Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
30-11-2024, 14:45
Qarabağda nə qədər yeni iş yeri yaradılıb?


Qarabağda nə qədər yeni iş yeri yaradılıb?

Qarabağ iqtisadi rayonunda bu ilin III rübündə 617 yeni iş yeri yaradılıb.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə (129,4%) çoxdur. Belə ki, 2023-cü ilin III rübündə Qarabağ İqtisadi Rayonunda 269 yeni iş yeri yaradılmışdı.
Hesabat dövründə iş yerlərinin 194-ü Xankəndidə, 25-i Ağcabədidə, 70-i Ağdamda, 5-i Ağdərədə, 44-ü Bərdədə, 33-ü Füzulidə, 48-i Xocalıda, 16-sı Xocavənddə, 92-si Şuşada, 90-ı Tərtərdə yaradılıb.
Bu ilin 9 ayında Qarabağ İqtisadi Rayonunda 1171 yeni iş yeri açılıb. Ötən ilin eyni dövründə bu göstərici 742-yə bərabər olub. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayında sözügedən ərazidə yeni iş yerlərinin sayı 429 ədəd və yaxud 57,8% artıb.
Cari ilin 9 ayında Qarabağ İqtisadi Rayonunda yeni açılmış iş yerlərinin 209-u Xankəndidə, 92-si Ağcabədidə, 173-ü Ağdamda, 9-u Ağdərədə, 54-ü Bərdədə, 70-i Füzulidə, 51-i Xocalıda, 30-u Xocavənddə, 324-ü Şuşada, 159-u Tərtərdə yaradılıb.
30-11-2024, 13:55
Polisdən qaçmaq istəyən narkokuryer maşınını yandırdı


Polisdən qaçmaq istəyən narkokuryer maşınını yandırdı

Biləsuvarda cinayət təqibindən yayınmağa cəhd edən narkokuryer avtomobili yandırıb.
Biləsuvar rayonunda polis və gömrükçülərin həyata keçirdikləri birgə əməliyyat zamanı ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb.
Belə ki, 37 yaşlı A.Qarayev külli miqdarda narkotik vasitəni özünə məxsus avtomobillə çətin relyef şəraiti olan ərazidən ölkəyə keçirməyə cəhd göstərib. Həmin şəxs hüquq-mühafizə orqanları tərəfindən təqib olunduğunu görən zaman məsuliyyətdən yayınmaq üçün avtomobili içərisində olan narkotik vasitələrlə birgə yandıraraq oradan uzaqlaşıb. Keçirilən baxış zamanı həmin avtomobildən ümumilikdə 7 kiloqram marixuana, heroin, tiryək və 45 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində A.Qarayev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, A.Qarayev barəsində həbs qətimkan tədbiri seçilib.
29-11-2024, 20:56
68 yaşlı kişi özünü borudan asdı


68 yaşlı kişi özünü borudan asdı

Sumqayıtda intihar hadisəsi olub.
Hadisə 47-ci məhəllədə yerləşən binalardan birində baş verib.
68 yaşlı Mobil Cəlil oğlu Hüseynov yaşadığı evin mətbəxinin pəncərəsinin çölündəki borudan özünü asıb.
Mərhumun hansı səbəbdən intihar etməsi bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.
29-11-2024, 19:40
Kəmaləddin Heydərov polkovniki işdən çıxardı - Yeni təyinat


Kəmaləddin Heydərov polkovniki işdən çıxardı - Yeni təyinat

Fövqəladə Hallar Nazirliyində (FHN) növbəti kadr dəyişikliyi edilib.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə "N" saylı hərbi hissəsinin alay komandiri, polkovnik Şəmsəddin Nurəddin oğlu Əmrahov vəzifəsindən azad edilib.
Onun yerinə polkovnik Kənan Şahlar oğlu Vəliyev təyin olunub.
Qeyd edək ki, polkovnik Şəmsəddin Əmrahov Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə FHN tərəfindən aparılan humanitar yardıma nəzarət edən səlahiyyətli şəxslərdən biri olub.
29-11-2024, 19:22
Masazırda evdə uçqun - ölən və yaralananlar var


Masazırda evdə uçqun - ölən və yaralananlar var

Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən fərdi yaşayış evində tikinti işləri aparılan zaman uçqun baş verdiyi müəyyən olunub.
Xilasedicilər tərəfindən vətəndaş 1994-cü il təvəllüdlü Rəsulov Camal Əzim oğlunun meyiti dağıntı altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Uçqun nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə noyabrın 29-da saat 15:40 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi Cantəpə ərazisindən çağırış daxil olub.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:
"Təcili tibbi yardım briqadası tərəfindən 30 yaşlı şəxsin (kişi cinsli) həkimə qədər ölüm faktı qeydə alınıb. Xəsarət alan iki nəfər (kişi cinsli) müştərək travma diaqnozu ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub".
29-11-2024, 17:53
Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlandı


Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlandı

Parlamentin bugünkü plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, növbəti plenar iclaslar dekabrın 3-ü və 4-ü keçiriləcək. Həmin iclasıların gündəliyi məlum olub. Gündəlikdə 10 məsələ olacaq. Gündəlikdə duran məsələlər aşağıdakılardır:

1. “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

2. “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

3. “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

4. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

5. “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

7. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

8. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

9. “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

10. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
29-11-2024, 17:33
4400 Qarabağ ermənisinə Ermənistan vətəndaşlığı verilib


4400 Qarabağ ermənisinə Ermənistan vətəndaşlığı verilib

28 noyabr 2024-cü il tarixinə Qarabağın köçmüş təxminən 4400 erməni Ermənistan Respublikasının vətəndaşlığını qəbul edib.
Bu barədə noyabrın 29-da parlamendə “Qarabağdan məcburi köçkün düşmüş şəxslərin Ermənistan Respublikası vətəndaşlığını qəbul etmələri” mövzusunda dinləmələr zamanı daxili işlər nazirinin müavini Armen Kazaryan bildirib.
Eyni dövrün məlumatlarına görə, Daxili İşlər Nazirliyinə vətəndaşlığa qəbulla bağlı 6338 müraciət daxil olub.
“Qarabağdan məcburi köçkün düşmüş 4394 nəfər artıq vətəndaşlıq alıb”, - Qazaryan bildirib.
Nazir müavini deyib ki, vətəndaşlıq verilən zaman azyaşlılar nəzərə alınmır. Onlar pasport aldıqdan sonra vətəndaş olurlar. Əlbəttə ki, əgər valideynlər artıq Ermənistan Respublikasının vətəndaşlarıdırsa.
29-11-2024, 17:02
Azərbaycan-Türkiyə hərbçilərinin birgə təlimindən FOTOLAR


Azərbaycan-Türkiyə hərbçilərinin birgə təlimindən FOTOLAR

Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə keçirilən "SAT-SAS-2024" birgə təlimi başa çatıb.
Təlimin sonuncu mərhələsində xüsusi təyinatlı qrupun dəniz yolu ilə şərti düşmən arxasına çıxarılması, hədəf obyektinin gizli müşahidəsi və basqını üzrə tapşırıqlar icra edilib.
Qardaş ölkənin Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən birgə təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.





29-11-2024, 16:18
Metroda qatarların hərəkət cədvəli dəyişdi - İnterval 10 dəqiqə olacaq


Metroda qatarların hərəkət cədvəli dəyişdi - İnterval 10 dəqiqə olacaq

"Bakı Metropoliteni" QSC-nin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar “Həzi Aslanov” və “Əhmədli” stansiyaları arasında fərqli hərəkət cədvəli təşkil ediləcək.
İki stansiya arasında qatarların hərəkət intervalı 10 dəqiqə olacaq.
Metronun digər stansiyaları istiqamətində hərəkət etmək istəyən sərnişinlər “Əhmədli” stansiyasında qatardan enərək digər yoldan “İçərişəhər” və “Dərnəgül” qatarları ilə hərəkət etməlidirlər.
“İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətindən “Həzi Aslanov” stansiyasına getmək istəyən sərnişinlər “Əhmədli” stansiyasında qatarı tərk etməli və digər yoldan gələn qatarı gözləməlidirlər.
"Qatarların yeni hərəkət qrafiki, 2 stansiya arasında intervalı nəzərə alaraq, “Həzi Aslanov” stansiyasından istifadə edən sərnişinlərimizdən səfər planlarını qurarkən mövcud interval fərqlərini nəzərə almalarını xahiş edirik. Sərnişinlərdən “Əhmədli” stansiyasında diqqətli olmağı xahiş edirik. Stansiyada mobil cihazlardan mümkün qədər az istifadə etmək, marşrut tablolarında istiqamət göstəricilərindəki məlumatları nəzərdən qaçırmamaq vacibdir. Həmçinin stansiyada veriləcək elanlara, növbətçinin məlumatlarına diqqət yetirmək, hərəkət ediləcək istiqamət üzrə yanlışlığa yol verməmək üçün qulaqlıqlardan mümkün qədər az istifadə edilməsi tövsiyə olunur", - deyə metropoliten bəyan edib.
29-11-2024, 15:56
Azərbaycanda hansı dərmanlar pulsuz olacaq? - AÇIQLAMA


Azərbaycanda hansı dərmanlar pulsuz olacaq? - AÇIQLAMA

Həkimin ambulator müalicə üçün yazdığı reseptləri, daha dəqiq desək ürək-damar xəstəliyi, həzm və tənəffüs sistemi xəstəliklərinin dərman vasitələrini vətəndaşlar apteklərdən ödənişsiz alacaq. Bütün xərcləri isə İcbari Tibbi Sığorta qarşılayacaq.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Leyla Lətifova mövzu ilə bağlı İTV-yə danışıb.
O bildirib ki, vətəndaşlar ixtisaslı həkim tərəfindən yazılan elektron resept əsasında agentliklə müqavilə imzalanan özəl apteklərə yaxınlaşaraq dərmanlarını əldə edə biləcəklər:
“Dərmanların tarifləri, qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir. Eyni təsiredici maddə tərkibli, eyni dozada olan dərman vasitələri apteklərdə müxtəlif qiymətlərə satıla bilər. Xidmətlər zərfində təsiredici maddələri də qeyd olunmaqla hər bir dərman vasitəsinin adı qeyd olunacaq və qarşısında şərti kompensasiya məbləği,yəni sığorta tərəfindən ödənilən məbləğ qeyd olunacaq”.
Qeyd edək ki, vətəndaş sığortanın tam qarşılamadığı dərmanı almaq istəsə, sığortanın ödədiyi məbləğlə aptekdəki qiymət arasında müəyyən fərq yaranacaq ki, bu zaman seçim vətəndaşa qalacaq. Aradakı fərqi ödəməklə sığorta hesabına dərmanı əldə etmək olar. Bu imkandan növbəti ildən yararlanmaq mümkündür.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!