KTMT-nin baş katibi “qara siyahı”ya salındı .....                        Beydulla Manafov Baş Prokurorluğa çağırıldı .....                        Yunanıstandan Türkiyəyə hörmətsizlik .....                        Kiyevə hərbi yardımı dayandırın! .....                        Paşinyandan keçmiş liderlərə sərt sözlər .....                        Türkiyədə daha bir təyyarə qəzası – pilot həlak oldu .....                        Azərbaycan millisi məğlub oldu .....                        Kipr məsələsi Türkiyənin milli prioritetidir - Ərdoğan .....                        Sevinc Osmanqızı Baş Prokurorluğa çağırıldı .....                       
20-06-2024, 20:51
Xəzər dənizi ilə bağlı nazirliklərə tapşırıq verildi


Xəzər dənizi ilə bağlı nazirliklərə tapşırıq verildi

Xəzərdə süni torpaq sahəsinə görə ödənilən icarə haqqının məbləği ilə bağlı nazirliklərə tapşırıq verilib.
Baş nazir Əli Əsədov “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunun tətbiqi barədə” Prezidentin fərmanının icrasının təmin edilməsi haqqında sərəncam imzalayıb.
Sənədə əsasən, Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin aktlarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
İqtisadiyyat Nazirliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 9-cu maddəsinə uyğun olaraq, süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinə və süni torpaq sahəsinə görə ödənilən icarə haqqının məbləği ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Qanunun icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməlidirlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.
Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə və Aqrar və ekologiya şöbəsinə həvalə edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
20-06-2024, 20:16
Qərb bölgəsində güclü külək əsir


Qərb bölgəsində güclü külək əsir

Azərbaycanda faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin iyunun 20-si saat 20:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi sarı və narıncı xəbərdarlığa uyğun olaraq ölkənin qərb rayonlarında hazırda güclü külək əsir.
Sarı xəbərdarlığa uyğun olaraq Ağstafa, Tovuz, Tərtər, Bərdə, Yevlax, Şəki, Daşkəsən, Göygöldə küləyin sürəti 21 m/s-dir. Narıncı xəbərdarlığa uyğun olaraq Mingəçevir, Gəncə, Goranboy, Naftalan, Şəmkirdə isə küləyin sürəti 26-30 m/s təşkil edir.
20-06-2024, 20:09
Ən yüksək balı bu məktəbin məzunu topladı


Ən yüksək balı bu məktəbin məzunu topladı

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə 9 iyun 2024-cü il tarixində keçirilmiş əlavə imtahanın nəticələrini açıqlayıb.
Bu imtahanda Rİ altqrupu üzrə ən yüksək nəticəni (400 bal) Bakı şəhər 74 saylı orta məktəbin məzunu Süleymanov Nəsib Asif oğlu göstərib.
Onun ümumi imtahan nəticəsi isə 691.7 baldır.
20-06-2024, 19:56
Ceyhun Bayramov Avropa komissarı ilə COP29-dan danışdı


Ceyhun Bayramov Avropa komissarı ilə COP29-dan danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) iqlim dəyişikliyinə qarşı mübarizə üzrə komissarı Vopke Hukstranı qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə istiqamətində təşəbbüslərinin həyata keçirilməsində əməkdaşlıq məsələləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov ölkəmizin COP29 sədrliyi çərçivəsində əsas istiqamət və prioritetlər, milli və beynəlxalq səviyyədə görülən işlər, habelə COP29-a hazırlıq fəaliyyəti barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Azərbaycanın prosesin davamlılığını və inklüzivliyini təmin etmək üçün öncəki COP sədrlikləri, o cümlədən beynəlxalq maliyyə təşkilatları, özəl sektor nümayəndələri də daxil olmaqla, bütün tərəflərlə yaxından işlədiyi diqqətə çatdırılıb.
Görüşdə həmçinin ölkəmizin “yaşıl enerji” sahəsində prioritetləri barədə qarşı tərəfə məlumat verilib.
Komissar Vopke Hukstra Azərbaycan tərəfindən COP29 sədrliyi çərçivəsində görülən işlərin vacibliyini, habelə bu istiqamətdə Aİ-nin mümkün dəstək və əməkdaşlıqda maraqlı tərəflərdən biri olduğunu diqqətə çatdırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
20-06-2024, 19:42
İyunun 9-da keçirilən imtahanın nəticələri elan edildi


İyunun 9-da keçirilən imtahanın nəticələri elan edildi

Dövlət İmtahan Mərkəzi (DİM) I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə 9 iyun 2024-cü il tarixində keçirilmiş əlavə imtahanın nəticələrini elan edib.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
RK və Rİ altqruplarının hər ikisini seçən 11804 abituriyentdən 1079 nəfər informatika, DT və TC altqruplarının hər ikisini seçən 6636 abituriyentdən 1412 nəfər coğrafiya imtahanında iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 2 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Bu imtahanda Rİ altqrupu üzrə ən yüksək nəticəni (400 bal) Bakı şəhər 74 saylı orta məktəbin məzunu Süleymanov Nəsib Asif oğlu göstərib (ümumi imtahan nəticəsi isə 691.7 baldır).
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 24 iyun saat 10:00-dan 26 iyun saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

• Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

• İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

• İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab kartında təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.
20-06-2024, 18:10
YAP-dan olmayan deputatlardan parlamentin buraxılmasına reaksiya


YAP-dan olmayan deputatlardan parlamentin buraxılmasına reaksiya

İyunun 20-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçirilib.
İclasda YAP-ı təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstəriblər, bununla bağlı yekdil qərar qəbul edilib.
Bəs parlamentin digər partiyalardan olan deputatları YAP-ın qərarını necə qiymətləndirirlər?
Məsələ ilə bağlı danışan deputat, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, YAP üzvlərinin növbədənkənar seçkilərlə əlaqədar təşəbbüsünə normal münasibət bəsləyir:
“Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müraciətinə normal münasibət bəsləyirəm. Onsuz da gec-tez bu olmalı idi. Yeni Azərbaycan Partiyası parlament seçkilərinin tezliklə keçirilməsini istəyirsə, bizim etirazımız yoxdur”.
Asim Mollazadə seçkilərdə iştirakla bağlı məsələnin partiyada müzakirə olunacağını və müvafiq qərar qəbul olunacağını deyib.
Milli Məclisin bitərəf deputatı Aqil Abbas YAP üzvlərinin təşəbbüsünü dəstəkləyib:
“COP29 tədbirinin keçirilməsi məsələsi var. Bu, böyük tədbirdir. Dünyanın bütün ölkələrindən qonaqlar tədbirdə iştirak edəcəklər. Bununla əlaqədar seçkiləri bir ay qabağa çəkmək istəyirlər. Burada nə var ki? Yeni Azərbaycan Partiyasının bu təklifini dəstəkləyirəm”.
Parlamentin digər üzvü, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev rəhbərlik etdiyi qurumun məsələyə müsbət yanaşdığını vurğulayıb:
“Ümumiyyətlə, parlament seçkilərinin önə çəkilməsi normal haldır. Onsuz da seçkilər Konstitusiyaya uyğun olaraq 3 noyabrda keçirilməlidir. Belə çıxır ki, dediyiniz düzdürsə, seçki iki ay önə çəkilir və bu problem deyil. Belə olacaqsa, təbii ki, ciddi səbəbləri var ki, önə çəkilir. Rəhbərlik etdiyim Milli Cəbhə Partiyası bu məsələyə normal yanaşır”.
20-06-2024, 18:03
Prezidentdən Polis Akademiyası ilə bağlı fərman


Prezidentdən Polis Akademiyası ilə bağlı fərman

"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağının təsviri"ndə dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmanla "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağının təsviri" aşağıdakı redaksiyada verilir:
"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağı ikiüzlü qumaşdan, dəstəkdən və qotazlı qaytandan ibarətdir.
Bayrağın qumaşı Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun üçrəngli, ikiqat ipək faydan hazırlanır, uzunluğu 160 sm, eni 80 sm-dir, kənarları üç tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnmişdir.
Qumaşın üz tərəfi "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Bayrağının təsviri ilə eynidir, lakin mavi zolağın ortasında qızılı rəngli ipək sapla "AZƏRBAYCAN UĞRUNDA" sözləri yazılır. Yazıdakı hərflərin hər birinin hündürlüyü 4,5 sm, eni 3,3 sm-dir (Şəkil 1).
Qumaşın arxa tərəfində mavi zolağın ortasında qızılı rəngli ipək sapla "AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRLİYİ", yaşıl zolağın ortasında "POLİS AKADEMİYASI" sözləri, qırmızı zolağın ortasında isə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 30 iyun tarixli 82 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası daxili işlər orqanlarının embleminin təsviri"nin tələblərinə uyğun hündürlüyü 35 sm olan Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi tikilir. Yazılardakı hərflərin hündürlüyü 4,5 sm, eni 3,4 sm-dir (Şəkil 2).
Bayrağın dəstəyi en kəsiyinin diametri 4 sm, uzunluğu 250 sm olan girdə taxtadandır.
Dəstək tünd qəhvəyi boya ilə rənglənir və laklanır, aşağı ucunda metal halqa, yuxarı ucunda nikellənmiş aypara və ulduz şəklində fiqurlu ucluq vardır.
Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanır, hər iki ucunda qotaz var. Qaytanın uzunluğu 200-210 sm-dir".
20-06-2024, 17:55
Milli Məclis Konstitusiyaya görə belə buraxılır - Qanun


Milli Məclis Konstitusiyaya görə belə buraxılır - Qanun

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış edib.
YAP İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında təşkilatı təmsil edən deputatlara 6-cı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.
Bu, onunla əsaslandırılıb ki, Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması vacibdir. Eyni zamanda parlament seçkilərinin vaxtının COP29 sammiti ilə eyni vaxta - noyabr ayına düşməsi növbədənkənar seçkiləri gündəmə gətirib.
Növbədənkənar seçkilər vaxtından 2 ay əvvəl keçirilə bilər.
Milli Məclisin buraxılması Azərbaycan Respublikasının Konstitusiyasında da təsbit olunub.
Konstitusiyanın 98-ci maddəsində deyilir:
I. Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır.
II. Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.
20-06-2024, 17:43
Türklər Kəlbəcərdə qəzaya düşdülər


Türklər Kəlbəcərdə qəzaya düşdülər

Göygöl-Toğanalı-Kəlbəcər yolunda avtomobil aşıb, xəsarət alanlar var.
Kəlbəcər rayonunda aparılan yenidənqurma işlərində fəaliyyət göstərən şirkətlərdən birinə məxsus "pikap" tipli avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində Türkiyə vətəndaşları olduğu bildirilən dörd nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
20-06-2024, 17:34
Qəzetlərə də pul ayrıldı - SİYAHI


Qəzetlərə də pul ayrıldı - SİYAHI

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.
MEDİA-nın yaydığı məlumatda 17 çap mətbuatına yardım göstəriləcəyi bildirilib.
Həmin qəzetlər aşağıdakılardı:

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!