27-06-2024, 19:37
Ceyhun Bayramov Kobaxidze ilə görüşdəAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Baş nazir İrakli Kobaxidze ilə görüşüb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X" səhifəsində paylaşım edib.
Bildirilib ki, tərəflər iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və bir çox strateji əhəmiyyətli sahələrdə əməkdaşlığın daha da genişləndirilməsini müzakirə ediblər.
Həmçinin, Azərbaycanın COP29-a sədrliyi çərçivəsində tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
27-06-2024, 18:35
Sahil metrostansiyasının qarşısı belə oldu - FOTOBülbül prospektində (Sahil metrosunun giriş hissəsinin yaxınlığında) piyadaların intensiv hərəkət etdiyi səki genişləndirilib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, məqsəd piyada təhlükəsizliyi və rahatlığının artırılması məqsədilə atılıb.
27-06-2024, 17:57
Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaqDərs saatlarının bölgüsündə sertifikatlaşdırma nəticələri nəzərə alınacaq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, çalışacağıq yüksək nəticə göstərənlər daha çox dərs desinlər.
"İstəyirik ki, uşaqlarımıza daha yaxşı nəticə göstərmiş müəllimlərimiz dərs desin. Lakin elə anlaşılmasın ki, biz sertifikatlaşdırmadan aşağı nəticə göstərən müəllimlərin dərs saatlarını əllərindən alıb onlar verəcəyik. Sadəcə mübahisələr zamanı və dərs saatlarının bölgüsündə bu alqoritmdən də istifadə edəcəyik. Burada kimsə 1 bal daha artıq yığıbsa məntiqi ilə yox, 57 bal toplayanla 31 bal toplayan müəllimə fərq qoyulacaq".
27-06-2024, 17:13
Rusiya gəmiləri Bakıya gəldiiİyunun 27-də Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Volqodonsk" kiçik artilleriya və "Anatoli Qujvin" hidroqrafiya hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəliblər.
Müdafiə Nazirliyindən verilən məlumata görə, gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndələri tərəfindən qarşılanıb.
Gəmi heyətləri üçün səfər çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil ediləcək, həmçinin hərbi dənizçilərin idman yarışı üzrə yoldaşlıq görüşü keçiriləcək.
Qeyri-rəsmi dostluq səfəri iyunun 30-dək davam edəcək.
27-06-2024, 16:59
Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildiPrezident İlham Əliyevin sərəncamına əsasən, Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi ilə əlaqədar onun anası Qasımova Dursun Əsgər qızına Prezident təqaüdü təyin edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid Milli Qəhrəmanımızın anasına elektron sistem üzərindən avtomatik olaraq (proaktiv qaydada) Milli Qəhrəmanların ailələri üçün nəzərdə tutulan aylıq təqaüdün (1800 manat) təyinatı aparılıb.
27-06-2024, 16:28
[b]Arif Quliyevin həyat yoldaşı vəfat etdi[/b]Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva vəfat edib.
Bununla bağlı məlumatı mərhumun oğlu Rövşən Quliyev təsdiqləyib.
Mərhumu Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən qəbiristanlıqda oğlu Fərid Quliyevin yanında dəfn ediblər.
Qeyd edək ki, Gülzar Quliyeva qaraciyər sirrozundan əziyyət çəkirdi.
Allah rəhmət eləsin!
27-06-2024, 16:18
Sertifikasiya imtahanında 30 müəllim 10-dan az bal toplayıb - Nazir30 müəllim 10 baldan da az toplayıb.
Bu barədə bu gün elm və təhsil naziri Emin Əmrullayev iştirakı ilə ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə məlumat verilib.
"Sertifikatlaşdırma imtahanında iştirak edən ibtidai sinif müəllimlərindən 30 nəfəri 0-9 bal arası nəticə göstərib. 1240 nəfər isə 10-19 arası bal toplayıb", - o əlavə edib.
27-06-2024, 16:13
Dövlət qulluğunda rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edildiDövlət İmtahan Mərkəzi (DİM) iyulun 28-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirəcək.
DİM-dən bildirilib ki, imtahan verəcək namizədlərin qeydiyyatı 27 iyun saat 14:30-dan 18 iyul saat 11:00-dək aparılacaq.
İmtahan kompüterlər vasitəsilə keçiriləcək.
İmtahan vermək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları barədə məlumar DİM-in saytında yerləşdirilib.
“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
27-06-2024, 16:08
Ağdərədə seçki dairəsi yaradılırAzərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilir.
Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.
“Azərbaycanda Ağdərə rayonun yaradılması barədə qərar qəbul olunub. Bununla bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq addımlar atılmalıdır.
Tərtər, Kəlbəcər və Ağdam rayonlarını ərazisində qismən dəyişiklik edilməklə Ağdərə rayonu yaradılıb. Bununla bağlı olaraq seçki dairələrinin hüdudlarına dəyişiklik edilməsi zərurəti yaranıb”, - deyə o bildirib.
27-06-2024, 16:05
MSK-nın iclası başlayırMərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasının gündəliyi müəyyənləşib.
İclasın gündəliyinə bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsi daxil edilib.
Mərkəzi Seçki Komissiyası həmçinin bəzi seçki dairələrinin hüdudlarına dəyişikliyi də müzakirə edir.