir sıra sosial şəbəkə istifadəçiləri tərəfindən
Gəncə şəhəri ətrafında partlayış səslərinin eşidilməsi və təcili tibbi yardım maşınlarının intensiv hərəkətinin müşahidə olunması ilə bağlı paylaşılan məlumatlar həqiqəti əks etdirmir və cəmiyyətdə süni ajiotaj yaratmağa yönəlib”.
Bu barədə MEDİA-nın açıqlamasında bildirilir.
“Müdafiə Nazirliyi cari ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunları bölmələrinin Seyfəli poliqonunda taktiki təlim keçirdiyini və narahatlığa heç bir əsas olmadığını bildirib.
Sosial şəbəkə seqmentinə bu tipli yalan məlumatların yayılmasını və təkrar tirajlanmasını yolverilməz hesab edirik.
Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların təsirinə düşməməyə çağırırıq” – açıqlamada qeyd olunur.
9-12-2024, 18:20
Əli Əsədov onlara yeni vəzifə VERDİ - SİYAHI


Əli Əsədov onlara yeni vəzifə VERDİ - SİYAHI

Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının tərkibində dəyişiklik edilib. Üzvlərin dördü yeniləri ilə əvəzlənib.
Baş nazir Əli Əsədovin qərarına əsasən, Şuranın yeni üzvləri aşağıdakılardır:

Hüseynov Elşən Arif oğlu – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsi rəisinin müavini

Vəliyev Rəşid Valeh oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Statistika İdarəsi rəisinin müavini

Quliyev Cəmaləddin Əlibala oğlu – Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri

Əhmədov Natiq Qarakişi oğlu – Azərbaycan Dövlət İqtisad Universitetinin Riyaziyyat və statistika kafedrasının müdiri.
9-12-2024, 17:55
Suriyadan gətirilən azərbaycanlılar - Nazirlikdən AÇIQLAMA


Suriyadan gətirilən azərbaycanlılar - Nazirlikdən AÇIQLAMA

Suriya ərazisində yerləşən düşərgələrdəki azərbaycanlı uşaq və qadınların ölkəmizə repatriasiyası son illər dəfələrlə həyata keçirilib. Azərbaycan Respublikasının vətəndaşları olan həmin uşaq və qadınlar vaxtilə Suriya ərazisinə müxtəlif yollarla gediblər. Bəs ölkəmizə gətirilən həmin şəxslərin sonrakı aqibəti necə olur?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyindən bildirilib ki, İraq Respublikasından və Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiya olunan vətəndaşlarımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də lazımi sosial dəstək tədbirləri ilə əhatə olunurlar:
“Ümumilikdə 2018-ci ildən bu günədək müvafiq dövlət qurumları tərəfindən 540 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib. Bu kateqoriyadan olan şəxslərin yaşadıqları ailələrin sayı 189-dur. Onlardan 477-i uşaq, 61-i qadın, 2 nəfəri isə kişidir.
2024-cü il ərzində 11 nəfəri qadın, 35 nəfəri uşaq, 1 nəfəri isə kişi olmaqla ümumilikdə 47 nəfər Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib. Agentliyin sosial işçiləri tərəfindən onlarla müvafiq psixo-sosial reabilitasiya işləri aparılıb və bu proses davam etdirilir”.
Məlumatda qeyd edilib ki, hər bir repatriantla bağlı fərdi inkişaf planı əsasında sosial-psixoloji dəstək tədbirləri həyata keçirilir:
“Repatriantların sosial reabilitasiyası onların öz mənşə ailələrində digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində aparılır.
Bu kateqoriyadan olan şəxslərə evdə sosial-psixoloji yardım, uşaqlar üçün sosial inklüziv tədbirlər, ailələrin zəruri sosial xidmətə olan tələbatlarının qiymətləndirilməsi və müvafiq dəstəyin təmin olunması istiqamətində işlər davam etdirilir”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!